Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


Bəs, qədim Misirlilər nə yeyirdilər? Qədim Misirdə qi-



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə22/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   113
 
Bəs, qədim Misirlilər nə yeyirdilər? Qədim Misirdə qi-
da və onun hazırlanması üsulları 
Misir torpağı çox məhsuldar olub. Lakin məhsul Nil çayın-
da baş verən zəif və güclü daşqınlardan asılı idi. Buna görə fi-
ronlar tədarük ehtiyatı görməyə məcbur idilər, hərçənd ki, hər-
dən buna laqeyd də qalırdılar. Bəzən məhsul çatışmazlığından 
ərzaqlar qızıl qiymətinə olurdu və quldurlar məbədlərə, saray-
lara girib insanları qarət edib öldürürdülər. Ancaq məhsul yığı-
mı dövründə misirlilər yaxşı qidalanırdılar. Firon Ramzeslərin 
dövründə ərzaq bol idi. Məbədlərin relyeflərində, məzarların 
üzərində zəngin qurbankəsmə, insan təsvirlərinə rast gəlmək 
olur. Harrisin böyük papiruslarında III Ramzesin məbədlər və 
tanrılarla bağlı qurban verilməsi səxavəti qızıl, geyim kimi tez-
tez yada salınır. Bu isə onu deməyə imkan verir ki, misirlilər 
çox acgöz idilər və heç bir vəziyyətdə yeməyi unutmurdular. 
Varlıların əsas qidasını ət təşkil edirdi. Qəbir daşlarında heyvan 
sürüləri və onu kəsmək üçün nəzərdə tutulmuş yerlərin təsvir-
lərinə rast gəlmək mümkündür. Onların içərisində aparıcı yeri 
Afrika öküzü tuturdu. Bu, çox nəhəng, iri buynuzları olan hey-
van idi. Onun iri ölçülü və kök olması üçün xüsusi yemlə-
yirdilər. Artıq öküz gəzə bilməyəndə onu kəsməyə aparırdılar. 
Xüsusi xidmətçilər var idi ki, onlar yalnız sağlam heyvanları 
qəbul edirdilər və onu kəsəndən sonra ətin keyfiyyətini yox-
layırdılar. Qədim Misirin gənclik dövründə (e.ə.III minillikdə) 
ət səhra heyvanlarını ovlamaqla əldə edilirdi. Misirlilər ceyran 
və antilop ovlayarkən onları diri tutmağa çalışırdılar. Sonradan 
onları ev heyvanları kimi əhliləşdirməyə cəhd göstərirdilər. 
Tədricən heyvandarlığın bu növü öz əhəmiyyətini itirməyə 
başladı, heyvandarlıq inkişaf etdi. Lakin vəhşi heyvanlar yenə 
də qurbankəsmə ayinlərində davamlı olaraq ən vacib yer tutur-
du. III Ramzes öz ovçularını antilop ovlamaq üçün səhraya 


45 
göndərirdi. Öz çarlığı dövründə böyük Amon məbədinə 54 
antilop, bir vəhşi camış və 81 ceyran bağışlamışdı. Misirlilər 
böyük miqdarda ev quşları yetişdirir və istifadə edirdilər. Ha-
rissin papirusunda 100 minə qədər göyərçin adı sadalanır. Əgər 
hədiyyə siyahısında 3029 dördayaqlı ev heyvanı qeyd olunursa, 
o zaman quşlar – 126250: 57810 göyərçin, 8394 qaz, 4060 to-
yuq, 160 zürafə və 20 minə yaxın bildirçin adını çəkmək olar. 
Zürafələri quş fermasında yemləyirdilər. Yeri gəlmişkən misir-
lilər zürafənin dörd növünü, qaz və ördəyin on beş növünü 
fərqləndirirdilər. Lakin onların elə növünü yetişdirirdilər ki, 
onlara sərf etsin.Vəhşi öküzləri tutmaq üçün əhliləşdirilmiş as-
lanlardan istifadə edirdilər. Quşları və balıqları tor və nizədən 
istifadə etməklə tuturdular. Yeni çarlıq dövründə (e.ə.II mi-
nillikdə) balıq misirlilərin yeməyində çox rast gəlinmirdi. Bu, 
yəqin ki, müəyyən dövrlərdə balığın istifadəsinə görə olan qa-
dağalarla bağlı idi. Əslində misirlilər balığı hətta məbədlərdə 
də yeyirdilər. Alimlər üçün misirlilərin balığı sevməməsi çox 
gözlənilməz olmuşdur. Çünki, əlində nizə, tor tutmuş balıqçı 
kişi təsvir edilmiş freskalar və heykəllər qədim Misirdə heç də 
az olmamışdır. Qədim misirlilərin tərəvəzlərdən gen-bol istifa-
də etməsi haqqında sübutlar kifayət qədərdir. Sən demə, misir-
lilər daha çox meyvə-tərəvəz və bitki kökləri ilə qidalanırmış-
lar. Məlumatlardan aydın olur ki, soğan, sarımsaq yüksək qiy-
mətləndirilirdi. Herodot yazırdı ki, Xeopsun məqbərəsini tikən 
işçilərə soğan, sarımsaq, turp verirdilər. Bunu sübut edən Fiva 
məzarlarında tapılan sarımsaq dəstələri idi. Firon III Ramzes 
böyük səxavətlə ehramlara sarımsaq və lobya paylayırdı. Misir-
lilərin əsarətindən xilas olan qədim yəhudilər məskunlaşacaq-
ları torpaqlarına qayıdarkən belə Misirdə yedikləri xiyarı, qar-
pızı, soğanı və sarımsağı xatırlayırdılar. Sərdabələrdə lobya, 
noxud, turp və türk noxudu tapılmışdır. Tədqiqatlar zamanı 
məlum olub ki, qədim misirlilərin qida rasionundakı bitkilər 
arasında ən az darı və kalış (darıya oxşar dənli bitkilər) bit-
kilərindən istifadə olunub.
 


46 
Qədim misirlilər heç də nahaq yerə tərəvəzi “renput”-“ilin 
ərzağı” adlandırmırdılar. Kahını qədim misirlilər “Mina ilahəsinin 
bitkisi” adlandırırdılar və bütün kahı sahələrinin qarşısında 
İlahə Minanın heykəlləri ucaldılırdı. Qədim misirlilərə görə 
kahı kişilərdə və qadınlarda nəsil vermə qabiliyyətini artırır. 
Tədqiqatlar göstərmişdir ki, qədim Misirdə kahıdan daha çox 
xristianlığı təbliğ edən misirlilər istifadə edirlərmiş və o za-
manlar kahı çiy halda bitki yağı və duz əlavə edilərək yeyilirdi. 
Çox qəribədir ki, uzaq dövrlərdə Misir əhalisi portağalla, li-
monla, bananla tanış deyildi. Roma dövründə (b.e. I yüzilliyin-
də) burada armud, ərik, albalı, badam meydana gəldi. Lakin 
onlar həmişə üzüm, xurma yeyirdilər. Dərman üçün qozdan 
istifadə edilirdi. Kokos qozu zənginlərin ən zəif yeri idi. Daha 
çox məhsul verən çoxsaylı alma, zeytun və nar ağacları idi. 
Qədim Misirdə əsas qidalar bütün siniflər üçün çörək, yaşıl 
soğan, pivə və başqa tərəvəzlər sayılırdı. Süd çox yüksək qiy-
mətləndirilirdi. Onu əldə etmək üçün misirlilər inək saxlayır, 
onu yemləyir və bir qida kimi bu məhsulu gil qablarda sax-
layırdılar. Qapağını həşəratlardan qorumaq üçün bir dəstə otla 
doldururdular. Ağartı məhsullarından əsasən, qaymaq, yağ, 
kəsmik məlum idi. Kərə yağını kosmetik və müalicəvi kremlər 
üçün istifadə edirdilər. Duzdan həddən artıq istifadə edir və onu 
pəhriz yeməklərinə tökürdülər. Yeməyi və içkini şirin etmək 
üçün baldan istifadə edirdilər. Vəhşi arıların axtarılması və top-
lanması ilə xüsusi adamlar məşğul olurdu. Həmin adamların 
təhlükəsizliyini təmin etmək üçün çox zaman fironların ox 
atanları da onları müşayiət edirdi. Misirlilər öz bağlarında da 
arı yetişdirirdilər. Arılar üçün gil qablardan istifadə edilirdi. 
Arıçı əlləri ilə arıları qovur və çiçəkləri çıxarırdı. Balı möhür-
lənmiş böyük daş qablarda saxlayırdılar. Maraqlıdır ki, arxeo-
loji tədqiqatlardan məlum olur ki, o dövrdə Qədim Misirdə iş-
ləyənlər arasında ən imtiyazlı olanlar piramidanı tikən inşaatçı-
lar idi. Onlar tikintidə orta hesabla iki il (hərbi xidmətə qulluq 
kimi) çalışırdılar. Bu iki il müddətində tikintidən uzaq olma-


47 
yan, yaxşı təmin olunmuş evlərdə yaşayırdılar. Qidalanmaları 
isə yüksək səviyyədə və əsasən, ətdən ibarət olurdu. Ölüm ha-
disəsi olardısa, ehtiramla dəfn edərdilər. Sadə misirlilər isə əti 
onlardan fərqli olaraq az yeyirdilər, arasında ən az darı və kalış 
(darıya oxşar dənli bitkilər) bitkilərindən istifadə olunub.

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə