Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə38/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   113
 
Yəhudi bayramları 
1. Şənbə günü: Bu gün ailənin bütün üzvləri bir yerdə ye-
mək yeyirlər. Bu ziyafət zamanı ailə başçısı əlinə bir piyalə şə-
rab alaraq dua oxumağa başlayır və ailə üzvlərinə ötürür. Ailə 
üzvləri hamısı bir-bir həmin şərabdan içirlər. Şənbə gününün 
istirahət günü kimi təyin olunması 10 fərmandan biridir. Töv-
ratda qeyd olunduğu kimi Hz. Musanın zamanında bir nəfəri 
şənbə günündə odun topladığı üçün həbs edir və onu Hz. Mu-
sanın yanına gətirirlər. O, Allahın əmri ilə onu daşqalaq etməyi 
buyurur. Yəhudilər şənbə günü işləməyi haram və günah hesab 
edirlər. Yəhudilər şənbə günü ibadətlə məşğul olur, istirahət 
edir və bir-birilərinə baş çəkirlər. 
2. Ayın başlanğıcı bayramı: İbrani dilində bu bayram “Rus 
hu – deş” adlandırılır və tərcümədə mənası “ayın başlanğıcı” 
deməkdir. 


89 
3. Yeddinci il və yaxud ayrılma ili: Tövrata əsasən, hər 
yeddi ildən bir bütün borclar və pul ödəmələri bağışlanmalıdır. 
Yəhudi qulları azadlığa buraxmaq kimi insanpərvər işlər həyata 
keçirməlidir. Bu ilin İbrani dilindəki adı “Semita”dır və tərcü-
mədə azad olmaq mənasını kəsb edir. 
4. Yubil ayı: Bu bayram hər əlli ildən bir baş tutur və bu 
bayram münasibətilə bir çox insanpərvər, humanist və əxlaqi 
işlər həyata keçirilir. 
5. Fəsh (Pesəh və yaxud Pasxa) bayramı: Lüğəti mənası 
göz yummaqdır. Firon və onun ətrafındakılara bəlanın nazil ol-
duğu zaman Allahın Bəni-İsrailin ilk övladlarının qətlinə göz 
yumması münasibətilə belə adlandırılmışdır. Amma bu bayra-
mın belə təntənə ilə qeyd olunmasının əsas səbəbi Bəni-İsrailin 
Fironun zülmündən xilas olmaları ilə bağlıdır. Bu bayram 
Fələstində yeddi, başqa yerlərdə isə səkkiz gün keçirilir və ba-
har fəsli aprel ayının 14-də başlayır. Bu bayram mərasimi Töv-
ratda qeyd olunmuşdur. Bu bayramla bağlı qida ritualı təyin 
edilmişdir. Bunun üçün keçi və quzunu bıçaqlamalısan və bu-
nunla da axşam gün batandan sonra Sedarın Pasxa yeməyi baş-
layır. Burada Sedarın ritualına görə dörd qədəh şərab içilir, 
yoxsulluq çörəyi olan matzodan bir dilim yeyərək yeməyi 
bitirirlər. Bayram günlərində evdə mayadan hazırlanan qidaları 
(adi çörək, mayadan olan un məmulatları, pivə) saxlamaq ol-
mazdı. Fəsh və yaxud Pasxa yəhudilərin ən böyük bayramıdır 
və qeyd olunmuş bayram müddətində fətir çörəklərdən istifadə 
etməyə icazə verilmişdir. Birinci gecə (İsraildən kənar yerlərdə 
ikinci gecə də) bayram axşamı süfrəsi açılır və Misirdə keçiril-
miş acı günlərin xatirəsini canlandırmaq məqsədilə acı göyərti-
lər yeyilir. XII əsrdən indiyədək bəzən Yəhudiləri bir uşağı və 
yaxud yetkinlik yaşına çatmış insanı qətlə yetirməklə onun qa-
nında bayram fətirinin hazırlanmasında istifadə etməkdə gü-
nahlandırmışlar. 
6. Həftələr bayramı: Bu bayram Pasxa bayramından əlli 
gün sonra, yəni Pasxadan yeddi həftə keçməsi və məhsulların 


90 
hazır olması münasibətilə keçirilir. Bu bayramın İvrit dilindəki 
adı “Sayut”dur. 
7. İlin başlanması bayramı (Yeni il bayramı): Bu bayram 
“Ruş Həşşana”(yəni, ilin başlanğıcı) kimi adlandırılır. Bu gün 
tövbə ongünlüyü üçün hazırlaşmaq məqsədilə şeypurlar çalınır. 
Onuncu günün böyük əhəmiyyəti vardır və həmin günü “Yov-
mu Kipur” adlandırırdılar. 
8. Yovmu Kipur bayramı: Yəni Kəffarə günü; Bu çox əhə-
miyyətli bayramdır. Bu günü “Aşura”, yəni “Aşura və yaxud 
onuncu gün” adlandırırlar. Yəhudilər həmin gündən öncəki gü-
nün axşamından bayram gününün axşamınadək günahlarının 
kəffarəsini vermək məqsədilə oruc tuturlar. Bu günün müqəd-
dəsliyi şənbə gününün müqəddəsliyindən daha üstündür. Bu 
bayram günü işləmək tam şəkildə haramdır. Yovmu Kipur bay-
ramında yəhudilər köhnə paltarlar geyinirlər. 
9. Kölgəliklər və yaxud çadırlar bayramı: Yəhudilər Hz. 
Musanın zamanında Sina səhrasındakı çadırlarda yaşamalarını 
anma məqsədilə bir həftə çadırlarda və kölgəliklərdə yaşayırlar. 
İvrit dilində bu bayrama “Sukkot”(kölgəliklər və yaxud çadır-
lar) deyirlər. 
10. Açılış bayramı: İvrit dilində bu bayram “Hanuka” adla-
nır və yəhudilərin eradan əvvəl 168-ci ildə Yunanıstanlı istis-
marçılar üzərində qələbə çalması münasibətilə keçirilir. Bu gün 
Süleyman məbədi Yəhudi tərəfindən düşmənin pisliklərindən 
və dağıntılarından paklaşdırıldı. Bu bayram Kölgəliklər bayra-
mından bir həftə sonra keçirilir. 
11. Püşk bayramı: İvrit dilində “Purim” adlanır. Bu gün 
Əhəməni şahı Xəşayarşanın vəziri Hamanın fitnəsilə yəhudi-
lərin qətliamının baş tutmaması münasibətilə bayram keçirilir. 
Bu macəra ətraflı şəkildə Əhdi-Ətiqin “Ester” kitabında qeyd 
olunmuşdur. Bayramın Püşk bayramı kimi adlandırılmasının 
səbəbi bundan ibarətdir ki, Haman öz qərarını şaha elan etmək 
üçün püşkatma yolu ilə gün təyin etmişdir. Bu bayram qış 
fəslinin axırlarına təsadüf edir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə