Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə53/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   113
 
Novruz bayramı 
Novruz (fars sözü olub) “yeni gün” deməkdir. Bu bayram 
yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Novruz 
Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gün-
düz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) ke-
çirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlan-
ması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni 
ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan baş-
layaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan
Qazaxıstan, Qırğızıstan və bir çox Şərq ölkələrində baharın – 
yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21- i İran və 
Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. 
Təbiətin oyanması Novruz ilə başlayır. Novruz bayramına 
az qalmış insanlar buğda və mərci cücərdirlər. Novruzun gəlişi 
ilə bağlı evi təmizləyir, təzə paltar geyinir, bayram süfrəsi açır-
lar. Bayram axşamı ailənin sayına uyğun olaraq şam yandırılır. 
Süfrədə mütləq Quran, çörək, fincanda su, süd, pendir, müxtə-
lif rənglərlə boyanmış yumurtalar, toyuq və balıqdan bişirilmiş 
yeməklər, meyvə, qoz-badam və s. olur. Bayram axşamı ailə 
üzvləri bir süfrə arxasında toplaşmalıdır. Bayramda mütləq yax-
şı sözlər danışılmalıdır. 
BUDDİZM, SİNTOİZM 
 
Buddizm b.e.ə. V-VI əsrlərdə qədim Hindistanda yaran-
mışdır. Buddizmin yaradıcısı, bütün dünyada Budda kimi tanı-
nan şahzadə Siddhartha Qautamadır. Buddizmi sözün tam mə-
nasında din adlandırmaq qeyri-mümkündür. Buddistlər Budda-
ya, o cümlədən bir çox başqa tanrılara və bodhisattvalara (bü-


116 
tün varlıqların rifahı naminə budda olmağa qərar vermiş insan) 
pərəstiş edirlər. Ancaq bunu edərkən onlara qüdrətli hökmdar 
kimi deyil, müəllim kimi yanaşırlar. 
 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə