Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə40/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   113
 


92 
Yəhudi orucu
Yəhudilikdə orucluq axşamdan axşama və ya səhərdən ax-
şamadək müşahidə olunur, yeməkdən və bütün ləzzətlərdən ta-
mamilə imtina ilə xarakterizə olunur. Şənbə və bayram günlə-
rində oruc tutmaq olmaz. Müasir yəhudilikdə yalnız qiyamət 
gününün orucu ciddi tutulur.
XRİSTİANLIQDA QİDALANMA ƏNƏNƏLƏRİ 
 
Qədim eradan yeni eraya keçid dövründə özünün tənəzzül 
mərhələsinə qədəm qoymuş yəhudilik dərin böhran içərisində 
idi. Hamı öz gəlişi ilə yəhudiləri bu böhrandan xilas edəcək bir 
peyğəmbər gözləyirdi. Bu vaxt Fələstin torpağında yeni bir 
Peyğəmbər zühur edir. Xristianlıq öz adını həmin Peyğəmbərin - 
İsa Məsihin adından alır ki, bu da “seçilmiş”, “məsh edilmiş”, 
“kamil”, “nurlanmış” mənasındadır. İsa Məsih qanını və canını 
insanların xilası naminə qurban vermiş xilaskardır. Onun zühu-
rundan bəhs edən yazı xristianların ən müqəddəs kitabı sayılan 
“İncil” adlanır. Artıq I-ci əsrin ortalarında xristianlıq Fələstin 
torpağından kənara çıxaraq, Roma imperiyasının hər yerinə və 
ondan kənar ərazilərə yayılmışdır. 
Xristian dini bu gün dünyada ən geniş yayılmış dindir. Bu 
dinə etiqad edənlərin sayı 2 milyard nəfərdir. Xristianlıq bizim 
eranın I əsrində Roma inperiyasının Şərq əyalətlərində yaran-
mışdır. Yeni yaranmış din bütün millətlərdən olan insanların 
hər birinin Allah qarşısında bərabər olmasını elan edirdi. Məhz 
xristianlığın bu cəhəti Roma imperiyasında yaşayan tayfaları 
və xalqları cəlb etmişdi. Yalnız IV əsrdə imperator I Konstan-
tin xristian dinini tanıdı və onun hakim dinə çevrilməsinə icazə 
verdi. 
Xristianlıq müəyyən vaxtlardan sonra zamanla üç əsas 
istiqamətə ayrılırdı: katolisizm, pravoslavlıq, protestantlıq.
Roma imperiyası süqut etdikdən sonra pravoslavlıq Bi-
zansın əsas dininə çevrilir. Hal-hazırda onun dünyada 200 
milyon davamçısı var.


93 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə