Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə46/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   113
 
Protestant orucu 
Protestantlıq bir-birindən doğma və rituallarla fərqlənən 
müstəqil kilsələrin, dini birliklərin və məzhəblərin toplusudur. 
Zamanımızın Protestant dinləri ‒ lüteranlıq, kalvinizm, angli-
kanizm, metodizm, baptistlik və sairdir. Bunların hər biri ümu-
mi xüsusiyyətlərə malik olub, bu və ya digər dərəcədə pravos-
lavlıqdan və katoliklikdən fərqlənir. Protestantlar mələkləri, 
müqəddəsləri tanımırlar, insanın Allahla münasibətlərinin bir-
başa olmasını (kilsə və ruhanilər olmadan) təsdiqləyirlər. Buna 
görə protestant cərəyanlarının əksəriyyətində dini mərasimlər 
əhəmiyyətli dərəcədə sadələşdirilir: bir neçə bayram saxlanılır, 
ikonlara və digər dini məvhumlara ibadət yoxdur, müqəddəs 


102 
ayinlərdən yalnız ikisi: vəftiz (xaç mərasimi) və təmizlənmə 
saxlanılır. 
Qidalanma qaydaları və göstərişləri ilə əlaqədar protestant 
xristianlığında bir sıra fərqlər mövcuddur. Demək olar ki, pro-
testantlığın bütün cərəyanlarında pəhriz–oruc yoxdur. Nəticədə 
qidanın pəhriz və ya sadə olmaqla bölgüsü yoxdur. Protestant-
lığın ən böyük cərəyanları olan Lüteranlıq, Anglikanlıq, Bap-
tist, Kalvinism, Methodizmdə heç bir ərzaq reqlamenti, qada-
ğan edilmiş və tövsiyə olunan ərzaqlar və onların hazırlanma 
üsulları haqqında göstərişlər yoxdur. Buna görə də azsaylı dini 
bayramlar zamanı (məsələn, Khristmas) müxtəlif ölkələrdə ya-
şayan protestantların bayram süfrəsi əsasən, milli qida ənənələ-
rini əks etdirir. 
Protestantlarda bəzi qruplar istisna olmaqla oruc tutulmur. 
Bunlar içərisində Anqlikan kilsəsinin oruc günlərini müəyyən 
etməsinə baxmayaraq, onun tutulmasını insanın öz ixtiyarına 
vermişdir. Anqlikanlıqda dini mərasimlər katolikliyə nisbətən 
daha sadə olsa da, protestantlığın digər kilsələrindəki qədər 
sadələşmiş deyil. Dünyada Anqlikanların ümumi sayı 70 mil-
yondur. Bunların təxminən yarısı ingilislərin payına düşür. İn-
gilislərin əsas bayram kimi Milad bayramını qəbul etmələri ilə 
yanaşı, Pasxa bayramını da qeyd edərək ənənəvi yeməklərdən 
dadırlar. Pasxa bayramındakı ənənəvi qidaların tarixi kökləri 
Xristianlığa qədərki dövrlərdə qeyd edilən bahar bayramına ge-
dib çıxır. Xristian bayramı bu qədim bayramı özündə birləş-
dirərək azacıq dəyişikliklərlə onun qida ənənəsini saxlamışdır. 
İngiltərədə Pasxa yeməklərindən hal-hazırda beşi seçilir: 
1) Üzərində şəkərli xəmirdən xaçlar düzülmüş, ədviyyatlar 
qatılmış (mixək, darçın və s.) yuvarlaq formalı çörəklər. Bu şi-
rin çörəklər cümə günlərində ət, balıq, yumurta əvəzinə isidil-
miş olaraq səhər yeməyi süfrəsində verilir. 
2) Nanəli sousla quzu ayağı. Bir çox Avropa ölkələrində 
Pasxa bayramı süfrəsi üçün ən çox istifadə edilən heyvan çə-
pişdir. İngiltərədə isə bitki örtüyü gur olduğundan, qoyunçuluq 


103 
yaxşı inkişaf etdiyindən Pasxa süfrəsi üçün qoyundan istifadə 
edilir. 
3) Soyuq qatı qaymaqla hazırlanmış alma piroqu. 
4) Üzərində 11 ədəd marçipandan (xırdalanmış badam və şə-
kərdən hazırlanmış qarışıq) hazırlanmış kürəciklər olan kiş-
mişli keks. 11 ədədi İsa Məsihə sona qədər sadiq qalmış 11 apos-
tolun rəmzidir. 
5) Xırdalanmış darçın, ədviyyatlar və kişmişdən hazırlan-
mış biskivitlər. 
İngilis pasxa süfrəsi iki qanunauyğunluğu əks etdirir: bi-
rincisi, qidalanmayla bağlı olan dini və xalq ənənələrinin bir-
biri ilə qovuşması; ikincisi, hər bir xalqın və xristianlığın müx-
təlif məzhəblərinin qidalanma ənənələrinin özünəməxsus olan 
xüsusiyyətlərini. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə