Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


  MÖVZU 7. QİDALANMA MƏDƏNİYYƏTİNİN



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə37/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   113
 


86 
MÖVZU 7. QİDALANMA MƏDƏNİYYƏTİNİN 
FORMALAŞMASINDA DİNİN TƏSİRİ 
 
Dünya xalqlarının mədəniyyəti, adət və ənənələrində əsas 
yer tutan qidalanma və milli mətbəx dini inanclarla sıx bağlıdır. 
Bir çox yemək ayinləri öz başlanğıcını bəzi xalqların qədim 
adətlərindən götürür və əsrlərdən sonra dini formada xalqlara 
çatdırır. Bu baxımdan ənənəvi pasxa yeməklərinin tarixi diqqə-
tə layiqdir. Eramızdan əvvəl köçəri tayfalar Bahar bayramını 
süd və kəsmiklə qeyd edirdilər. Əkinçiliyə keçməklə məhsul 
bayramı yarandı. Bu zaman ilk taxıl yığımından qurbanlıq yu-
xalar bişirməyə başladılar. İudaizm dininin inkişafı ilə bağlı 
Pasxa bayramı yarandı. Bu bayram yəhudilərin Misirdən get-
məsi ilə bağlı olaraq qeyd edilirdi. Bayram Bahar bayramına 
çevrildi. Qida ayinlərində əsas yeri mayasız çörək tuturdu. Xris-
tianların Pasxası İsa Məsihin dirilməsi ilə bağlıdır. Bu zaman 
bayram masasında pasxa kəsmiyi – heyvandarların simvolu, ku-
liç əkinçilərin çörəyinin simvolu, rəngli yumurta isə baharın və 
həyatın dirçəlişini əks etdirirdi. 
 
İUDAİZMDƏ QİDALANMA ƏNƏNƏLƏRİ 
 
Yəhudi dini olan iudaizm e.ə. 1-ci minillikdə Fələstində 
yaranmış, e.ə VII əsrdən başlayaraq moneteist din olmuşdur. 
Vahid Allah Yəhvaya, Tövratın müqəddəsliyinə etiqad: axirətə, 
qiyamət gününə, o dünyada əcr veriləcəyinə inam, ölülərin diri-
ləcəyinə və Məsihanın zühr edəcəyinə etiqad, ruhun varlığına 
və taleyinə inam və s. iudaizmin əsas etiqad ehkamlarındandır. 
İudaizmdə müqəddəs kitablar üç qrupa bölünür. Birinci 
qrup yalnız bir kitabdan Tövratdan (İvrit dilində “Qanun”) 
ibarətdir. Tövrat yəhudiliyin birinci ən müqəddəs kitabı hesab 
olunur. Yəhudi ilahiyyatına görə Tövrat Allah tərəfindən Musa 
peyğəmbərə diktə edilmişdir. İkinci qrupda yalnız Tanahdan 
ibarətdir. Tanah da xristian bibliyasına daxil edilmişdir. Üçüncü 
müqəddəs kitablar toplusuna "Talmud” daxildir. Talmudun müəl-


87 
lifi Allah hesab olunur. Yəhudi təliminə görə Talmud Allah tərə-
findən Musa peyğəmbər vasitəsilə insanlara çatdırılmışdır. 
İudaizm dünyada azsaylı dinlərdən biridir və bizim dövrü-
müzə qədər praktiki olaraq dəyişməz qalmışdır. Eramızdan 
əvvəl XIII əsrdə yəhudilər arasında inkişaf etmiş təkallahlıqla 
bağlı olan bir dindir. İudaizm yəhudilərin milli dinidir və dün-
yanın müxtəlif ölkələrində iyirmi milyon davamçıları var. 
İudaizmin bütün dini bayramları yəhudilərin müqəddəs tarixləri 
ilə bağlıdır. 
Deyilənə görə, yəhudi xalqı uzun illər ərzində milli ərazi-
dən və cəmiyyətdən uzaq olub dünyanın müxtəlif ölkələrinə (Av-
ropa, Asiya) səpələniblər. Lakin buna baxmayaraq, öz dillərini, 
mədəniyyətlərini, milli ənənələrini qoruyub saxlaya biliblər. 
İudaizm dininin yaradıcısı Misir əsirliyində doğulmuş Musa 
peyğəmbərdir. Musa peyğəmbər sonrakı İsa Məsihdə olduğu 
kimi 40 gün oruc tutub. Yəhudilərin yeməklə bağlı adətləri Əhdi-
ətiqin müvafiq fəsilləri ilə müəyyən edilir. Yəhudi yeməkləri 
istifadəsinə görə təmiz və natəmiz yeməklərə bölünür. Kaşrut 
(icazə və uyğunluq) anlayışı ən çox müəyyən bir qidanın istifa-
dəsi məsələsi ilə əlaqələndirilir. Qidalanma ilə bağlı halal hesab 
edilən məməlilərdən həm vəhşi, həm də ev heyvanlarına icazə 
verilirdi. Digər tərəfdən donuz təmiz heyvan sayılmır və onla-
rın fikrinə görə, onun içində şeytan oturur. Dəvə, dovşan, donuz, 
sürünənlər və bir neçə quş əti yemək qadağandır. Yeməyə 
yırtıcı quşların ətindən istifadə etmək olmaz. Bura eyni zaman-
da bataqlıqda və suda üzən (qaz və ördəkdən başqa) quşlar da 
aid edilir. 
Qida qadağaları haqqında təlim. 
Yəhudilərdən dinin tələblərindən irəli gələrək müəyyən qida 
qadağalarını gözləmək tələb olunur. Onların içərisində üçü əsasdır: 
1.
Tövratda murdar hesab edilən heyvanların (donuz, dov-
şan, at, dəvə və s.) ətini yemək qadağandır; 
2.
Qidaya qan qatmaq olmaz


88 
3.
Ət və süd məhsullarını eyni vaxtda qəbul etmək qada-
ğandır. 
Yəhudilərin qidalanmasında balıq əsas yer tutur. “Kəhf” 
surəsində balığa xüsusi diqqət yetirilir. Bu surədə Hz. Musanın 
və onun gənc köməkçisinin uzun bir səfərə çıxdığı və özləri ilə 
qida kimi balıq götürdüyü qeyd edilir. Balıq yəhudi mətbəxi, 
dini və yəhudi fəlsəfəsinin rəmzlərindən biridir. O, Tövratda da 
səmavi bayram simvollarından biri sayılr. Balıq bürcü yəhudi-
lərdə ən xeyirxah bürc kimi qəbul olunub. Bu, bəlkə də onunla 
bağlıdır ki, iudaizm dinində balığın bəd nəzərdən qorumağına 
inanırlar. Bir yəhudinin yeyə biləcəyi yeməklərə “kosher” de-
yilir. Kosher qidaları ən səmərəli və sağlam hesab edilir. Məh-
sullar ətraf mühitə və gigiyena qaydalarına uyğun olaraq bişi-
rilir. Tövratda qaydaların kodu verilir. Burada qeyd olunur ki, 
bütün bitkilər təmizdir, lakin həşəratlar kosher deyil, buna görə 
də bütün məhsullar yuyulur, ələnir və bişirilir. Çünki bitkilərdə 
həşəratların tırtılları, unda böcəklər ola bilər. Balıq növləri 
qanadlı olmalıdır. Çəyirtkələr istisna olmaqla, bütün həşəratlar 
qadağandır. Bala icazə verilir, çünki o bitki mənşəli sayılır.

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə