Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


  Qədim Misir ibadətçilərinin yeməyi



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə26/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   113
 


54 
Qədim Misir ibadətçilərinin yeməyi 
Cəmiyyətin yuxarı təbəqəsi hesab edilən qədim Misir ka-
hinlərinin yeməyi sağlam deyildi və müasir yemək olan mak-
donaldsı xatırladırdı. Bu pəhriz kahinlərdə ürək-damar xəstəli-
yinin əmələ gəlməsinə səbəb olmuşdu. Mançestr Universite-
tinin, Britaniya alimlərinin bu nəticəyə gəlməsinə kahinlərin 
mumyaları üzərində apardıqları təcrübələr və qədim Misir eh-
ramlarının kitabələri təsir göstərmişdir. Burada allahlar üçün 
qurban verilən ərzaqlar qeyd olunur. Bu ərzaqlar sonra kahinlər 
və onların ailəsi tərəfindən yeyilirdi. Alimlər 22 mumyanı təd-
qiq etmişlər. Kitabələrdən məlum olub ki, onlar kahinlərə məx-
susdurlar. Onlardan 16-da alimlər qan damarlarının izlərini tap-
mağa və tədqiqat aparmağa müvəffəq olublar. Tədqiqatdan mə-
lum olmuşdur ki, 9 mumyada damarlar kalsiumla yüklənmiş-
dir, bu da skleroz xəstəliyinin əlamətləri hesab edilir. Bu o de-
məkdir ki, onlar tərkibində çoxlu yağı olan yeməklərlə qida-
lanıblar. Qədim Misir ayinlərinə görə Tanrı heykəllərinə hədiy-
yələr ərzaq şəklində gətirilirdi. Mərasim bitdikdən sonra kahin-
lər ərzaqları evlərinə aparır, ailə masasında yeyirdilər. Kitabə-
lərə əsaslansaq, Tanrılara qurbanlıq olaraq yüksək kalorili ye-
məklər gətirirdilər, hansı ki, xüsusi qiymətləndirilirdi. Misir tan-
rılarının rasionunda yağlı ət, qaz, çörək, heyvan yağı, yumurta, 
yağ və eyni zamanda yağ və piy əlavə olunmuş şirniyyatlar 
olurdu. Tanrılar üçün olan yeməyin əhəmiyyətli hissəsi çox 
duzlu idi. Duzdan daha çox Misirin isti havasında ərzaqları 
konservləşdirmək üçün istifadə edirdilər. Allahların yeməyi 
üçün duz verənlər onu əsirgəmirdilər. Bundan başqa allahlar 
üçün xeyli alkoqollu içkilər də qurban verilirdi. Belə ki, Misir 
kahinləri onu normadan artıq qəbul edirdilər. Düzgün olmayan 
qidalanmanı nəzərə alaraq alimlər Misir elitasının varlı olması-
na baxmayaraq, 40-50 ildən artıq yaşamadığının təəccüblü ol-
madığını bildirirlər. Bunun əksinə olaraq qədim Misirdə kənd-
lilər sağlam qidalanırdılar. Onların qida rasionu vegeterian ye-
məklərində olduğu kimi tərəvəz, meyvə, göyərtidən ibarət idi. 


55 
Bu uzun müddətli Misir istisi üçün faydalı idi. Bundan başqa 
onların həyatı fiziki hərəkətlə bağlı idi. Ona görə də çox zaman 
yüksək təbəqəyə nisbətən kəndlilər və sənətkarlar daha uzun 
yaşayırdılar. Fironlar, yüksək çinli çinovniklər, kahinlər arasın-
da da çox nadir hallarda uzunömürlülər olurdu. Dahi fəlsəfi bir 
deyim var: insan üçün ən vacib şey nədir? “sağlam, uzun-
ömürlü olmaq üçün həyatın faydalarına səbəb olan bütün ağla-
batan məhdudiyyətlərə daim riayət etmək.” Düşünün, 40 il 
məhdudiyyətsiz yaşamaq yaxşıdı, yoxsa 80 il sağlam əməkdə, 
planta-siyada təmiz havada. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə