“İsrail-Fələstin münaqişəsi Oslo prosesindən sonra: yeni problemlər



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə1/32
tarix15.03.2018
ölçüsü0,82 Mb.
#31966
  1   2   3   4   5   6   7   8   9   ...   32


 

 



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

“MAGİSTRATURA MƏRKƏZİ” 

Əlyazması hüququnda                

Miri Nərmin Natiq qızı 

 

“İsrail-Fələstin münaqişəsi Oslo prosesindən sonra: yeni problemlər 

və münaqişənin həlli perspektivləri” 

 

MAGİSTR DİSSERTASİYASI 

 

İstiqamətin şifri və adı:       060213 “Beynəlxalq Münasibətlər” 

İxtisaslaşmanın şifri:           “Beynəlxalq Münasibətlər və Diplomatiya” 

 

Elmi Rəhbər:                                                Magistr proqramının rəhbəri: 



T.e.n.,dos. Z.R.Bayramov                              Dos. R.M.Qurbanov 

Kafedra müdiri: 

Prof. B.M.Abdullayev 

 

                                                  Bakı-2015 




 

 



                                                

                                             MÜNDƏRİCAT 

Giriş……………………………………………………………………………........................................3 

I Fəsil. Münaqişənin tarixi kökləri, böyük güclərin Fələstin siyasəti 

1.1.


 

Yaxın Şərqin tarixi,dini,iqtisadi və geosiyasi əhəmiyyəti...............................7 

1.2.

 

 1917-1948-ci illərdə Yaxın Şərqdə vəziyyət................................................18 



1.3.

 

  1948-1987-ci illərdə Yaxın Şərqdə siyasi mühit.........................................26 



1.4.

 

II Fəsil. XX əsrin 90-cı illərində İsrail-Fələstin münaqişəsi. Sülh prosesi 

2.1. Sülh prosesini hazırlayan şərtlər. ..................................................................40 

2.2.Osla danışıqları.7 illik Sülh............................................................................45 

2.3. XXI əsrdə yenidən alovlanan savaş...............................................................50 

III Fəsil. Qloballaşma şəraitində İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi 

3.1 ABŞ-ın Yaxın Şərq  siyasəti. Siyasi İslamın yüksəlişi..................................55 

3.2 Müsəlman Müqavimət Hərəkatı“Həmas” İqtidarı.........................................

62 


Təklif və Nəticələr................................................................................................84 

İstifadə olumuş ədəbiyyat...................................................................................89 

 

 

 

 

 


 

 



                                                     

                                                       GİRİŞ 

     Tətqiqat işinin aktuallığı20-ci əsrin ən mürəkkəb beynəlxalq problemlərindən 

biri  Fələstin-Israil  Münaqişəsidir.  Ərəb  baharı  hadisələrindən  sonra  daha  da 

gərginləşən  Yaxın  Şərq  regionunda  Suriyadakı  daxili  savaş,  Suriya-İraq 

sərhəddində  yeni  yaranan  İSİD  problemi  bu  regiona  olan  marağın  artmasında, 

regionun  dünya  siyasətindəki  aktuallığının  saxlanmasında  mühüm  amildir.  

Fələstin-Israil  qarşıdurmasında  2006-ci  ilin  əvvəlində  yaşanan  hadisələr 

qarşıdurmanı    daha  kompleks  hala  gətirdi.  25  Yanvar  2006  tarixində  Fələstində 

edilən  ümumi  seçkiləri  İslami  Müqavimət  Hərəkatı  (HƏMAS)  qazanmışdır.  Bu 

vəziyyət  Fələstin-İsrail  münaqişəsinin  beynəlxalq  gündəmin  ən  əhəmiyyətli 

mövzularından biri olmağa davam edəcəyinin göstəricisi idi. Çünki ABŞ, Avropa 

Birliyində  (AB)  və  İsraildə  terror  təşkilatı  olaraq  qəbul  edilən  HƏMAS  Ərəb 

Ölkələrində  seçki  ilə  iqtidara  gələn  ilk  İslami  Hərəkat  olması,  Yaxın  Şərq 

siyasətində  zəlzələ  olaraq  qiymətləndirilmişdir.ABŞ  və  AB-nin  terror  təşkilatı 

siyahısında iştirak edən Həması Fələstin xalqının iqtidara gətirməsi  Fələstin-İsrail 

qarşıdurmasında  dönüş  nöqtəsi  oldu.  Belə  ki,  HƏMAS  həm  təşkilati  davranış, 

istərsə  də  Fələstində  təxminən  40  ildir  davam  edən  status-kvonun  sonlanması 

baxımından  Fələstin-İsrail  qarşıdurması  daha  fərqli  bir  ölçüyə  girmişdir.  2006 

Fələstin  ümumi  seçkiləri,  2  İyun  1964-ci  ildə  Ərəb  Dövlətləri  tərəfindən  qurulan 

Fələstin  Azadlıq  Təşkilatının  (FAT)  1969-ci  ildən  bəri  mətbuatda  olan  Fələstin 

Qurtulus  Hərəkatının  (Əl  Fəth)    təxminən  40  illik  hakimiyyətinə  son  vermişdir. 

HƏMAS  iqtidara  gələrək  beynəlxalq  aktyor  olma  mövqeyini  gücləndirmişdir.  

İsrail    yaşayış  məskənlərində  yaşayan  yəhudi  vətəndaşlara  və  İsrail hərbi gücünə 

hücumları  olsun,  istərsə  də  təşkilatın  siyasi  və  iqtisadi  əlaqələri  baxımından 

HƏMAS  beynəlxalq  aktor  olduğunu  dəfələrlə  təsdiqləyib.Bütün  bu  faktların 

fonunda  bildirilməlidir  ki,  hazırda  dünya  ictimaiyyətində  işğala  və  soyqırıma 

məruz  qalmış  dövlət kimi  tanınan  Azərbaycan  Respublikası da  Fələstinlə  qismən 




 

 



bənzər  problemi  yaşayır.Lakin  Dağlıq  Qarabağ  Ermənistan-Azərbaycan 

münaqişəsindən  fərqli  olaraq  İsrail-Fələstin  münaqişəsi  daha  çox  beynəlxalq 

ictimaiyyətin  nəzarəti  və  idarəsi  altındadır.Təkrarlanan  savaşlardan  dəfələrlə 

yenilənən sülh müqaviləsi ilə çıxan tərəflər üçün “Yol xəritəsi” kimi fundamental 

həll  yolları  təqdim  edilməsi  analoji  hal  kimi  bizim  problemimizə  də  yerli 

konyukturaya uyğun, adaptasiya olunmuş şəkildə tətbiq edilə bilər.  



     Mövzunun  işlənmə  dərəcəsi.  Tədqiqat    işini  hazırlayarkən  müqayisəli-tarixi, 

sistemli  yanaşma  struktur  funksional,  proqnozlaşdırma  metodlardan  istifadə 

edilmişdir.  Bunlardan  əlavə  analiz,sintez,analogiya  və  s.  kimi  ümumməntiqi 

metodlar da tətbiq edilmişdir. 

    

Tədqiqatın  məqsədi.  Gərək  dünya  gərəksə,  Dağlıq  Qarabağ  Ermənistan-

Azərbaycan münaqişəsi kimi problemi olan Azərbaycan üçün çox əhəmiyyətli olan 

Fələstin-İsrail  qarşıdurması  göstərilən  səbəblərdən  ötəri  araşdırılmaya  dəyər 

mövzudur.    Qarşıdurma  araşdırılarkən  iki  təməl  fərziyyə  üzərində  durulmuşdur. 

Qarşıdurmanın  mənşəyi  olaraq  gördüyümüz  anti-Semitizm  və  Sionizmin  Qərb 

dünyası  tərəfindən  süni  yaradılan    və  dəstəkləndiyi  üçün  qarşıdurmanın  Qərb 

cəmiyyəti tərəfindən süni yaradıldığı yanaşması ilk fərziyyədir. İkinci fərziyyə isə 

qarşıdurmada,  şiddət  şiddəti  ideologiyası  formalaşdırılmaqdadır.  İsrailin 

fələstinlilərə qarşı həddindən artıq  güc istifadəsi, İsrail'e qarşı silahlı mübarizə ilə 

uğur qazana biləcəklərini müdafiə edən təşkilatları gücləndirərkən, bu təşkilatların 

İsrail'e  istiqamətli  hərəkətləri  Fələstinlilərlə  sülhə  qarşı  olan  İsrail  sağ  millətçi 

qanadının siyasi gücünü artırmaqda və sülh mümkünsüzləşdirir. 



Tədqiqatın 

vəzifələri.Tədqiqat işinin vəzifələrinə aiddir. 

-  Fələstin-İsrail  münaqişəsi  ilə  əlaqədar  təməl  anlayışlar  ilə  qarşıdurma  mənşəyi 

olaraq düşündüyümüzdə Anti-semitizm və Sionizm araşdırılması.  

-  Qarşıdurma prosesində böyük güclərin Fələstin siyasətinin araşdırılması . 





Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə