Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə42/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   113
 


95 
Xristian orucu 
Dünya dinlərinin bir çoxunda oruc günləri mövcuddur. Bu 
dinlərin sırasına xristian dini də aid edilir. İlahi dinlər arasında 
sıra baxımından ikinci yer tutan xristianlıq dininə hal-hazırda 
iki milyarddan çox adam sitayiş edir. Bunların çoxu Avropa və 
Amerikada yaşayır. Üç əsas sektaya: katolik,ortodoks (pravos-
lav) və protestant məzhəblərinə ayrılıb. Xristianlıq dinində də 
oruc ibadətinin olduğunu görürük. Xristianlığın müqəddəs ki-
tabı “İncil”də orucla bağlı belə deyilir: “Oruc tutduğunuz za-
man, ikiüzlülər kimi qaşqabaqla gəzməyin; ona görə ki, onlar 
oruc tutduqlarını insanlara göstərmək üçün özlərini qəmgin 
tuturlar. Doğrusunu sizə deyirəm: onlar mükafatlarını aldılar. 
Amma sən oruc tutduğun zaman başına yağ sürt və üzünü yu; 
ta ki insanlara deyil, gizlində olan atana oruclu görünəsən və 
gizlini görən atan sənə açıqcasına əvəzini verəcəkdir.”(Matta 
6/16-18). Bununla yanaşı xristianlıq dinində mühüm yer tutan 
İsa peyğəmbərin oruc ibadəti ilə bağlı Matta incilində belə 
deyilir: “Bundan sonra Ruh İsanı iblis tərəfindən imtahan olun-
maq üçün səhraya apardı. İsa 40 gün, qırx gecə oruc tutduqdan 
sonra açıldı” (Matta 4/ 1-2). Yəhudilik içərisindən çıxmış xris-
tianlıqda ilk vaxtlar yəhudilikdəki “kəffarə orucu” da (dindar-
ların öz günahlarını bağışlamaq ümidi ilə verdikləri sədəqə) tu-
tulurdu və oruc ibadəti ilk vaxtlardakı kimi çox təqdir olunur-
du. Xristianlığın tarixinə nəzər saldıqda görürük ki, bu dində 
oruc ibadəti olmuş, lakin Hz. İsa bu ibadətlə əlaqədar aydın 
hökmlər qoymamış, bu işi bilavasitə kilsənin ixtiyarına vermiş-
dir. Çox vaxt oruc pəhrizlə eyniləşdirilmişdir. Oruc tutmaqda 
əsas məqsəd müəyyən vaxtlarda bədənə əziyyət vermək, nəfsin 
istəklərinin qarşısını almaq və bəzi günahların cəzasını bu dün-
yada çəkməyə çalışmaqdır. 
Katolisizm 
Katolisizm xristianlığın əsas istiqamətlərindən biridir. Onun 
mərkəzi Vatikandır. Rəhbəri isə Roma Papasıdır. Katolik pas-
xası əsasən, milli ənənələrə, xüsusilə milli, regional, xalq mət-


96 
bəxinə əsaslanır. Bütün katolik ölkələrinin pasxa süfrəsində 
ümumi olaraq (Fransa, İtaliya, İspaniya, Portuqaliya, İrlandiya, 
Avstriya, Macarıstan, Polşa, Litva, Çexiya, Sloveniya, Cənubi 
və Mərkəzi Amerika ölkələri) qırmızı, sarı, yaşıl və qəhvəyi 
rənglə boyanmış yumurtalar pasxa bayramının əsas simvolu 
hesab edilir. Bəzi ölkələrdə yumurtaları milli ornamentlərlə 
boyayırlar. Fransada bərk bişirilmiş zefirli, şəkərli, şokoladlı 
yumurtalar düzəldirlər. 
Fransızların ənənəvi pasxa süfrəsi çox sadədir. Omlet, so-
ğan piroqu, pasxa paşteti, soyuq hisə verilmiş sosiskalar və s. 
qidalar daxildir. Çox nadir hallarda varlı adamların pasxa süf-
rəsində qoyun ayağını noxud, ərik, alma, köklə bişirilmiş gör-
mək olar. Polşada isə pasxa süfrəsində donuz ətindən bişirilmiş 
yeməklərə daha geniş yer verilir. Donuz başı, qiymələnmiş 
balaca donuz, biqos, qaynadılmış donuz, krakov kolbasası üs-
tünlük təşkil edir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə