Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə47/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   113
 
Lüteranlıq və oruc 
Lüteranlıq ona ibadət edənlərin sayına görə ən böyük qolu-
dur (təxminən 80 milyon insan). Bu cərəyan onun yaradıcısı 
Martin Lüterin adı ilə bağlıdır. Lüteranlıq əsasən, Almaniyada, 
Skandinaviyada və Baltikyanı ölkələrdə yayılıb.
Lüteranlıq katoliklərdən yalnız müqəddəs yazılara zidd ol-
mayan şeyləri saxladı: yepiskopçuluq, xaç, şamlar, orqan, kilsə 
rəsmləri və s. Müqəddəs mərasimlərdən yalnız uşaqların xaç 
suyuna salınmaqla xristian edilməsi, çörək və şərabla tövbə 
mərasimlərini saxladı. Lüteran və katoliklərdə əsas fərq, kilsə-
nin vasitəçiliyi olmadan “birbaşa ibadətə haqq qazandırmaq” 
şərtidir. 
Lüteranlarda iki cür oruc mərasimi mövcuddur. Advent 
(Avropadakı Milad öncəsi) və Kül Çərşənbədən və Pasxaya qə-
dər davam edən Böyük orucluq (təxminən 1,5 ay). Lüteran oru-
cu o biri oruclardan fərqli olaraq sərt deyil. Çünki onların oru-
cunda ət yemək olar. Burada müəyyən növ yeməklərin qada-
ğan edilməsi nəzərdə tutulmur. Möminlərə isə orta səviyyəli 
qidalanma və dindar bir həyat tövsiyə olunur. Lüteranların bay-
ramları təqvim günlərinə görə katoliklərin bayram təqvimlə-


104 
rinə yaxındır, bəzən də üst-üstə düşür. Onlarda qidalanma ilə 
bağlı heç bir qadağa yoxdur. Bu da Martin Lüterin dediyi kimi 
“Əgər biz kilsənin apostolların tələbinə uyğun olmasını istə-
yiriksə, feodalların, knyazların, şəhərli və ya kəndlinin qanlı 
hazırlanmış qaz, maral, donuz ətini yeməməsini tələb etməli-
yik. Şəhərli və kəndlilər qırmızı və qanlı kolbasalardan imtina 
etməlidirlər” sözlərinə ziddir. 
Lüteranların əsas bayramı Milad bayramıdır. Bayram gün-
ləri Miladdan 4 həftə əvvəl başlayır. Bunun əvəzsiz atributu 4 
şam bərkidilmiş çələngdir. Hər biri bazar günlərindən birində 
yandırılır. Bu günlərdə uşaqlar Adventin şirin təqvimi ilə əylə-
nirlər. Milad bayramına qədər hər gün kiçik pəncərələr olan 
gizli yerə bir qutu şirniyyat qoyulur. Hər gün bu pəncərədən 
şirniyyat götürülüb yeyilə bilər. Beləliklə, Milada qədər şirniy-
yat yeyilib qurtarır. Böyüklər isə bu və ya digər ölkə üçün ənə-
nəvi olan yeməklər hazırlayırlar. 
Lüteranların çoxluq təşkil etdiyi İsveçdə Milad süfrəsində 
mütləq donuz əti, balıqlar, ət və balıq reseptləri, kolbasalar olur. 
Bundan başqa süfrədə müxtəlif salatlar və kartof, soğanla birgə 
qızardılmış kiçik balıqlar, şirniyyatlardan alma tortları, ulduz, 
çəpiş şəkilli biskivitlər, ədviyyatla bişirilmiş çovdar çörəyi və 
şirin pivə olması bu bayramın əsas yeməkləri hesab olunur. 
Bununla yanaşı, isveçlilər bu bayram süfrəsində öz çətin 
günlərini də yada salır və o günlərə xas olan sadə yeməklərə də 
yer ayırırlar. Bu qurudulmuş balıq, südlü düyü sıyığıdır. Bu sı-
yığa badam əlavə olunur, onu qabında tapan adam il boyu xoş-
bəxt olacağına inanır. İsveçə yaxın olan lüteran Danimarkada 
Milad süfrəsinin əsas yeməkləri alma ilə qızardılmış qaz, dar-
çın və üzüm qurusu ilə bişirilmiş şirin düyü sıyığıdır. 
İslandiyada Milad süfrəsində göyərti ilə bişirilmiş ətli şor-
ba, quzu əti, ədviyyatlı marinad edilmiş qızıl balıq, bişirilmiş 
qoyun başı, hisə verilmiş qoyun əti, qızardılmış xəmir yemək-
ləri qoyulur. 
Şotlandiyada isə çovdar unundan kənarları dilikli olan na-
zik, dairəvi biskvitlər bişirirlər. Bu, günəşin rəmzidir. Bu bisk-


105 
vitləri o saat yemək olmaz. Onları axşam yeməyinə qədər sax-
layırlar. Biskviti axşama qədər bütöv qalanın bütün ili uğurlu 
olacağı güman edilir. 
Protestantlıqda təbii ki, bu cərəyanlarla yanaşı, müxtəlif 
kiçik istiqamətlər də mövcuddur. Bunlardan babtistləri, kalvi-
nistləri və s. göstərmək olar. Bunların da hər birinin özünəməx-
sus qidalanma ənənələri mövcuddur. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə