Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə36/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   113
MÖVZU 6.
 
QİDA İSTEHLAKI VƏ QİDALANMAYLA BAĞLI 
MÜASİR BAXIŞLAR 
 
Qida – insanların mövcudluğunun əsası, cəmiyyətin maddi 
həyatının əsas şərti və ictimai fəaliyyətin nəticəsidir. Ona görə 
də cəmiyyət üçün onun nəticəsi, keyfiyyəti əhəmiyyətsiz hesab 
edilmir. Bundan başqa, qida əməyin elə bir növüdür ki, yeni iş 
qüvvəsinin yaranmasına kömək edir. Kulinariya işi istehsalatın 


82 
spesifik formalarından biri hesab edildiyi üçün ona istehsalatın 
başqa sahələrində olduğu kimi yüksək, ağıllı və daha çox fərdi 
şəkildə diqqət ayrılmalıdır. Çünki bu sahə bilavasitə insan 
sağlamlığı ilə bağlıdır. 
Həyatın keyfiyyətini təyin edən bütün amillər arasında qi-
dalanma əsas rol oynayır. Qida məhsullarının kimyəvi element-
ləri insanı təbiətə bağlayan əsas iplərdir. Buna görə də insan ilk 
yaranmış olan bu ipləri olduğu kimi qoruyub saxlamalıdır. 
Qidalanmanın bütün qaydalarına riayət etmək, düzgün bəslən-
məklə 99% xəstəliklərdən qorunmaq və sağlam olmaq müm-
kündür. İnsanların sağlam olmaq texnikası düzgün qidalanma 
texnikasıdır. “Nə yemək, necə yemək, nə vaxt yemək?” sual-
larına cavab vermək üçün qidalanma elmi çox vacibdir. Bu 
suallara birmənalı cavab vermək mümkün deyil, çünki planetin 
müxtəlif iqlimi olan yerlərində yaranmış olan adətlərlə bağlı 
müxtəlif ərzaqlar mövcuddur. 
Min illər boyu davam edən sivilizasiyanın ilk dalğası kö-
çəri həyat tərzinə son qoymuş və oturaq həyat tərzinin meyda-
na gəlməsinə səbəb olmuşdur. Eyni zamanda ilkin olaraq yer 
örtüyündən istifadə imkanlarını kəskin dərəcədə azaltmışdır. 
Sivilizasiyanın ikinci dalğası kənd əhalisinin azalması və onun 
şəhərlərdə mərkəzləşməsi ilə xarakterizə olunur ki, bu da qida 
üçün istifadə olunan bitki və heyvan növlərinin daha da azal-
masına səbəb olur. XVIII əsrin sonlarında Fransanın üç depar-
tamentində yeməkdə yüz növ bitki istifadə edilirdi. Yüz ildən 
sonra bu rəqəm üç dəfədən çox azaldı. Buna bənzər hadisə sivil 
dünyanın əksər ölkələrində müşahidə edilmişdir. 
XX əsr evdə bişirilən yeməklərin fabriklərə köçürülməsi 
ilə əlamətdar oldu. Zaman keçdikcə qida xammalı emalı daha 
da mexanikləşdirildi və dərinləşdi. Qida sənayesinin əsas vəzi-
fəsi sadə, kimyəvi tərkibi standartlaşdırılmış məhsul əldə et-
mək, onu uzun müddətə saxlamaq və uzaq məsafələrə daşın-
masını təmin etməkdir. Qida sənayesi getdikcə şəkər, bitki ya-
ğı, un üçün (rafinə edilmiş, vakkumlaşdırılmış) təkmilləşdiril-
miş emal proseslərini təmin edir. Lakin bununla yanaşı insan 


83 
üçün lazım olan yüz minlərlə faydalı və zəruri olan bioloji 
maddələr tullantılara gedir. Qida məhsullarının rafinə (təmiz-
lənməsi) edilməsi ilə bağlı vurulan zərəri qida əlavələri vasitə-
ləri ilə ödəməyə çalışırlar. Qida əlavələri müasir dünyada insan 
qidasını pisləşdirən çox ciddi bir haldır, çünki qida əlavələri 
sintetik maddədir. Aqrar mədəniyyətin inkişafı, balıqçılıq səna-
yesinin uğurları, qida məhsullarının emalı planetimizin insan-
larını qidalandıra biləcək səviyyəyə çatmasına imkan yaratdı. 
Müasir şəraitdə insan qidanı harada və necə əldə etməyin-
dən asılı olmayaraq, sağlamlıq və sosial vəziyyətinə, dininə, yaşı-
na uyğun qida rasionunu seçmək imkanı əldə edir. Qədimdə olan 
bir çox müşahidələr və məsləhətlər qidalanma ilə bağlı elmin inki-
şafında öz təsdiqini tapdı. Qədim alimlər (Qalen, Hippokrat, İbn 
Sina) öz elmi təlimlərində insan və cəmiyyət üçün qidanı əsas fak-
tor hesab edirdilər. Bununla yanaşı Hippokrat təsdiqləyirdi ki, qi-
dalanma fərdidir. Çünki qidanın tərkibi təkcə coğrafi iqlimdən ası-
lı deyil, eyni zamanda zövqlər və insanın rasional (səmərəli) vər-
dişindən asılıdır. İbn Sina yazırdı: “Birdən-birə çox qidalanmaq 
lazım deyil, az-az və tez-tez qidalanmaq yaxşıdır.” Əlbəttə, qida 
müxtəlif olmalıdır, lakin bu o demək deyil ki, bütün zəruri olan 
qidalar eyni vaxtda qəbul edilməlidir. 
Müasir qidalanma elminin əsas prinsiplərindən biri müxtə-
liflikdir. Təkamül və təbii seçmə prosesində kimyəvi informa-
siyanın qəbulu üçün orqanizmdə zəruri mexanizm yaranır. Qi-
da məhsulu kimyəvi cəhətdən nə qədər mürəkkəbdirsə, orqa-
nizm üçün dəyəri bir o qədər yüksəkdir. Bu baxımdan mono-
ton, az məmulatlı qida natamamdır. Monoton qidalanma, xüsu-
sən də hər cür pəhrizlər bədənin müxtəlif ehtiyaclarını ödəmək 
üçün kifayət olmaya bilər. Bunun üçün gündəlik çox sayda 
müxtəlif qida məhsulu lazımdır. Beləliklə, qidalanma elminin 
ən böyük problemi qida məhsullarının rafinə(təmizlənməsi) 
edilməsi və sintetik əlavələrdir. Ona görə P.X.Xoll deyirdi ki
“Əgər biz ətraf mühitə nəzarət edə bilmiriksə, onda öz qidamı-
za nəzarət etməyə çalışmalıyıq”. 


84 
Qədim dövrdə ən böyük diqqəti coğrafi iqlimə, mövsümə 
ayırırdılar. Qışda məsləhət görülürdü ki, daha çox istilik gətirən 
qidalar - heyvan yağları, ət, yayda isə tərəvəz, meyvə, bitki və 
süd məhsulları qəbul edilsin. Qeyd etmək lazımdır ki, Qədim 
Romada çətin həzm olunan məhsullara qoyun, donuz, dana əti 
aid edilirdi. Onu əsasən, idmançılar və qladiatorlar qəbul edir-
dilər. Bu cür yeməyin bir insanı sərtləşdirdiyini və onu yırtıcı 
hala gətirdiyinə inanırdılar. Lakin it, kirpi, quş, at ətini xeyirli 
hesab edir və bir çox xəstəliklərin müalicəsində tövsiyə edir-
dilər. Müasir elmi nailiyyətlər insan orqanizminin müəyyən qi-
da növləri üçün proqramlaşdığını inandırıcı şəkildə sübut edir. 
Bu bədənin təbii anatomik və fizioloji xüsusiyyətləri ilə əvvəl-
cədən müəyyən edilmişdir. Ona görə bir qayda olaraq, insan-
ların qidalanmasında davamlılığın pozulması bir çox xəstəlik-
lərin yaranmasının əsas səbəbidir. Lakin insan özünün tarixi in-
kişaf prosesində heyvan məhsullarının genişlənməsinin hesa-
bına onun üçün müəyyən edilmiş qida proqramından uzaqlaşır. 
Alimlərin fikrincə, insanın enerji sərfinin bərpasının yeganə mən-
bəyinin qida olması haqqında təsəvvürlər orqanizmə böyük zərər 
gətirir. İnsan orqanizmi öz-özünü tənzimləyən bir sistem olaraq 
informasiyasız fəaliyyət göstərə bilməz. Bu informasiyalar çox 
müxtəlifdir – bunlar kimyəvi maddələr və fiziki proseslərdir. 
Elektromaqnit sahələri, eləcə də elektrik təsirləri informa-
siya kimi qəbul edilir. İnsan informasiya dünyasında yaşayır 
hissi (hiss orqanları vasitəsilə qəbul edilir); verbal (şifahi, ya-
zılı) və kimyəvi (qida və hava). Bu informasiya axını həzm 
sistemi vasitəsilə qəbul edilir. Qida maddələri informasiya axı-
nının əsas hissəsini təşkil edir. Məhz onlar insanın ətraf mühitlə 
ünsiyyətini müəyyən edir, bizim orqanizmimizdən keçməklə 
onun daxili ekologiyasını yaradır. Müasir şəraitdə insan başa 
düşür ki, sağlamlığın qorunub saxlanmasına dərmanla deyil
insanla təbiətin qarşılıqlı təsirini öyrənmək, bu harmoniyanı 
təbii üsullarla (qida, qidalanma, nəfəs, hərəkət) bərpa etməklə 
kömək etmək olar. İnsan bədəni qəbul etdiyi qidadan yaranır və 
bu materialın keyfiyyəti bizim həyatımızı müəyyən edir. Za-


85 
hiri, ruhi vəziyyəti, ağlı, uğuru, uğursuzluqları böyük mənada 
qidalanmadan asılıdır. Bu fikirlərin əsası ötən əsrin sonlarında 
Ümumdünya Səhiyyə Təşkilatı Konqresinin alman alimlərinin 
bir insan üçün zəruri olan qidanın miqdarını onun kalorisinə 
görə təyin edilməsi təklifini təsdiqlədiyi zaman qoyuldu. Öz 
dövrünə görə bu təklif qida rasionunu tənzimləmək üçün çox 
mütərəqqi bir addım idi. Lakin o vaxtdan 130 il keçib. Qidalan-
manın kalori nəzəriyyəsi təkcə zəif inkişaf etmiş ölkələri deyil, 
eyni zamanda inkişaf etməmiş ölkələri də Qərb, Şərq: Almani-
ya, Fransa, Yaponiya, Cənubi Koreya və digərlərini əhatə edir. 
Hərçənd Şərq ölkələrində qədim mədəniyyətin ənənələri və 
bütövlüyü güclü olsa belə, bura da təsir edir. 
Rasional düşünən amerikalılar, almanlar, fransızlar kütləvi 
xroniki xəstəliklərdən qurtulmaq üçün vegeterian yeməklərinə 
aid kurs götürürlər. Hələ 15 il əvvəl Amerika əhalisinin 30%-i 
ət yeməkdən imtina etmişdi. Eyni vaxtda Ümumdünya Səhiyyə 
Təşkilatı sutka ərzində qəbul edilən zülalın miqdarını 29-37 
qramdan aşağı salmağı tövsiyə edirdi. Dünya nailiyyətləri sayə-
sində müasir qidalanma fiziologiyası yalnız qidanın tərkibinə 
yenidən baxmağı deyil, həm də dünya xalqlarının tarixən ya-
ranmış olan qida ənənələrində düzəliş etməyə imkan verən yeni 
konsepsiyalar işləyib hazırladı. Öz ətraf aləminə bələd olan sivil 
insan yalnız son onilliklərdə rasional (səmərəli) qidalanmaya 
diqqət yetirməyə başlamış və onun sayəsində xəstəliklərin qar-
şısının alınması və müalicəsi üçün geniş imkanların olduğunu 
görmüşdür. Rasional və pəhriz qidalanmasında xüsusi yeri ayrı 
və müxtəlif növ qidalanma, oruc günləri və müalicəvi oruc tutur. 
Beləliklə, insan qidanın keyfiyyətni elmi cəhətdən praktiki 
həlli üçün 3 istiqaməti əsas götürməlidir: 
-
təbii qida məhsullarının çeşidinin genişləndirilməsi; 
-
ənənəvi kütləvi qida məhsullarının bioloji aktiv maddə-
lərin təbii kompleksini qoruması; 
-
qida əlavələri olaraq bioloji aktiv maddələrin təbii komp-
lekslərinin işlənməsi və istifadəsi. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə