Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə58/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   113
 
AZƏRBAYCAN RESPUBLİKASI 
 
Paytaxt – Bakı 
Dövlət dili - Azərbaycan dili 
Dini - İslam dini 
Pul vahidi - Azərbaycan manatı 
 
Biz sizə ecazkar bir diyardan - Azərbaycandan, onun tək-
rarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu 
diyarın qədim sakinlərindən, onun həyatından, müxtəlif mədə-
niyyətlər və sivilizasiyaları özündə birləşdirən adət və ənənələ-
rindən söhbət açmaq istəyirik. 
Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində, Xə-
zər dənizinin qərb sahilində yerləşir. Paytaxtı Bakı şəhəridir. 
Ölkə gözəl və zəngin təbiəti ilə seçilir. Şimaldan Rusiya (Da-
ğıstan), şimal - qərbdən Gürcüstan, qərbdən Ermənistan, cə-
nub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azər-
baycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənis-
tanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən 
həmsərhəddir. Azərbaycanın Xəzər dənizi sektorunda Türk-
mənistan, Qazaxıstan, İran və Rusiya ilə sərhədə malikdir. 
Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti çox qə-
dim zamanlardan, təxminən b.e.ə. II-III minilliklərdən siviliza-
siyaların yaranmasına şərait yaratmışdır. Bu haqda antik müəl-
liflərdən Herodot, Strabon, Klavdi Ptolomeyin əsərlərində Azər-
baycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yamacları, meşə-
ləri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi və s. haqqında 
məlumatlar vermişdilər. 


132 
Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. Av-
ropa və Asiyanın qovşağında yerləşərək, geosiyasi və coğrafi 
mövqeyə malik olmaqla, qədim dövrlərdən indiyədək iqtisadi 
və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamışdır. 
Azərbaycan Respublikasının relyefi çox müxtəlifdir. Onun 
relyefində düzənliklər və dağlar üstünlük təşkil edir. Azər-
baycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər 
dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, sub-
tropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 
11 iqlim tipindən 9-u burada olduğu müəyyən edilmişdir. Ölkə-
nin gözəl təbii sərvətləri, münbit torpaqları, çayları hələ qədim 
dövrlərdən burada əhalinin əsas məşğuliyyəti olan əkinçilik və 
maldarlığın inkişafına böyük zəmin yaratmışdır. Qədim dövr-
lərdən əcdadlarımız iribuynuzlu mal-qara saxlamış, atçılıqla 
məşğul olmuş, balıq tutmuş, taxıl əkmişdilər. Təbii ki, bu amil-
lər onu deməyə imkan verir ki, Azərbaycan xalqının qidalan-
masında heç bir məhdudiyyət olmayıb. Ölkəmizin əlverişli 
coğrafi mühiti onun qidalanma mədəniyyətinə böyük təsir gös-
tərib. Nəzərə alsaq ki, maddi mədəniyyətin ən mühüm tərkib 
hissəsi mətbəx mədəniyyətidir. Azərbaycan xalqının mətbəx 
mədəniyyəti olduqca zəngin və rəngarəngdir. Bu rəngarənglik 
və zənginlik onun təbii resursları ilə bağlıdır. Azərbaycan 
mətbəxi öz zəngin mətbəx mədəniyyəti ilə yanaşı, digər mədə-
niyyətlərdən də bəzi şeyləri əxz etmişdir. Buna səbəb ticarət 
karvanlarının və hərbi yolların Azərbaycan ərazisindən keçmə-
si ilə bağlıdır. Məsələn, zövq yaxınlığı baxımından Azərbaycan 
mətbəxi Anadolu mətbəxinə daha yaxındır. Ərəblərlə uzun-
müddətli əlaqələr Azərbaycan mətbəxinə qəhvə bəxş etmiş, ta-
rixi İpək Yolu Çindən Azərbaycana çayı gətirmişdir. Digər tə-
rəfdən, rus mətbəxi ilə tanışlıq Azərbaycan mətbəxinə şi və 
borşu gətirmiş, digər tərəfdən Rusiya vasitəsilə Avropa mətbə-
xi ilə tanışlıq imkanı yaranmışdır. XIX əsrin sonlarında və XX 
əsrin əvvəllərində Azərbaycanda neft sənayesinin inkişafı ilə 
bağlı olaraq Avropa mətbəxi ilə birbaşa tanışlıq başlamış və bu 


133 
yalnız restoran mətbəxinə təsir göstərmiş, əhalinin alüminium 
qablardan istifadəyə öyrətmişdir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə