Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə44/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   113
Pravoslav orucu 
Pravoslavlar orucda köhnə ənənəyə bağlıdır. Onlarda oruc 
daha sərt və uzun müddətlidir. Pravoslav məzhəbində ilin gün-
lərinin təqribən yarısını oruc günləri təşkil edir. Orucların 
bəzisi bir gün, bəzisi isə bir neçə gün tutulur. 
Böyük oruc - Pasxadan 48 gün qabaq tutulur. 
Milad orucu - Məsihin doğumundan 40 gün qabaq tutulur. 
Pyotr orucu - apostollar Pyotr və Pavelin xatirəsi anılan 12 
iyuldan 2-5 həftə qabaq tutulur. 
Uspeniye orucu – bakirə Məryəmin vəfatına həsr olunur və 
Uspeniyedən 14 gün əvvəl tutulur. 
Göstərilən bir neçə günlük oruclardan əlavə, demək olar ki, 
ilin bütün çərşənbə və cümə günləri, habelə, “Əhdi-cədid”də (“İn-
cil”) anılan bir neçə əlamətdar gün də oruc günlərindən sayılır. 
Böyük oruc və Uspeniye orucu daha ciddi hesab edilir. Be-
lə ki, bu orucun bütün günlərində (oruc müddətinə təsadüf edən 
böyük bayramlar istisna edilməklə) hətta günəş batdıqdan son-
ra belə, canlı heyvan mənşəli qidaları, o cümlədən, süd məhsul-
larını qəbul etmək olmaz. Yalnız bitki mənşəli yeməklə qidalan-


99 
maq olar. O biri oruclarda, bir qayda olaraq, balıq yeməyə icazə 
verilir. Xəstələrin süd məhsulları yeməsinə də icazə vardır. 
Kilsənin qədim qanunlarına görə Böyük oruc aşağıdakı 
qaydada tutulmalı idi (bu qaydalar formal olaraq kilsə tərəfin-
dən hələ də ləğv edilməmişdir). Günün işıqlı hissəsində heç nə 
yemək və içmək olmaz. Günəş batdıqdan sonra səhərə qədər 
keçən vaxt ərzində iki dəfə - axşam ibadətindən sonra və sübh 
ibadətindən əvvəl bişirilməyən (çiy və qurudulmuş) meyvə-tə-
rəvəz (bitki mənşəli yağlardan istifadə etməmək şərtilə) ye-
məyə və çiy (qaynanmamış) su içməyə icazə verilir. 
Bundan əlavə, bir fincan təbii qırmızı şərab içməyə də ica-
zə vardır. Şənbə və bazar günlərində isə bir dəfə bişmiş isti, 
bitki mənşəli yemək qəbul etmək olar (yenə də bitki mənşəli 
yağlardan istifadə etməmək şərtilə). Böyük orucluğun 48 günü 
ərzində yalnız bu günlərə təsadüf edən 3 bayramda bitki mən-
şəli yağda bişirilmiş balıq məhsulları yeməyə və gündə iki fin-
can şərab içməyə icazə verilir. Əlbəttə, belə orucu yalnız mo-
nastırda – insanın işləmək, ailə saxlamaq, vətənə xidmət etmək 
vəzifələrindən azad olduğu şəraitdə tutmaq mümkündür. Buna 
görə də adi həyatda tədricən orucluq qaydalarına yumşaqlıq gə-
tirən düzəlişlər tətbiq edilməyə başlandı. Bununla da nümayiş 
etdirilən həyat tərzi arasında fərqlər meydana çıxdı. 
Bu gün böyük orucluq günlərində pravoslav kilsələrinin 
qapısından asılan ibadət ayinlərinin cədvəlinə nəzər salsaq, be-
lə bir mənzərənin şahidi olarıq: “Sübh ibadəti” adlanan ibadəti 
axşam vaxtı - saat 17-18 arasında, “Axşam ibadəti” adlanan 
ibadət isə səhər vaxtı – saat 7-8 arasında həyata keçirilir. Lakin 
işləyən adamın bütün gün ərzində ac qalması çox çətin olduğu 
üçün, axşam ibadəti saat 17-də deyil, səhər saat 8-də keçirilir 
və bundan sonra dindarlara yemək-içmək icazəsi verilir. Sübh 
ibadəti də öz növbəsində iki-üç saat davam etdiyinə və iki iba-
dət üst-üstə 5-6 saat vaxt çəkdiyinə görə sübh ibadətini öz vax-
tından əvvəl axşam keçirirlər. Orucluğun forması da dəyiş-
mişdir. İndi həm ruhanilər, həm də rahiblərin əksəriyyəti oruc-


100 
luq zamanı bitki mənşəli yağda bişirilmiş tərəvəz yeyirlər. Se-
minariyalarda təhsil alan gələcək ruhanilərə böyük orucluq 
günlərinin ikinci yarısında balıq da verilir. Həqiqətən, ağ gö-
bələk şorbası, bundan sonra ağ balıq, üstündən də çərəz kimi 
meyvə yeyəndə oruc tutmaq bir o qədər də çətin olmur. Pra-
voslavlıqda qədim xristianlıqda olduğu kimi günün işıqlı hissə-
sində yemək və içməyin qadağan olunduğu oruc hal-hazırda 
pravoslav dünyasında yalnız ikicə gün vacib sayılır: Milad və 
Pasxa bayramlarından əvvəlki günlər. Miladdan əvvəlki günü 
“Milad axşamı” adlandırırlar. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə