Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə56/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   113
 
Sintoizm 
Sintoizm (Tanrıların yolu) Yapon xalqının milli dinidir. 
Sintoizmin yaranması Yaponiyada bizim eranın I-III əsrlərinə 
təsadüf edir. Bu dinin təlimlərinə əsasən, Günəş ilahəsi Amate-
rasu əcdadlardan qalan torpaqların qoruyucusudur və imperator 
ailəsinin bu Tanrının nəslindən olduğu və onun təcəssümü 
olduğu bildirilir. 
Buddizmin Mahayana firqəsi təxminən eradan əvvəl 552-
ci ildə Yaponiyaya daxil oldu və Sintoizm dini ilə qarşılaşdıq-
dan sonra Buddizmin bir çox anlamları və təlimləri Sintoizm 
məzhəbinə köçürüldü. Milli tanrılara və imperatora sitayiş et-
mək, ölülər üçün qurban kəsərək xüsusi əməllər həyata keçir-
mək və vətənpərvərlik bu məzhəbin adət-ənənələrindəndir. Bu-
sido (yəni igidlər yolu) adlı mərdlik məktəbi də müəyyən miq-
darda Zen məzhəbindən ilham almış, şərəfin, mənliyin, namu-
sun qorunub saxlanması üçün mərdliyin və müqavimətin vacib 
olduğunu bildirmişdir. Elə buna görə də əsgərlər və döyüşçü-
lər məğlub olarkən xüsusi mərasim daxilində ömür boyu özləri 
ilə gəzdirdikləri xəncər vasitəsilə qarınlarını yırtırdılar. Sinto 
məzhəbi dəfələrlə yenilənmiş və sonda 1946-cı ildə imperato-
ra sitayiş etmək ənənəsi imperatorun özü tərəfindən ləğv edil-
mişdir. Hal-hazırda bu din Buddizmlə birlikdə Yaponiyada hə-
yatını davam etdirir. 
Sintoizmdə əcdadların adət-ənənələrini özündə əks etdirən 
kitablar mövcuddur. Bu kitablar tarixin müxtəlif dövrlərində 
hazırlanmışdır. Onlardan biri 806-cı ildə qələmə alınmışdır və 
bu kitab ruhani təbəqəsinin müdafiə olunması barədə yazılmış 


119 
hekayələrdən ibarətdir. Kitablardan digəri X əsrdə qələmə alın-
mışdır və bu kitabda Sintoizmin ibadətləri, adət-ənənələri və 
xüsusən də imperatora sitayiş adətləri barəsində geniş məlumat 
verilmişdir. 
Buddizm VIII əsrdə Yaponiyada tam formada genişləndi 
və ölkənin yüksək çinli məmurları da bu dini rəsmən qəbul 
etdilər. Elə bu səbəbdən də həmin zamanlar yerli və qədimi din 
olan Sinto ilə yeni meydana gəlmiş əcnəbi din olan Buddizm 
arasında uyğunluğun yaradılması ehtiyacı meydana çıxdı. O za-
man Buddizmin bəzi ruhaniləri araşdırmalarını elan edərək bil-
dirdilər ki, Yaponiyanın qədim tanrıları ayrı-ayrılıqda Budi 
Satva olublar və elə orada zühur ediblər. Eləcə də Günəş tanrısı 
olan Amaterasunun Buddanın Yaponiyadakı tam zühuru oldu-
ğunu bildirdilər. Bu firqəni Riyobo, yəni qarışıq Sintoizm ad-
landırdılar və onu genişləndirməyə, yaymağa başladılar. Belə-
liklə, Sintoizm yeniləşdi və yenidən dirildi. 
Təxminən 9 əsr sonra XVII əsrdə bəzi dini liderlər qədim 
Sinto dininin yenidən dirilməsi ideyasını irəli sürdülər və sonda 
1768- ci ildə Yaponiya xalqının ictimai həyatında yeni dəyişik-
liklər baş verdi. Bir müddət sonra imperator Sintoizmi rəsmi 
din elan etdi və Buddizmə aid olan hər şeyi məhv etməyə əmr 
verdi. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə