Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə2/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   113
 
 



MÖVZU 1. QİDALANMA. QİDA İNSANIN SAĞLAMLIĞI
HƏYAT TƏRZİ VƏ YAŞAMASI ÜÇÜN ƏSAS ŞƏRTDİR 
 
İnsan həyatının keyfiyyətini müəyyən edən amillər arasın-
da qidalanma aparıcı rol oynayır. Qida insanın təməl ehtiyacı-
dır, varlığın əsas şərtlərindəndir. Əsası təbiət tərəfindən qoyul-
muşdur. Qidalanma insanın sağlamlığına, iş qabiliyyətinə, fizi-
ki və zehni inkişafına, əhval-ruhiyyəsinə davamlı olaraq əhə-
miyyətli dərəcədə təsir göstərmişdir. İnsan orqanizmi, onun 
həyat fəaliyyəti bu qidalardan aldığı vitaminlərin, mikroele-
mentlərin miqdarından asılıdır. 
Qidalanma insan mövcudluğunun ən mühüm faktorudur. 
İnsan özünü iqlimdən, havadan qoruya bilər, yaşayış yerini, iş 
yerini dəyişə bilər, lakin qidaya olan gündəlik ehtiyacından 
uzaqlaşa bilməz.
Biz öz bədənimizi yediyimiz qidalarla qururuq. Bu qidalar 
bizim bədənimiz üçün tikinti materialıdır, bizim bu və ya digər 
şəkildə həyatımızı müəyyənləşdirir. İnsanın xarici görünüşü, 
ruhi vəziyyəti, ağlı, uğurları, uğursuzluqları geniş mənada qida-
lanmadan asılıdır. Ona görə də hər bir insan mütləq qəbul etdi-
yi qidanın təzə, təmiz, keyfiyyətli olmasına diqqət etməlidir ki, 
bu qida bədənin bütün hüceyrələrinə düzgün paylansın və asan 
həzm olunsun. 
Aydındır ki, hər bir sivilizasiyanın inkişaf tarixində insan-
ların həyat tərzi dəyişdikcə onların qidalanmaya olan tələbatları 
da dəyişmişdir. Yemək bişirmə sənəti və qidalanma tarixi xalq-
ların maddi mədəniyyətinin və onların həyat tərzinin ən qədim 
və maraqlı tərkib hissəsidir. Maddi mədəniyyət anlayışı özündə 
təkcə kulinariya adətlərini ehtiva etmir, eyni zamanda geyim 
tərzini, ayaqqabı, silah, əşyalar, yaşayış yerləri, məişət əşyaları-
nı da əks etdirir. 
Hər bir xalqın qidalanma ilə bağlı olaraq öz adətləri, ənənə-
ləri var ki, bu, millətlərin tarixi inkişaf şərtləri, coğrafiyası, 
iqlim şərtləri, sosial və iqtisadi quruluşu, dini ilə bağlıdır. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə