Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə54/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   113
Buddizmdə qidalanma 
Buddizmdə hər hansı ərzaq növündən imtina və onun di-
gəri ilə əvəz olunması barədə qadağalar və qaydalar yoxdur. 
Sadəcə yemək seçimində diqqətli olmağı, təzə olmayan, gec 
həzm olan, ağırlıq və narahatlıq yaradan ərzaqdan istifadə et-
məmək tövsiyə olunur. Əgər belə yeməklər yeyirsinizsə onda 
“Səbəb və nəticə” prinsipinə əsasən özünüzə hesabat verməli-
siniz. Daha sadə desək pis ərzaqla qidalanma nəticəsində xəstə-
lənsəniz şikayətlənməyin: siz nə etdiyinizi dərk edirsiniz. Bu 
sözlər Buddizm dinində qidalanmayla bağlı təlimlərdə öz ək-
sini tapıb. 
Budda özü və digər kahinlər, insanlar onlara verə biləcək-
ləri bütün yeməkləri qəbul edirlər. Onların fəlsəfəsi belə idi: 
“Əgər sağlamsansa xüsusi bir yemək tələb etmə. Xəstəlik və 
aclığı ən sadə yemək müalicə edə bilər”. 
Budda və onun təlimlərinə riayət edən keşişlər ət yeyirdi-
lər. Yalnız bir şərt var ki, onlardan heç biri heyvanı xüsusi ola-
raq onlar üçün kəsdiklərini görməməli, eşitməməli və şübhə-
lənməməlidirlər.
Buddizmdə deyilir: “İnsanlar onlara lazım olan yeməkləri 
satın ala bilərlər, ancaq həvəslə xüsusi fərqli qida axtarmağa 
dəyməz. Qida haqqında çox düşünmək, onun mənasını şişirt-
mək lazım deyil”. Buddizmdə yemək bədən üçün deyil, ağıl 
üçün vacibdir, çünki buddist təlimlərinə əsasən ağlın-şüurun 
mövcudluğu sonsuzdur. Daha çox ağlın, şüurun təmizliyi üçün 
çalışmaq lazımdır və onda o, maariflənmək üçün səy göstərə-
cəkdir. Buna görə də yeməyin seçilməsi, satın alınması və ha-
zırlanmasına uyğun miqdarda vaxt sərf edin. Bu gün yediyiniz-
dən sonra sabah balans üçün nə yeyəcəyinizi düşünməyin, 
bunlar hamısı fanidir. Heç bir kəs uyğun olmayan qida (digər 
dinlərdə Haram) yeməklə axmaq (digər dinlərdə günah işlət-


117 
miş) olmur. Həmçinin heç kəs fərqli, xüsusi qidalanma ilə ağıl-
lı, müqəddəs olmur. Bunun tamamilə əksinə dini qaydalara əsa-
sən qidalanma və müxtəlif pəhrizlərə çox vaxt sərf etməklə, 
onların əhəmiyyətini həddən artıq şişirtməklə insan getdikcə 
uçuruma yuvarlanır. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə