Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


İnsan və qida münasibətlərinin əsas mahiyyəti Buddizm-



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə55/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   113
İnsan və qida münasibətlərinin əsas mahiyyəti Buddizm-
də belə fikirlərlə ifadə olunur: 
“Dərindən düşünərək mən bu qidanı həzz almaq üçün 
deyil, artım üçün, özümü bəzəmək üçün, özünə məmnunluq və 
məftunluq üçün deyil, yalnız cismimi (bədəni) saxlamaq, onun 
fiziki mövcudluğu və ona zərər verməmək üçün qəbul edirəm. 
Bədən müqəddəs həyatın dayağıdır. Əvvəlki aclıq hissini məhv 
edirəm və həddindən artıq yeməkdən ötrü yeni hisslər yaran-
masına imkan vermirəm. Mənim üçün cismani xətalar azaldıq-
dan sonra mən hüzurlu, sakit yaşayacağam”. Bu düşüncələrdə 
qida bir sədəqə verilmiş kimi nəzərdə tutulur. Özünə məftunluq 
gözəl bədən quruluşu kimi başa düşülür. Bəzək dedikdə köklük 
nəzərdə tutulur. Sakit yaşamaq isə meditasiya edərək yaşamaq 
kimi anlaşılır. Sonuncu vəziyyət bədəndə dayanıqlı qalmaq 
deməkdir. Buddizm təlimlərində qidalanma ilə bağlı təsəvvür-
lərin zülallarla, karbohidratlarla, yağlarla heç bir əlaqəsi yox-
dur. Əsas diqqəti kaloriyə, vitaminlərə və mineral maddələrə 
ayırırlar. Onların qidalanma xüsusiyyətləri haqqında bilikləri 
bilavasitə təcrübədən yox, ağıldan bilirik. Məsələn, Qərbdə qi-
dalanma ilə bağlı biliklər laboratoriyada aparılmış tədqiqatlara 
əsaslanır. Buddizmdə qidalanma ilə bağlı biliklər birbaşa ola-
raq təbiətdən gəlir. Bu zaman dad reseptorları qida ilə təmasda 
olduqda çox sayda faydalı məlumat ötürülür. Buddizmin ba-
lanslaşdırılmış pəhrizində hər yeməkdə mütləq altı dadın ha-
mısı olmalıdır. Məsələn, balanslaşdırılmış nahar menyusu: bü-
töv qızardılmış cücə və buxarda qaynadılmış düyü (şirin, turş, 
kəskin,), vanilli dondurma (şirin). 
Buddistlər belə hesab edirlər ki, hər gün eyni dada üstün-
lük vermək olmaz. Buddizmin qidalanma sistemində əsas yeri 


118 
makrobiotika tutur. Makrobiotikada əsasən, qidalanmada ilin 
vaxtına uyğun olan taxıl və ənənəvi ərzaqların istifadə edilməsi 
nəzərdə tutulur. Buddizmdə ət və süd məhsulları xaric edilmir, 
lakin onların miqdarı ümumi qida kütləsinin cəmi bir faizini 
təşkil edir. Buddistlər hesab edirlər ki, ət məhsullarından qo-
yun, donuz və eyni zamanda daxili orqanlara (qaraciyər, mədə) 
üstünlük vermək lazımdır. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə