Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


İSLAMDA QİDALANMA ƏNƏNƏLƏRİ



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə48/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   113
İSLAMDA QİDALANMA ƏNƏNƏLƏRİ 
 
İslam yeganə Allaha (ərəb dilində) itaət deməkdir. İslam di-
nini qəbul edənlər müsəlman adlanır. Dünyada təqribən 1 mil-
yard 720 milyon müsəlman yaşayır. İslam dini dünyada ən ge-
niş yayılmış mütərəqqi və müasir dindir. İlk dəfə bizim eranın 
VI əsrində Ərəbistan yarımadasında yaranmışdır. İslamın pey-
ğəmbəri və təbliğatçısı bütün müsəlmanlar tərəfindən Allahın 
sonuncu elçisi kimi qəbul olunan Məhəmməd Peyğəmbərdir. 
Məhəmməd Peyğəmbər dünya tarixinin ən nüfuzlu şəxsiyyətlə-
rindəndir. İslamın müqəddəs kitabı “Qurani-Kərimdir”. 
Müsəlman tarixi hicri – qəməri tarixi və ya Məhəmməd Pey-
ğəmbərin öz tərəfdarları ilə 622-ci ildə Məkkədən Mədinə şə-
hərinə yerləşməsi ilə bağlı idi. 
İslam tarixində 12 ay var və onlardan hər biri 29 və ya 30 
gün davam edir. Hicri təqvimi 354-355 gündür, bu da günəş təq-
vimindən 11-12 gün qısadır. Ona görə də müsəlman dini bay-
ramlarının tarixi hər il qabağa sürüşür. 
Müsəlmanların qidalanması ilə bağlı tələblər müqəddəs ki-
tab olan “Qurani-Kərim”də yazılıb. Müsəlman dünyasının rənga-
rəngliyi, müxtəlifliyi ona ibadət edənlərin qidalanmasında öz 
əksini tapıb. Ərzaqların və yeməklərin seçilməsi bir tərəfdən is-
lam qaydalarına tabe olsa da, digər tərəfdən milli mətbəxdən, 
təbii və tarixi şərtlərdən asılıdır. Müxtəlif ölkələrin müsəlman-
larının qida rasionu onların həyat tərzindən (oturaq və köçəri) 
iqlim şərtlərindən, ərzaqlardan asılıdır. Lakin bütün müsəlman-
lar üçün ümumi olan bir qayda var: İslam dininin qadağan 


106 
etdiyi qidaları istifadə etmək olmaz. Hər şeydən əvvəl İslamda 
qida məhsullarının təmizliyi və insan orqanizminə zərərsizliyi 
əsas götürməklə, qidalar haqqında iki ölçü var: halal və haram. 
Uca Allah “Qurani-Kərim”də insanları halal və pak yeməklər 
yeməyə dəvət edir. ”Maidə” surəsinin 88-ci ayəsində belə deyi-
lir: “Allahın sizə ruzi olaraq verdiklərindən halal, yaxşı və tə-
miz olaraq yeyin”. Bir çox ayə və rəvayətlərdə açıq və diqqətə 
çarpacaq bəzi yeməklər haram və qadağan olaraq açıqlanır. 
Uca Allah aralarında donuz da olmaqla bəzi heyvanların ətinin 
haram olduğunu qeyd edir. Ölü heyvanlar, quşlar və yırtıcı 
heyvanların əti haramdır. Həmçinin əti halal olan heyvanların 
qanı haramdır. Bitkilər arasında isə insanın ölümünə səbəb olan 
zəhərli bitkilərin yeyilməsi qadağan edilir. 
Müsəlmanlar islam dini adətlərinə uyğun olmayan şəkildə 
kəsilmiş və murdar olmuş heyvanları, donuz ətini, yırtıcı hey-
vanların ətini yemək üçün istifadə etmirlər. Məsələn, şiə təri-
qətinə məxsus olan insanlar nərə balığı, sürünənlərdən qurbağa 
və ilan əti yemirlər. Müsəlman adətinə görə ət məhsullarını 
xüsusi texnologiya ilə hazırlamaq lazımdır. Heyvanları kəsər-
kən islam adətinə görə dua oxunmalıdır. Halal ərzaqdan yemək 
hazırlayarkən müəyyən edilmiş texniki şərtlərə əməl etmək 
lazımdır. Məsələn, ət məhsullarının istehsalında yalnız soyu-
dulmuş ətdən istifadə edilməsi məsləhət olunur. Əti halal hesab 
edilən heyvanlar mütləq ekoloji cəhətdən təmiz olmalı, harmo-
nal əlavələr və ət məhsullarında isə soy və transgen əlavələr 
olmamalıdır. Halal ərzaqlar müxtəlif dükanlara paylanarkən o 
biri ərzaqlardan ayrı olmalıdır. İslamda yeməklərin hazırlan-
masında məhsulların bir-biri ilə uyğunluğuna, yalnız yemək 
deyil, su içmək ayinlərinə də böyük əhəmiyyət verilir. İslama 
görə qidalanma zamanı bir sıra qaydalar var ki, onlara əməl 
etmək vacibdir. Yeməkdən qabaq və yeməkdən sonra əllər 
mütləq yuyulmalı və dəsmalla qurulanmalıdır. Ev sahibi hər 
kəsdən əvvəl yeməyə başlamalı və hər kəsdən sonra qurtarma-
lıdır. Allahın verdiyi nemətlərə şükür edərək, yeməyə başlan-


107 
ması və başlayarkən “Bismillah”, qurtaranda isə “Əlhəm-
dullah” deyərək zikr edilməsi ilə müşayiət olunur. Yeməkdən 
mütləq zövq almaq lazımdır. Yemək yeyərkən tələsmək və ağ-
zındakı yeməyi yaxşı çeynəmək tələb olunur. Əgər bir neçə 
adam eyni qabdan yemək yeyirsə, ümumi qabdan yeməyi seçə 
bilməz. Hamı özünə yaxın olan tərəfdən yemək götürməlidir. 
Yox, əgər meyvə və şirniyyatla bağlı yemək təqdim olunubsa, 
qonaqlar burada istədiklərini seçə bilərlər. Eyni vaxtda həm so-
yuq, həm də isti yemək qəbul etmək məsləhət görülmür. Ye-
mək zamanı söhbət etmək olar, yalnız kəskin və xoşagəlməz 
söhbətlərdən qaçmaq lazımdır. Ağzı dolu danışmaq və nimçədə 
yemək qalığını saxlamaq olmaz. Yeməyi qurtararkən müsəl-
manlar Allaha təşəkkür edir. Suyu içərkən su piyaləsini sağ əl-
də tutmaq lazımdır. Çayı isti-isti içmək olmaz, gözləmək la-
zımdır ki, çay soyusun. Çayın tez soyuması üçün piyaləni ağzı-
na qədər doldurmurlar. Gümüş və qızıl qablarda yemək və süf-
rəyə çörək gəldikdən sonra nə veriləcəyini gözləmək təqdir 
olunmur. Süfrəyə çörək və yuxa gələn kimi yeməyin gətirilmə-
sini gözləmədən yeməyə başlayırlar. Bu onunla bağlıdır ki, mü-
səlmanlar bir qida kimi çörəyi müqəddəs hesab edir və yemək 
zamanı onu birinci süfrəyə gətirir, yemək qurtaran kimi onu 
süfrədən birinci yığırlar. Lavaşı bıçaqla yox əllə kəsirlər. Onu 
bıçaqla kəsmək olmaz, çünki şərqdə belə bir inam var ki, çö-
rəyi bıçaqla kəsənin Allah çörəyini kəsər. Çörəyi nimçəyə qoy-
maq olmaz. Yerə düşən çörəyi tapdalamaq günah hesab edilir. 
Suyu ayaqüstə, tələsərək, böyük qurtumla içmək düzgün 
hesab edilmir. İmkan daxilində suyu oturub üç dəfəyə içmək 
məsləhət olunur. Yeməyi və içkini sağ əllə götürmək lazımdır. 
Müsəlmanlar çörəyə və çörək qırıntılarına xüsusi hörmətlə ya-
naşırlar, onu müqəddəs ərzaq hesab edirlər. Müsəlmanların dini 
ənənələrinə görə öz qida rasionuna ət məhsullarını daxil etmək 
lazım deyil. Lakin bununla yanaşı 40 gündən çox müddətə əti 
qida rasionundan çıxartmaq tövsiyə edilmir. Qaynadılmış əti 
qızardılmış ətlə, təzə ətdən olan yeməyi duzlu və qurudulmuş 


108 
ətlə qarışdırmaq olmaz. Müsəlmanlar yeməyi duzla başlayıb, 
duzla qurtarmalıdırlar. Duzu müsəlmanlar mikrobların məhv 
edilməsində ən yaxşı vasitə hesab edirlər. Onlar inanırlar ki, bir 
çimdik duz yeməkdən əvvəl ağzı mikroblardan təmizləyir və 
onu yemək qəbul etməyə hazırlayır. 
İslamda donuz ətini yemək haramdır. Bir mömin yeyəcək 
başqa bir şey tapmadığı zaman ölüm təhlükəsi ilə üz-üzə qalar-
sa, həddi aşmadan ondan yeyə bilər. (Bəqərə,173; Nisa, 3, 6, 
145; Nəhl,115). İslam donuz ətini haram sayır. Bəs nə üçün do-
nuz əti haramdır? 
Allah bütün yaradılanlar kimi donuzu da bir məqsəd uğ-
runda yaratdığı varlıqlardan biridir. “Donuzun yaradılış məqsə-
di nədir” sualına verilən cavab onun təbiət və pislikləri təmiz-
ləməsidir. Donuz ətinin haramlığı və onun insan üçün sağlıq 
baxımından təhlükəli olması haqqında fikrə bütün dünya alim-
ləri həmrəydir. Bu əlbəttə ki, məsələnin maddi tərəfidir. Bunun 
mənəvi səbəbi də var. Donuz yeməkdə məhdudiyyət tanımaz, 
yeyilə bilən nə varsa seçməz, pis, təmiz, təzə və qoxumuş hər 
şeyi yeyər, artımda məhdudiyyət tanımaz. Məməlilər içində ən 
çox balalayan donuzdur. Çöl donuzu bir dəfəyə 14 bala verə 
bilər. Donuz əti haramlığı üzərindən möminə verilən əxlaqi 
mesaj “həddini bil” mesajıdır. Unutma ki, bir hədd yoxdursa, 
heç bir hədd yoxdur. 
İslamda deyildiyi kimi, təmiz ruzini kirlətmək də müm-
kündür. Üzüm təmiz ruzidir, əgər ondan şərab əldə edilirsə, de-
məli halal harama, təmiz pisə çevrilmişdir. “Ondan içki də, tə-
miz ruzi də əldə edirsiniz” (Nəhl,67) deyən ayə “təmiz olanları 
əllərinizlə kirlətməyin” demək istəyir. İslamda içki və başqa 
alışqanlıq yaradan maddələr də haramdır. İslam sərxoşluq ya-
radan hər şeyi yasaqlayır. Qurana görə “Allahdan başqa bəşəri 
müqəddəs varlıqlar adına kəsilən heyvanın əti haramdır, yeyil-
məz!” (Bəqərə,173). Quran heyvan kəsilərkən üstündə Allahın 
adının anılmasını tövsiyə edir (Həcc,36). Bu ilahi tövsiyədə 
kəsdiyin heyvan da olsa, canına hörmət etməyi tələb edir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə