Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


  İslamda süfrə mədəniyyəti haqqında



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə49/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   113
 


109 
İslamda süfrə mədəniyyəti haqqında: 
Beləliklə, İslamda müsəlmanlara yemək zamanı riayət et-
məli olduqları ümumi qaydalar var: 
- Yemək zamanı tələsmək olmaz. Gözləmək lazımdır ki, 
başqaları da başlasın; 
- Başqalarının necə yeməyinə baxmaq olmaz; 
- Süfrədə ikrah oyada biləcək heç bir iş görməyin
- Ədəb qaydaları hər şeyi sağ əllə başlamağı tələb edir. Sağ 
əllə çörəyi götürür, çay verir, çay mərasimini idarə edən adama 
boşalmış çay bardağını qaytarırlar. Məclisə daxil olarkən 
birinci sağ ayağını qoyursan. 
 
Böyük İslam Peyğəmbəri Hz. Məhəmmədin qidalanma 
ilə bağlı nəsihətverici kəlamları haqqında 
Kimsə İslam Peyğəmbərinə dedi: “Biz yemək yeyirik am-
ma doymuruq”. Hz. buyurdu: “Bəlkə, ayrı-ayrılıqda yemək ye-
yirsiniz; yemək yeyərkən bir yerə yığışın və Allahın adını çə-
kin ki, bərəkətli olsun”. Hər hansı canlı varlıqlar üçün qidalan-
maq həyati zərurətdir və insan da bu prinsipdən istisna deyil. 
Məhz buna görə də dini övliyaların bu sahədəki metodları diq-
qətə layiqdir. Peyğəmbərimizin ənənələrində qidalanmaq iba-
dət üçün güc əldə etmək məqsədi ilə baş tutur. Hz. Məhəmmə-
din yeməkləri halal olmaq, çeşitli olmaq, sadə olmaq, ziyanlı 
olmamaq və faydalı olmaq kimi xüsusiyyətlərə malik idi. Pey-
ğəmbərimiz hər bir vədə yeməkdə bir növ yeməkdən istifadə 
edər və bədənin ehtiyacı olduğu qədər yemək qəbul edərmiş. 
Onun yemək vaxtı acdığı vaxt olurmuş və başqları ilə birlikdə 
yeməyə israr edərmiş. Həmçinin Hz. yeməyə başlayarkən və 
yeməyi bitirərkən Allahın adını çəkər və bu sahədə başqa xü-
susi adətlərə riayət edərmiş. Bu mənada Hz. Məhəmmədin qi-
dalanma ilə bağlı həyat tərzi hər kəsə bir nümunədir, örnəkdir. 
 
Müsəlman bayramları
İslam dininə aid olan bayramlar hicri təqviminə müvafiq 
olaraq ay təqviminə görə dəyişdirilmişdir. 


110 
Qədim rəvayətlərdə deyilir ki, bir zamanlar müsəlman mö-
minlər Məhəmməd Peyğəmbərin yanına gələndə ona Mədinədə 
yaşayan yəhudilərin hansısa bir bayramı qeyd etdiklərini söy-
ləyir və bu bayramda iştirak etmək üçün onlara qoşula biləcək-
lərini soruşurlar. Lakin Məhəmməd Peyğəmbər onlara bu bay-
ramda iştirak etməyi məsləhət görmür və deyir: “Allah müsəl-
manlar üçün özü bayramları müəyyən edəcək və yalnız bu bay-
ramlar Allahı razı salacaq”. Müsəlman bayramları Allaha daha 
səylə ibadət etməyə güc, qüvvət verəcək. Müsəlman bayramları 
insanlar üçün öz günahlarını təmizləmək və uca Allahın mərhə-
mətini qazanmaq üçün bir fürsətdir. 
İslam bayramları müqəddəs aylardır. Bu aylarda müsəl-
manlar gecə və gündüz “Qurani-Kərimi” və müxtəlif dualar 
oxuyur, xüsusi namaz ayinləri yerinə yetirirlər. 
Müsəlmanlar bayramlarda öz qohumlarına, qonşularına, 
tanış olan və olmayanlara könüllü şəkildə ianələr, hədiyyələr 
verir, çalışırlar ki, heç kimin xətrinə dəyməsinlər. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə