Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə27/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   113
 
QƏDİM MESOPOTAMİYA 
 
Ön Asiyada Dəclə və Fərat çayları arasında yerləşən Me-
sopotamiya (İkiçayarası) qədim mədəniyyət mərkəzlərindəndir. 
Bu yerlərdə hələ eramızdan əvvəl IV minillikdə yüksək mədə-
niyyət yaranmışdı. Bu ərazilərdə tarixin müəyyən mərhələlə-
rində müxtəlif dövlət qurumları bir-birini əvəz edib: Şumer, 
Akkad, Babil (qədim və yeni), Assur, İran. Hər biri (sonuncu-
dan başqa) yer üzərindən silinib. Lakin buna baxmayaraq, dün-
ya mədəniyyətinə böyük nailiyyətlər bəxş edib. Qədim şumerlə-
rin yaratdığı mədəni nailiyyətlər elmdə, təhsildə, tibbdə bu gün 
də tədqiqatçıların diqqət mərkəzindədir. Qədim Mesopotamiya-
da qidalanma mədəniyyəti ilə bağlı çox sayda yazılı mənbələr 
dövrümüzə qədər gəlib çatmışdır. Məlum olur ki, bu ərazilərdə 
yaşayan xalqlar Dəclə və Fərat çaylarının aşağı-yuxarı axarla-
rında yaşamışlar. Əkinçilik, maldarlıq, balıqçılıla məşğul olmuş 
və oturaq həyat tərzi keçirmişlər. 
Mesopotamiya ərazisində tapılan yemək qalıqları, taxıl, ev 
heyvanlarının sümükləri bu ərazilərdə tədqiqat aparan arxeo-
loqlar tərəfindən yaxşı öyrənilmişdir. Məlum olmuşdur ki, bu-
rada yaşayan əhalinin əsas masaüstü yeməyi çörək, sıyıq və 
balıq idi. 
Taxıl və buğdadan hazırlanan çörək məmulatlarını böyük 
olmayan silindir formasında olan gil sobalarda bişirirdilər. Belə 


56 
sobalar hər bir evin həyətində var idi. Sıyığı taxıl və buğda ilə 
yanaşı lobya və mərciməkdən də hazırlayırdılar. Soğanı və 
sarımsağı çox sevirdilər. Masada ən çox tərəvəzlərdən xiyar, 
turp, balqabaq, eyni zamanda yemiş və qarpıza rast gəlmək 
olurdu. Çay və dəniz balıqla dolub-daşırdı. Bundan əlavə, Me-
sopotamiyanın sakinləri balıqları xüsusi gölməçələrdə yetişdi-
rirdilər. Ona görə də təzə balıq həmişə bol, lakin ət tapılmadığı 
üçün həmişə baha olurdu. Ev heyvanlarını çox nadir hallarda 
kəsirdilər. Ovçular tərəfindən ovlanmış ev quşlarından və vəhşi 
heyvanların ətindən daha çox istifadə olunurdu. Südü, pendiri, 
qatığı yalnız bayramlarda yeyirdilər. Adi günlərdə bu qidaların 
yeyilməsi çox nadir bir hal idi. Yeməkdə bol yağ və ədviyyat-
lardan istifadə edirdilər. Desertə isə qoz, bal, xurma, nar, əncir, 
üzüm və şirniyyat verirdilər. Xurma palması Mesopotamiya 
mənzərəsinin əsas detalı idi. Xurmanı müxtəlif üsullarla hazır-
layırdılar. Ondan hətta pivə də düzəldirdilər. Pivəni kənardan 
gətirilmiş bahalı çaxırdan daha çox istifadə edirdilər. Onu çö-
rək və üzümdən hazırlayırdılar. Pivə qismən suyu əvəz edirdi. 
Mesopotamiya şəhərləri çay və kanalların yaxınlığında yer-
ləşməsinə baxmayaraq, əhalinin təmiz su çatışmazlığı var idi. 
Tarixçilərin dediyi kimi təmiz və soyuq su əsl delikates sayı-
lırdı. Çay suyu tez-tez lil olurdu və onu içmək mümkün deyildi. 
Buna görə də şəhər sakinləri xeyli sayda quyular qazır, quyu-
dan çıxan suyu yüksək qiymətləndirirdilər. Suyun çatışmaması 
ilə bağlı olaraq digər içkilərdən də istifadə edirdilər. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə