Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə41/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   113
Din və qidalanma 
Şübhəsiz ki, şüurlu qidalanma insanın həyatında mühüm 
rol oynayır. Müqəddəs kitab olan “İncil”də insanların qidalan-
ması üçün ilk vaxtlarda bitki mənşəli qida nəzərdə tutulmuşdur. 
Hətta cənnət bağında ilk insanlara müəyyən ağacların mey-
vələrini yemək qadağası əmri verilmiş və müqəddəs kitab olan 
“İncil”də deyildiyi kimi bu əmrin pozulması insanların cənnət-
dən qovulmasına səbəb olmuşdur. “İncil”in sonrakı tarixində 
Allah Nuh və onun tərəfdarlarına heyvan məhsullarından ye-
məyə icazə verdi. Bayramlarda mayadan hazırlanmış çörək ye-
məyə icazə verilmirdi. Bütün heyvanlar təmiz və murdar hey-
vanlara bölünürdü. Yalnız təmiz heyvanların əti ilə qidalan-
mağa icazə verilirdi. Bu məhdudiyyət ümumi bir ideyanı ifadə 
edirdi: vahid, müqəddəs Tanrıya qulluq etmək üçün seçilmiş insan 
hər bir cəhətdən müqəddəs və pak olmalıdır. Ona görə də o, təmiz 
qidalarla qidalanmalıdır. Şübhəsiz ki, bu göstərişlər həm də gigi-
yenik əhəmiyyət daşıyırdı. Məsələn, bir heyvanın vəhşi heyvan 
tərəfindən parçalanmış ətini yemək, siçan və həşərat tərəfindən 
toxunulmuş qabları istifadə etmək qadağan edilirdi. 
Məsihin təliminə görə, mənəvi təmizliyin tərkib hissələ-
rindən biri qidaya düzgün münasibətdir. Gündəlik çörəklə əla-
qədar narahatlıq mənəvi axtarışlara mane olmamalı və həyatın 
mənasına çevrilməməlidir. İnsan yeməyin əsiri olmamalıdır. 
Zaman keçdikcə xristian yeməklərinə simvolik mənası olan ye-
məklər daxil oldu. İlk olaraq, xristianlarda bu yemək balıq 
oldu. Bu müqəddəs İsanın simvolu hesab olunurdu. Sonradan 
bu ənənəyə pasxa kuliçi, pasxa, rənglənmiş yumurta, xatirə qu-
şu və s. aid edildi. IV əsrdə xristianlıq dövlət dininə çevrildik-
dən sonra xristian cəmiyyəti ilk icmalara xas olan yüksək əxlaq 
səviyyəsini itirdi. Onun bir sıra tərəfdarları öz mənəvi saflığını 
qorumaq üçün onun bütün nemətlərindən imtina edərək dünya-
dan uzaqlaşmağa çalışırdılar.
Rahiblərin bir yerdə məskunlaşması monastırların yaran-
masına səbəb oldu. İlk yaranmış olan monastırlarda həyat çox 


94 
ağır idi. Burada ancaq sadə yeməyə icazə verilir: çörək, su, gö-
yərti, lobya, bəzən pendir yeməyə də icazə verilirdi. Ədviyyat-
lardan isə duz və zeytun yağı istifadə edilirdi. Gün ərzində bir 
dəfə yemək yeyirdilər. Yalnız şənbə və bazar günləri iki dəfə 
səhər və axşam yeməyi verilirdi. Hər şey ümumi idi. Rahiblər 
bütün günlərini ibadətə və əməyə ayırırdılar. Monastır həyatı 
nə qədər çətin olsa da, ilk monastırlarda rahiblərin sayı 50 mini 
keçmişdi. Bu həm də onunla izah olunur ki, monastırda insan-
lar müvəqqəti işçilərin və knyazların əlində oyuncaq olmaqdan 
qurtulurdu. 
IV-V əsrlərdə monastırlar artıq ilk monastır icmalarında 
mənəvi zirvəni, qardaşlıq sevgisini, xristian birliyini qəbul 
etdilər. Yataqxana tipli monastırlarda yemək hamı üçün eyni 
idi. Yemək adətən çörəkdən ibarət idi. Ənənəyə görə yeməkdən 
sonra süfrədə qalan bütün yeməklər ehtiyacı olanlara paylanı-
lırdı. Bir çox monastırlar kasıb, ac-yalavaclara gündəlik pulsuz 
yemək süfrəsi təşkil edirdi. Monastırlarda xüsusi qidalanma 
mədəniyyəti formalaşmışdı. İnsan bədəninin ruha tabe edilməsi 
onun mənəvi həyatının əsas ideyası idi. Ətin istifadəsinə icazə 
verilmirdi. Yemək zamanı boş söhbətlər qadağan edilir, ruha 
faydalı dualar oxunurdu. 
Əsrlər boyu monastırlar yemək hazırlanması sirrlərini ya-
radan və qoruyanlar idi. Sakit meşələr və göllər, təbiətin zən-
ginliyi imkan verirdi ki, yeməkdə balıq, göbələk, meyvələr
qoz-fındıq, baldan istifadə edilsin. Monastır bağlarında fədakar 
işlə məşğul olan əkinçilər çox nadir və qiymətli tərəvəz, göyərti, 
meyvə və giləmeyvə yetişdirirdilər. Rahiblər sonradan istifadə 
edilən bir çox reseptlər vermişdi. Bu geniş yayılmış borodino 
çörəyi, monastır düyüsü, balıq, bal, cürbəcür çaxır və s. idi. 
Cəmiyyətdə asketizim (yunan sözü olub cəhd edirəm
əxlaqi və dini idela çatmaq məqsədilə yer üzərindəki bütün ne-
mətlərdən imtina edilməsi ilə səciyyələnən davranış prinsipi, 
həyat tərzi) idealının yayılması ilə oruc xristianların məişət 
normasına çevrildi. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə