Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


Orta əsrlərdə ərzaqların saxlanılması qaydaları



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə35/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   113
Orta əsrlərdə ərzaqların saxlanılması qaydaları 
Orta əsrlərdə ərzaqların saxlanması qaydaları qədim dövr-
dəki üsullardan fərqlənmirdi. XIX əsrdə konservləşdirmə üsulu 
kəşf edildi. Buna baxmayaraq, yeməklərin saxlanılmasında cid-
di dəyişiklik baş vermədi. Bunların içərisində ən geniş yayılmış 
vasitə ərzaqların keyfiyyətini itirməməsi üçün onun qurudul-
ması idi. Bunun üçün xüsusi taxta lövhələrdə ərzaqlar günəşin 
altında saxlanılırdı. Bu üsulla ərzaqların üzərində olan mik-
roorqanizmlər məhv olurdu. Bununla bağlı olaraq həm taxıl, 
həm ət, həm də digər məmulatlar bu qaydaya uyğun olaraq sax-
lanılırdı. Ərzaqlar quruduqdan sonra zirzəmilərə və ya dərin 
xəndəklərə qoyulurdu. 
Ərzaqların saxlanılmasında digər üsullardan da istifadə edir-
dilər. Ərzaqları qurudaraq duzlamaq, duzlu suda saxlamaq, kon-
servləşdirmək və mayalandırmaq geniş yayılmışdı. Qış ayla-
rında kəsilmiş heyvan ətindən az hallarda istifadə edilirdi. Bu 
aylarda yalnız qaxac edilərək qurudulmuş ətdən daha çox isti-
fadə edirdilər. Yağlı ətlərin keyfiyyətinin itməməsi üçün onu 
saxladıqları qablara bol duz əlavə edirdilər. Turşuların hazır-
lanması orta əsrlərdə geniş yayılmışdı. Müxtəlif tərəvəzlər duz-
lanaraq duzlu suda saxlanılırdı. Spirtli içkilər və onların hazır-
lanması sahəsində təcrübə digər növ məmulatlara nisbətən daha 
yaxşı inkişaf etmişdi. Qədim dövrlərdən içkilərin saxlanılması 


81 
üsulları məlum olduğundan ciddi yeniliklər edilmirdi. Mərkəzi 
Avropada şərab çəlləkləri nisbətən sərin zirzəmilərdə saxlanı-
lırdı. Mayalanmış süddən pendir əldə edilirdi. Orta əsrlərdə ən 
çox istehsal və istifadə edilən ərzaq çörək idi. Çörəkçilər digər 
peşə sahiblərinə nisbətən daha çox hörmətə sahib idilər. Çörək-
çilərin Avropada böyük önəmə sahib olmaları onların müxtəlif 
cəmiyyət və təşkilatlarda birləşməsi ilə nəticələnmişdir. 1266-
cı ildə qəbul edilmiş çörək və pivə qanunnaməsinə əsasən, satı-
lan çörəyin qiyməti, çəkisi və çörəyə əlavə olunan məmulatla-
rın tərkibi göstərilməli idi. İngiltərədə ən çox qazanan çörək-
çilər idi. Bu səbəbdən onlardan dövlət orqanlarına aylıq gəlir-
ləri haqqında məlumat vermələri tələb olunurdu. Çörək bişirib 
satmaq gəlirli sahə hesab olunurdu. Avropada bu ailə biznesi 
sayılır və nəsildən-nəsilə ötürülürdü. Daha çox gəlir əldə etmək 
məqsədilə bəzi çörəkçilər hiyləyə əl atır, çörəyin içərisinə 
köhnəlmiş ərzaqlar əlavə edirdilər. Köhnə çörək satan çörəkçi-
lərə sərt cəzalar verilirdi. Bu səbəbdən London şəhərində fəa-
liyyət göstərən bəzi çörəkçilər həbs olunmuşdu. Nüfuzdan düş-
müş çörəkçilər nüfuzlarını bərpa etmək üçün 12 çörək qiymə-
tinə 13 çörək verirdilər. Çörək təkcə yemək üçün istifadə edil-
mirdi. XVI-XIX əsrlərdə nahar vaxtı bir yeməkdən digərinə ke-
çən zaman bıçaqlar və çəngəllər çörəyə sürtülərək təmizlənir-
di. Yemək zamanı duz qabından duz bıçaqla götürülürdü və 
həmin bıçaqlar da çörəyə sürtülərək təmizlənirdi. Kübar ailələr-
də olan xidmətçilər mətbəxdə qaynar qazanların daşınmasında 
əlləri yanmasın deyə çörək dilimlərindən istifadə edirdilər. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə