Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


İslamda əsas bayramlar. Qurban bayramı



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə50/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   113
 
İslamda əsas bayramlar. Qurban bayramı 
Müsəlman bayramları içərisində əsas bayramlardan biri 
Qurban bayramıdır. Hicrinin (Məhəmməd Peyğəmbərin Mək-
kədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban 
kəsmənin islam aləmində başqa məqsədləri və səbəbləri yaran-
dı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yük-
səkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi 
əlamətlərə yiyələndi. 
Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş 
verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İb-
rahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Alla-
ha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi 
Allahın əmrini yerinə yetirməyə razı olur. 
Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istə-
yən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır 
idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq 
üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayra-


111 
mında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Çox sev-
diyi balasını Allah yolunda qurban vermək istəməsi ilə imanı-
nın, səmimiliyinin və mütiliyinin nə qədər yüksək olduğunu sü-
but etmişdir. Odur ki, din tarixində dərin iz salmış bu hadisə 
Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu gös-
tərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində 
bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı yada salıb, yaxşı 
zamanlarda onu unutmaq möminə yaraşan hərəkət deyil. 
Qurban bayramı Həcc ziyarətinin yekun hissəsidir. Yəni bü-
tün mömin müsəlmanlar ildə bir dəfə Məkkədə öz qurbanlarını 
kəsirlər. Təbii ki, Qurban bayramının mənəvi tərəfi də var. Qur-
ban kəsməyə imkanı olan hər bir kəs kəsdiyi heyvanın ətindən 
imkansızlara paylayır. 
Bu günü bütün müsəlman aləmi bayram kimi qeyd edir. 
İslama görə qurban edilən heyvan Allah üçün kəsilir. Onların 
nə ətləri, nə də qanları Allaha çatır. Ona sadəcə sizin düşüncə 
və niyyətiniz çatır. İslamda pulla qurban payı almaq və qurban 
əti satmaq kimi bir anlayış yoxdur. Yəni qurban kəsilən heyva-
nın ətinin bir qismi evə, bir qismi isə ehtiyacı olanlara payla-
nılır. Qurban bayramında 6 ayına qədər olan körpə quzuları kəs-
mirlər. Qurban bayramında adətən qoyun qurban kəsilir. Am-
ma qoyundan başqa inək, dəvə, keçi də kəsilə bilər. 
Heç kimə sirr deyil ki, bu günlərdə hazırlanan xörəklər nor-
malda qəbul edilən qidalardan miqdar və kaloriliyinə görə kəs-
kin fərqlənir. Qurban bayramında hazırlanacaq xörəklərdə yağ-
sız və ya az yağlı ətlər seçilməlidir. Qurban əti necə bişirilməli – 
əgər mütləq qovurma bişiriləcəksə, xörəyin içərisinə kərə yağı 
və ya quyruq piyi qoyulmadan öz suyunda vam odda hazırlan-
malıdır. Bayram günlərində yeməkdən sonra açılan çay süfrə-
sində şirniyyatlardan istifadə məsləhət görülmür. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə