Biznes-lanç menyusunu



Yüklə 16,6 Kb.
tarix27.05.2023
ölçüsü16,6 Kb.
#113460
Menyu


Menyu – iaşə müəssisələrində qonaqlara teklif edilən qəlyanaltıların, yeməklərin və içkilərin müəyyən ardıcıllıqla düzülüş siyahısıdır. Menyunun növü restoranın profilindən asılıdır.
Tabldot menyunu (Table D hote) “qonaq süfrəsi” olaraq ifadə etmək olar. İçərisinə daxil olan yeməklər əvvəlcədən müəyyənləşdirilmiş və uyğun sabit qiymətlə servis edilən yeyecək və içəcəklərdir. Bu menyu növü ən çox Avropa mehmanxanalarında istifadə olunur. Üstünlüyü qənaətli və sabit qiymətli olmasıdır.
Alakart menyu (A la Carte) – karta görə, kartrdan seçilərək sifariş vermə mənasını daşıyır. Bu menyuda yeməklər və içəcəklər list və ya kitapça şəklində qonağa təqdim edilir və seçim qonaq tərəfindən aparılır.
Dövrü menyu (Cycle) bəlli bir zaman dilimi içində hər yemək vaxtına uyğun, qidalanma qaydaları diqqətə alınaraq hazırlanan menyudur. Zaman dilimi bitdikdə təkrar əvvələ qayıdaraq istifadə olunur. Adətən 1 həftədən 1 aya qədər olan zaman əhatə edir.
Kaliforniya menyusu ilk dəfə Kaliforniyada istifadə edildiyi üçün belə adlanır. Menyuya əsasən günün istənilən vaxtı istənilən yeməyi sifariş edə bilərsiniz. Bu növ alakart menyu kimidir.
Günün menyusu (Carte Djour) – fransızca günün kartı mənasını əks etdirir. Sadəcə, həmin gün hazır olan yeməklərin siyahısını əks etdirir.
Eyni qiymətə satılan menyu tez hazırlana bilən və günlük olaraq dəyişən bir və ya iki ana yeməkdən ibarət olur.
Bundan başqa, zamana görə də menyu növləri var: qəlyanaltı menyusu, səhər yeməyi menyusu, nahar menyusu, şam menyusu və branç (brunch) menyu. Branç menyu bazar günləri saat 10.00 ilə 14.00 arası yemək menyusudur.
Əlavə olaraq vegeterian, pəhriz, turist, fast food menyularını da qeyd etmək olar.
Biznes-lanç menyusunu isə xüsusi ayrılmış vaxtda (bir qay­da olaraq, saat 12-dən 16-ya qədər), qonaqların tez bir zaman­da xidməti üçün restoranlarda tərtib edirlər. Biznes-lanç menyusu ilə qidalanmanın həyata keçirilməsi üçün özünün istehsalı olan yarımfabrikatlardan istifadə edirlər. Bu menyu növü iş üzrə danışıqlar aparan iştirakçılar və həmçinin yaxınlıqda yerləşən ofis, bank məmurları üçün nəzərdə tutulur.
Əgər biznes-lanç menyusu üç yeməkdən ibarətdirsə, bu halda qonaq dörd kursdan ibarət olan dəsti seçir: birinci kurs – soyuq və isti qəlyanaltıların bir neçə variantından, ikinci kurs – şorbalardan; üçüncü – əsas isti yeməklərdən və dördüncü – desertlərdən ibarət olur. Əlavə olaraq, dəstin qiymətinə qara qəhvə və yaxud çay da daxil edilə bilər. Bir qayda olaraq, biznes-lanç menyusu hər həftə dəyişir, lakin həftə ərzində onun qiyməti sabit qalmalıdır və menyuya yeməklərin sərbəst seçimi menyusunda olduğu kimi eyni xörəklər daxil edilir. Lakin onların qiyməti fərdi sifarişdən fərqli olaraq aşağıdır. Biznes-lanç menyusunun variantı “İdmançı” restoranı misalında aşağıdakı formada təqdim oluna bilər:
Şərab kartı – içkilərin adları və onların qiymətləri haq­qında məlumat çatdırılması üçün nəzərdə tutulan, spirtli içkilərin və onları müşayiət edən məhsulların siyahısıdır. Spirtli içkilərin siyahısı əsas çeşid hesab olunur. Bundan başqa, şərablar kartına pivə, spirtsiz içkilər, tütün məmulatları, qənnadı məmulatları da (konfetlər, şokolad və s.) daxil edilir.
Şərab kartının tərtibatı zamanı, müəssisənin xüsusiyyətlərini (milli, Avropa mətbəxi) nəzərə alırlar. Bu amillər içkilərin ayrı-ayrı qruplar üzrə yerləşmə ardıcıllığını da nəzərə alır. Məsələn, rus mətbəxi ilə restoranlarda şərab-araq məmulatlarının siyahısı araqlardan, tünd araqlardan, nalivkalardan başlayır. Sonra siya­hı­ya üzüm, köpüklənən şərablar və həmçinin konyak, likörlərini daxil edirlər. Sonradan pivə, sərinləşdirici içkilər, şirələr, mineral sular sadalanır. Tökmə ilə buraxılan içkilər üçün 100, 50, 40 və yaxud 20 q-la məhsulun qiymətləri göstərilir. Bundan başqa, tütün və qənnadı məmulatları (konfetlər, şokolad və s.) sadalanır.
Avropa mətbəxi ilə işləyən restoranlarda spirtli içkilərin siyahısı, onların istehsal olunan yerinin qısa izahatı və xarakterik xüsusiyyətləri göstərilməklə, şərabların təqdimatı ilə başlaya bi­lər, sonra tünd spirtli içkilərin, məsələn, viski, cin, tekila, rom, araq, pivə, spirtli içkilərin, tütün və qənnadı məmulatlarının müx­təlif adları göstərilir. Məsələn, rus və Avropa mətbəxi ilə işləyən restoranın təxmini şərab kartı aşağıdakı formada ola bilər:
Restoranın kokteyllər kartı süfrəni açan və iştahanın oyanmasına səbəb olan, kokteyl-aperitivindən başlanır. Bunlar cin, viski, rom və ətirli şərabların əsasında düzəldilən klassik kokteyllərdir.
Sonra karta günün içkilərini, restoranın firma kokteyllərini, xanımlar üçün xüsusi təklifləri və yaxud “somelyedən hədiyyəni” daxil edirlər. Hər hansı bir kokteylin, məsələn, “Pina Kolada”nın günün kokteyli elan edilməsi, qonaqların karta marağını cəlb etməyə imkan yaradır.
Restoran qonağına hədiyyə edilmiş kokteyl-aperativ, təkcə zalda mövcud olanların əhval-ruhiyyəsini təmin etmir, həm də onların iştahını yüksəldir.
Menyu blanklarının hər biri ən azı müəyyən bir rəssamlıq əsərini xatırlatmalıdır. Buna hələ keçmiş zamanlardan müxtəlif ölkələrdə xüsusi diqqət ayırmışlar.
Müasir restoranların menyusuna aşağıdakı xörək qruplarını daxil edirlər: soyuq xörəklər və qəlyanaltılar, isti qəlyanaltılar, duru xörəklər və ikinci isti xörəklər, şirin xörəklər, isti və soyuq içkilər, unlu kulinariya və qənnadı məmulatları.
Menyunun birinci səhifəsində baş aşpazdan xüsusi xörəklər və yaxud həmin günün xörəkləri təklif olunur, sonra isə firma xörəklərin siyahısı, bundan sonra isə onların verilmə ardıcıllığı göstərilir. Aşağıdakı menyuda nümunə kimi qəlyanaltılar və digər xörəklərin menyuda yerləşmə ardıcıllığı göstərilir:
Yüklə 16,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə