Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə45/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   113
 
Yemək ayinləri 
Həftəlik xristian bayramı bazar günüdür. IV əsrdə impe-
rator I Konstantin xristian dinini dövlət dini və bazar gününü 
həftənin ilk günü, bayram günü kimi elan etdi.
Pasxa – Müqəddəs pasxa, Müqəddəs İsanın dirilişi demək 
olar ki, təxminən iki min ildir ki, keçirilir. Pravoslavların əsas 
bayramı hesab edilir. Kilsədə keçirilmiş 325-ci il tarixli məclis-
də pasxa bayramının yəhudi bayramı ilə üst-üstə düşməməsi 
üçün onu yaz bərabərliyi, tam aydan sonra ilk bazar günü keçi-
rilməsi qərara alındı. Pasxa yeməyində hər bir yemək ola bilər. 
Məsələn, ənənəvi olaraq pravoslav Rusiya üçün pasxa yemək-
lərinin əsas atributu kuliç (şirin keks), pasxa kəsmiyi və rəng-
lənmiş yumurtadır. 
Kuliç
pasxa süfrəsinin bəzəyi hesab olunur. Kuliç müxtəlif 
ölçülü, tərkibi xəmirdən olan hündür və dəyirmi formalarda bi-
şirilir. Onu yüksək keyfiyyətli buğda unundan, kərə yağından, 
süd, yumurta, şəkər tozu, maya və duzdan hazırlayırlar. İçərisi-
nə isə vanil, zəfəran, sarıkök, üzüm, qoz qoyurlar. Kuliçi bişi-
rən adam bu işin əhəmiyyətini vurğulayaraq əyninə təmiz pal-
tar geyinir. 
Pasxa kəsmiyi: onun əsas komponentləri rəndələnmiş kəs-
mik, kərə yağı, xama və ya qaymaq, yumurta, şəkərdir. Dad zöv-
qünü nəzərə alaraq ona üzüm, qoz, quru meyvə, limon əlavə 
edirlər. Pasxa kəsmiyini ənənəvi olaraq dörd mərtəbəli pirami-


101 
da şəklində hazırlayırdılar. Bu əslində İsa Məsihin çarmıxa çə-
kildiyi yeri – Qüdsdəki Qolqof dağ təpəsini təcəssüm etdirir. 
Hazırlanmış pasxanı xüsusi formaya qoyub bir gün soyuq 
yerdə saxlayırlar ki, özünü tutsun. 
Pasxa yumurtası 
- Pasxa süfrəsinin digər bəzəyi rənglən-
miş, boyalı yumurtadır. Pasxa bayramında insanlar görüşərkən 
bir-birlərini təbrik edir və boyalı yumurta verirlər. Adətən in-
sanlar bir-birlərinə qırmızı rəngdə boyanmış pasxa yumurtası 
verirlər. Bu adət Tibet imperatorunun qarşısına çıxaraq onu qır-
mızı rəngdə boyanmış bir hədiyyə təqdim edən Mariya Maq-
dalinadan gəlir. Bu İsa Məsihin qanı ilə insanların yenidən do-
ğulduğunu göstərir. 
Pasxa təntənəsi bütün həftəni davam edir. Buna “müqəd-
dəs həftə” deyirlər. Lakin bayram təntənəsi əsasən, müqəddəs 
bazarın ilk günündə qeyd olunur. Firavan yaşayan ev sahibləri-
nin süfrəsi daha zəngin olur ki, buraya müxtəlif pasxa kuliçləri-
ni, qızardılmış və qiymələnmiş quzu və donuz əti, vetçina, qay-
nadılmış donuz əti, donuz mədəsi, bir neçə növ kolbasa, balıq 
yeməkləri, göyərtini aid etmək olar. Yeməklərin və qəlyanaltı-
ların çoxu yumurta ilə qoyulur. İçkilərdən isə bir neçə növ 
kvas, araq və şərbət istifadə edilir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə