Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə51/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   113
 
Ramazan bayramı
Ramazan bayramı (Firt bayramı) ərəbcə Şəvval ayının 1-ci 
günü, Ramazan ayının sonunda, orucun sona çatması münasi-
bəti ilə qeyd edilir. Ramazan ayında oruc tutulması müsəlman-


112 
lara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı 
insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə 
qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir. Oruc Rama-
zan ayında tutulduğu üçün ona “Ramazan orucu”da deyirlər. 
İslamda ilin ayları arasında Ramazan ayı ən müqəddəs ay 
hesab olunur. Orucluq hicrinin ikinci ilindən - Məhəmməd pey-
ğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı tə-
yin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı 
on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə 
bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən ge-
cə baş vermişdir. Bu gecə “leylət al-Qadr”- qüdrətli, əzəmətli 
gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: “Qədr gecəsi 
min aydan daha xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin iz-
ni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülə-
nə kimi salamatlıqdır.” (Qədr surəsi, 3-5) Ramazan ayının gecə-
lərindən birində müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim” 
nazil olub. Həmin gecə “qədr” və ya “əhya” gecəsi adlanır. 
Ramazan ayı müsəlmanların ən müqəddəs bayramıdır. Mü-
səlmanlar bu aya “on bir ayın sultanı” deyirlər. Bu bayram otuz 
gün davam edir. Bir çox müsəlman ölkələrində Ramazan bay-
ramı müxtəlif vaxtlarda başlaya bilər. Bu, ümumiyyətlə, astro-
nomik hesablama metodundan və ya ayın birbaşa müşahidə 
edilməsindən asılıdır. Ramazan müsəlman təqviminin doqqu-
zuncu ayıdır. Bu ay böyük bir mükafat verilə biləcəyi aydır. Bu 
ay eyni zamanda insanların öz günahlarını yuya biləcəyi, əbədi 
cənnəti qazana biləcəyi aydır. Buna tutulan oruc, beş rükət na-
maz, istənilən namaz duası, səmimi namaz, sübh namazı süfrə-
si (suxur), iftar (gecə süfrəsi), hədiyyə və digər xeyirxah işlər və 
əməllər daxildir. 
Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret 
çəkmək və s. hərəkətləri yerinə yetirmək olmaz. Bunlardan yal-
nız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq 
yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay 
çıxandan başlanır və 29-30 gün davam edir. “Qurani-Kərim”də 


113 
yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər 
yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın” (Bəqərə 
surəsi,187) 
Ramazan ayının gəlişi ilə oruc tutan insanların qida rasio-
nunda bir sıra dəyişikliklər olur. Hər kəs daha yüngül qidalara 
üstünlük verir. Çünki yüngül, lakin vitaminli qidalar gün ərzin-
də orqanizmin tələbatını ödəmiş olur. Oruc tutan insanlar iftar 
zamanı sağlamlıqlarına da xüsusi diqqət yetirir. İlk növbədə su-
lu yeməklərə üstünlük verilir. Oruc süfrəsinin əsl atributu xur-
madır. Ona görə də oruc tutan insanların süfrəsində vacib sa-
yılan nemətlərdəndir. Oruc süfrəsində qatıq, ayran əskik olmur. 
Oruc süfrəsini həddən artıq zəngin etmək qaydalara görə ol-
maz. Bu ona görədir ki, ac qalaraq bütün günü dincələn orqa-
nizmi qəfil, ağır, çeşidli qidalarla yükləmək düzgün deyil. Ra-
mazan orucunun əsas əhəmiyyəti müsəlmanlar üçün ac qalmaq 
deyil, onun mənəvi tərəfi təkcə nəfsinə hakim olmaqla yanaşı, 
həm də düşüncədə, münasibətdə, davranışda oruc olmaqdır. 
Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin 
gün bütün müsəlmanlar bir-birini təbrik edir, vəfat edən doğ-
malarının qəbrini ziyarət edir, ruhlarına dualar oxuyurlar. 
Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 
kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün 
fitrə zəkatı verir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə