43
QƏDİM MİSİR
Qədim Misir dünyanın ən inkişaf etmiş sivilizasiya mər-
kəzi olub, Afrikanın şimal-şərqində, Nil çayının aşağı axarında
yerləşən qədim dövlətdir. Qədim
Misir tarixi çox böyük bir
dövrü əhatə edir - e.ə. IV minillikdən sülalə dövrünə qədər, bi-
zim eramızın IV yüzilliyinin əvvəlindən və qurtarır Roma dövrü
ilə. Bu dövr ərzində Misiri otuz firon sülaləsi idarə edib. On-
ların bir çoxlarının adı indi də məşhurdur. Amenxotep, Tutmos,
Tutanxamon, Ramzes, hərçənd ki, bunların adları qaydaya uy-
ğun olaraq nömrələrinə görə fərqlənirdi: Amenxotep II, Tutmos
IV, Ramzes IX və s. Qədim Yunanıstan Roma və orta əsr Av-
ropasından fərqli olaraq Misir sivilizasiyasından daha çox mad-
di abidələr bu günümüzə qədər gəlib çatıb. Bu bir tərəfdən Mi-
sirin iqlimi ilə, digər tərəfdən isə qədim misirlilərin öz istəyi ilə
ölənlərinin cəsədini sonrakı həyat üçün saxlaması ilə bağlı idi.
Qədim Misir mədəniyyətinin mühüm cizgiləri misirlilərin ölü-
mə qarşı etirazı olmuşdur. Ölümsüzlüyə qarşı olan meyl misir-
lilərin bütün dünyagörüşünü müəyyən etmiş, Misirin bütün dini
fikrinə daxil olmuş və qədim Misir
mədəniyyətini formalaş-
dırmışdır. Bu isə Misirin həm dini, həm də mədəni həyatında
mühüm rol oynamışdır. Misirlilərin ölümlə razılaşmaması belə
bir dini etiqadı yaratmışdır ki, ölüm heç də son demək deyildir.
Yerdə gözəl əbədi həyat uzana bilər. Ölən adam özünün diril-
məsini gözləməlidir. Bunun üçün ölənin ölməz ruhlarından biri
onun bədəni ilə təzədən birləşməli
və həyat yenidən başlama-
lıdır. Ona görə də canlılar ölənlərin bədənlərinin qayğısına qal-
malıdır. Bu qayğı üçün əsas vasitə mumyalama idi. İnsanların
cəsədlərini mumyalamaq qədim Misirdə ən hörmətli sənət he-
sab olunurdu. Cəsədin qorunması ehtiyacına olan inam bütün
Misir dininin əsasını təşkil edirdi.
Onlar üçün cəsəd daimi ol-
duğu üçün, düşünürdülər ki, onu lazımi maddi əşyalar,
geyim
və yeməklə təmin etməlidirlər. Bu ideologiya qədim misir-
lilərin dini dünyagörüşünə, həyat
tərzinə güclü təsir göstər-
mişdir. Lakin onların qaraqabaq və ölümdən qorxaraq yaşadıq-
44
larını düşünmək olmaz. Əksinə, onlardan sonra qalan maddi
mədəniyyət nümunələrini öyrənərkən məlum olur ki, onlar çox
şən, həyatsevən olub və onunla vidalaşmağa tələsmirdilər.
Dostları ilə paylaş: