Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə43/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   113
İsa Məsihin doğuşu 
Xristianlığın möhtəşəm bayramlarından biri də İsa Məsihin 
doğum günüdür. Buna Milad bayramı da deyilir. Pravoslavlar 
Isa Məshin doğum gününə 40 gün qalmış oruca başlayırlar. Bir 
çox müqəddəs mərasimlər xristianlıqla bağlı olmasa da bu, 
bayramın atributuna çevrilmişdir. 
Pravoslavlarda olduğu kimi katoliklərdə də oruc aylarında 
hər hansı qidayla bağlı məhdudiyyət və qadağa yoxdur. 
Katoliklərin pəhriz praktikası pravoslavlardan tamamilə fərqli-
dir. Katoliklər deyirlər ki, oruc özlüyündədir, məqsəd deyil, əsl 
mənəvi azadlığa nail olmaq üçün bir vasitədir. Qərb xristianla-
rında oruc vaxtı yemək məhdudiyyətləri Şərqdəkinə nisbətən 
daha yumşaq olur. Orucluq vaxtı yalnız ət məhsullarına icazə 
verilirdi. Heyvan mənşəli digər məhsulların istifadəsi qadağan 
edilirdi. Kilsə diqqətə çatdırmaq istəyirdi ki, zahiri dindarlıq 
İsa Məsihin nəsihətlərini yerinə yetirilməsini əvəz edə bilməz. 
Yalnız böyük orucluq günlərində və yalnız bir neçə gün 
ərzində (bütün cümələr) ət yeməkdən çəkinmək tələb olunur, 


97 
və yalnız Kül çərşənbəsi günü və var: adi oruc 14 yaşdan ; 
ciddi oruc isə 21 yaşdan 60 yaşa qədərdir. Bu dində əsasən
katolik məzhəbinə mənsub insanların və digərlərinin də 
tutduğu iki oruc vardır: 
- Şükr orucu 
- Kilsəyə aid oruc 
- Okaristik oruc. 
Xristianlıqda Hz. İsa tərəfindən həyata keçirilməsi əmr 
olunan yeddi müqəddəs dini ayin vardır. Bu yeddi ayinin hamı-
sının bütün sektalar tərəfindən qəbul olunmamasına baxmaya-
raq, məzhəblərin çoxu tərəfindən qəbul olunan ayinlərdən biri 
okarist ayinidir. Bu ayin Hz. İsanın çarmıxa çəkilməsindən əv-
vəl həvariləri ilə (elçi, səfir, Hz. İsanın seçdiyi 12 ardıcılı) bir-
likdə etdiyi şam yeməyinin xatirəsi olaraq keçirilən kominyon-
dur (“Çörək-şərab ayini”). Okaristiyanı (çörək-şərab ayinin) 
qarşılamaqla əlaqədar həyata keçirilən oruc “okaristik oruc” 
adlandırılmışdır. Bu orucda müəyyən bir müddət ərzində qatı 
yeməklərin yeyilməsi qadağan olunur. Bu oruc əvvəllər gecə 
saat 12-dən kominyona kimi heç nə yeməmək və içməməklə 
həyata keçirildiyi halda, indi II Vatikan dini toplantısından son-
ra dəyişdirilmişdir. Hal-hazırda bu ibadət Kominyondan bir 
saat əvvəl heç bir şey yeməmək, 3 saat əvvəl də spirtli içki qə-
bul etməmək formasında həyata keçirilir. 
Ekleziyastik oruc. Bu orucu adətən katolik məzhəbinə mən-
sub olanlar tutur. Yuxarıda Matta incilində Hz. İsanın 40 gün-
lük oruc tutduğunu qeyd etmişdik. Katolik kilsəsi bu ibadəti 
qırx günlük bir müddət ərzində pəhriz (Carem) formasında hə-
yata keçirir. Bu pəhriz katoliklər üçün “Kül çərşənbəsi” deyilən 
Caremin ilk günündən pasxa gününə müqəddəs cümə günü çox 
ciddi bir oruc təyin olunur. Katolik kilsəsində orucluqda yaşa 
görə məhdudiyyət kimi davam edir. Kilsə təqviminə görə ilin 
müəyyən vaxtında həyata keçirilən bu ibadət bir kəffarə (tövbə) 
tətbiq olunmasıdır. Orucun bu növü hal-hazırda olduqca yün-
gülləşmiş və azalmışdır. Tutulma forması gündüz yalnız bir ye-


98 
məyi qəbul etmək, səhər və axşam da yüngülvari yeməklərə 
qane olmaqdır. Türkiyənin böyük təfsirçi alimi Hamda Yazar 
40 günlük orucun mənşəyini daha sonrakı xristian din xadim-
lərinin qənaətinə əsaslandırır. Çünki xristianlara otuz günlük 
Ramazan orucunu tutmaq əmr olunmuşdur. Lakin onlar hava-
ların isti keçməsi ilə əlaqədar olaraq, fərz olan bu orucun vax-
tını daha sərin bir vaxta keçiriblər. Kəffarə olsun deyə buna on 
gün də əlavə ediblər. 
Xristianlar arasında Hz.İsanın çarmıxa çəkildiyinə inanan-
ların tutduğu “İztirablar cüməsi” orucu da geniş yayılıb. Xris-
tian inancına görə, Hz.İsa çərşənbə günü tutulmuş, cümə günü 
çarmıxa çəkilmiş və şənbə günü də vəfat etmişdir. Bu günlər 
tövbələrin qəbul olunduğu günlərdir və bu günlərdə oruc tut-
maq lazımdır. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə