Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə39/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   113
 


91 
Pasxa bayramı
Bütün dünyadakı yəhudilər Pasxa bayramında Misir köləli-
yindən azadlığa çıxdıqları günü qeyd edirlər. Tövratda qeyd 
olunur: “Nəsildən-nəslə əbədi olaraq Pasxanı bayram edin”. 
Yəhudilərin müqəddəs kitabı olan “Tövrat”da Pasxa bayramı 
üçün təlimat parçasında qeyd olunur: “Misir torpağında Rəbb 
Musa və Haruna dedi : “Bu ay sizin üçün ilin ilk ayı olacaq. 
Bütün İsrail icmasına söyləyin, qoy bu ayın onuncu günündə 
hər kəs öz ailəsi üçün bir quzu götürsün. Əgər bir adamın ailəsi 
bir quzu üçün sayca azdırsa, qoy o adam evinə yaxın qonşusu 
ilə birgə bir quzu götürüb insanların sayına, hər kəsin yeyəcə-
yinə görə bölsün. Özünüzə birillik qüsursuz erkək heyvan gö-
türün ya qoyunlardan bir toğlu, yaxud keçilərdən bir çəpiş ol-
sun. Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşam-
çağı bütün İsrail icmasının camaatı onu kəssin. Qurbanın qa-
nından götürüb yeyəcəkləri evin hər iki yan taxtasına və üst dirə-
yinə sürtsünlər. Qoy həmin gecə onun ətini yesinlər; əti odda bi-
şirib mayasız çörək və acı göyərti ilə yesinlər. Bu, Rəbbin Pas-
xasıdır. Nəsildən-nəslə əbədi qayda olaraq onu davam edin”. 
Pasxa ilə birlikdə “Mayasız çörək” adında bayram da qeyd 
edilir. Bununla xalq onların əcdadlarının Misirdən ilk çıxdıqları 
üçün maya qatılmayan xəmirdən mayasız kökələr bişirmələrini 
xatırlamalı idi. 
Pasxanın keçirildiyi səkkiz gün ərzində yalnız şirin çörək 
(matsu) yeməyə icazə verilir. Pasxanın başlanmasının ilk iki 
gününün birində bütün ailə qonaqlarla birgə xüsusi Pasxa süf-
rəsində iştirak edir. Pasxa süfrəsində matsudan başqa mütləq 
acı otlar, xaroset (sürtgəcdən keçirilmiş almalar, qazlar və şə-
rabdan ibarət qarışıq) yumurta, qoyun sümüyü, tərəvəz, içəri-
sində duzlu su olan kasa olur. Ev sahibi Misirdən gedişin tarix-
çəsini danışır. Süfrədə əyləşənlər dua edir və dörd qədəh şərab 
içirlər. Sinaqoqda Pasxa günlərində bayram ibadətləri keçirilir. 
Pasxa qədimdən, həmçinin əkinçilik bayramı hesab edilirdi. Bu 
zaman biçinin başlanması qeyd edilirdi.

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə