Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə32/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   113
 
Orta əsrlər mətbəxi 
Orta əsrlər boyu qidalanma və yemək hazırlamaq sahəsin-
də böyük dəyişikliklər baş vermişdir. Bu dəyişikliklər nəticə-
sində, müasir Avropa mətbəxi formalaşmışdır. 
Bu dövrdə ən çox istifadə olunan çörək məmulatı idi. Yu-
laf və makaron kimi taxıl məmulatlarından hazırlanan yemək-
lər isə ikinci dərəcəli yer tuturdu. Ət məmulatlarından gündəlik 
olaraq ancaq yüksək təbəqələr istifadə edirdilər. Ərzaq və tərə-
vəzlərdən başqa, şərab, gülab və sirkədən gündəlik şəkildə isti-
fadə olunurdu. Yeməklərə əlavə dad vermək üçün baldan və 
şəkər tozundan istifadə edilirdi. Ət məmulatlarından ən çox 
toyuq və donuz ətinə tələbat vardı. Əkinçilik işlərində iribuy-
nuzlu heyvanlardan istifadə olunduğundan iribuynuzlu heyvan-
lar nadir hallarda kəsilirdi. Şimali Avropa əhalisi ətə olan tələ-
batını morina və ringa balıqlarını ovlamaqla ödəyirdilər. Ye-
məklərin hazırlanmasında həm şirin, həm də acı badamlardan 
istifadə olunurdu. Badamlar əsasən, əzilərək şorbaların və digər 
sulu yeməklərin üzərinə səpilirdi. Orucluq aylarında heyvan 
südünün əvəzinə badam südü içilirdi. 
Orta əsrlərdə ticarət karvanları bir şəhərdən digərinə bir 
neçə həftəyə gedirdi. Bu səbəbdən təzə ərzaq əldə etmək uzaq 
şəhərlərdə yaşayan insanlar üçün daim böyük çətinlik yaradır-


76 
dı. Bəzi hallarda karvanlarda əhali üçün zəruri olan ərzaq mal-
ları deyil, yalnız yuxarı təbəqənin ala biləcəyi ətir və ədviyyat-
lar gətirilirdi. Bu səbəbdən həm varlı, həm də kasıb təbəqənin 
mətbəxi xarici ədviyyat tacirlərinin təsirinə məruz qalırdı. Orta 
əsrlərin özünəməxsus cəhətlərindən biri də aşağı təbəqənin 
yuxarı təbəqədə olan insanların həyat tərzlərini yamsılamaları 
idi. Bu yamsılama böyük ölçüdə mətbəx sahəsində də hiss olu-
nurdu. 
Aclıq və qıtlıq illərində əhalinin ərzağa olan tələbatı sürət-
lə artırdı. Bu dövrdə ərzaq və ya taxıl ehtiyatı çox olan şəxslər 
cəmiyyətin ən varlı və ən nüfuzlu nümayəndələri hesab olunur-
du. Bəzi ərzaqlar baha qiymətə satılırdı və hər şəhərdən əldə 
etmək olmurdu. Əsasən, yuxarı təbəqə üçün nəzərdə tutulmuş 
bu ərzaqları kütləvi şəkildə istifadə etmək sonradan varlananlar 
üçün qadağan edilmişdir. Digər tərəfdən hər bir şəxsin yediyi 
ərzağın qiymətinə uyğun həyat tərzi keçirdiyi güman olunurdu. 
Bir çox hallarda bu səbəbdən günəmuzd işləyən şəxslər eyni 
yemək yeməli olurdular. Kəndlilərin yeməkləri irihəcmli olsa 
da qiyməti ucuz olurdu. Bu səbəbdən kəndlilər tərəfindən isti-
fadə olunan ərzaq bir qayda olaraq insan sağlamlığı üçün 
təhlükəli idi. Müxtəlif ədviyyatlarla insanları müalicə edən 
həkimlər də hər bir təbəqəyə uyğun dərman preparatları hazır-
layırdı. Az tapılan, bahalı ədviyyatlar yuxarı, gündəlik həyatda 
istifadə olunanlar isə aşağı təbəqəyə verilirdi. 
Orta əsrlərdə gündüz vaxtlarda günorta yeməyi və axşama 
yaxın axşam yeməyi olmaqla gündə iki dəfə yemək yeyilirdi. 
Adət və ənənələrdə günorta və axşam yeməklərinin vaxtından 
əvvəl yeyilməsi mənfi qarşılanırdı. Bu səbəbdən dindarlar və 
kübar təbəqə buna çox ciddi yanaşırdı. Səhər yeməyi işçi sin-
findən olan hər bir şəxs tərəfindən gündəlik formada hazırlanır 
və yeyilirdi. Qadınların, qocaların, uşaqların səhər yeməyi va-
cib hesab olunurdu. Kilsə orta əsrlərdə insanları çox yeməkdən 
qaçmağa və qidalanarkən diqqətli olmağı məsləhət görürdü. 
Bununla bağlı olaraq dini mərasimlərdə insanların buna əməl 


77 
etməsi ilə bağlı rəvayətlər danışılır və məsləhətlər verilirdi. La-
kin buna baxmayaraq, bəzi kübar məclislərdə bu qaydalar po-
zulur və normadan artıq alkoqollu içkilər qəbul edilirdi. Kilsə 
spirtli içkiləri normadan artıq qəbul etməyi qadağan etmişdi. 
İnsanlar spirtli içkilərin təsirindən pis vərdişlərə qurşanır, qu-
mar oynayır, oğurluq edirdilər. Ona görə də kilsə bunu daim 
nəzarətdə saxlamağa çalışırdı. Gündəlik iş həyatında müxtəlif 
saatlarda bir neçə məmulatdan ibarət olan yeməklər yeyirdilər. 
Bu tipik işçi yeməyi hesab olunurdu. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə