Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə8/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   113
Etiket - 
harada olmasından asılı olmayaraq (diplomatik 
dairələrdə, dövlət başçıları ilə, hakimiyyət, şirkət rəhbərləri, iş-
güzar qəbullar və s.) görüşdə təyin edilmiş davranış qaydaları-
dır. Bu müxtəlif hüquqi, sosial və intellektual statuslu insanlar 
arasındakı qarşılıqlı münasibətləri əks etdirən normalardır. Eti-
ket insanın daxili dünyası ilə xarici aləmini birləşdirir. Etiket 
insanlar arasında cəmiyyətdə nəyin məqbul, nəyin qeyri-məq-
bul olmasını göstərir. O, nəzakət, mədəniyyət, alicənablıq anla-
yışları ilə bağlıdır. Etiketin əsasında insana hörmət durur. ”Eti-
ket” termini XVIII əsrdə yaranmağına baxmayaraq, onun qay-
daları Qədim Misirdə yaranmışdır. Detallı şəkildə bir sistem 
kimi etiket orta əsrlərdə feodallar arsında meydana gəlmişdir. 
İlk dəfə etiket Fransa kralı XIV Lüdovikin saray mərasimlə-
rində ortaya çıxıb. XIV Lüdovikin sarayında qonaqların qəbu-
lunda davranış qaydaları haqqında kart verilirdi. 
Burjua münasibətlərinin inkişafı ilə bağlı olaraq, etiketin 
rolu da tədricən dəyişməyə başladı. Rasionalist mütəfəkkirlər 
etiketi cəmiyyətdəki arzuolunmaz güclü həyəcan təzahürlərinin 
qarşısını almaq üçün bir vasitə hesab edirdilər. Praqmatik bur-
juaziya vaxtaşırı işgüzar və ticari münasibətlərə uyğun olma-
yan orta əsr etiketinə aid olan elementləri ortaya atırdı. 


14 
Tədricən barışmaz sinfi mübarizə azaldıqca, insanlarımızın 
maddi vəziyyəti yüksəldikcə klassik etiket normaları yenidən 
həyata qayıdırdı. 
Son illər bazar münasibətlərinin formalaşması ilə bağlı 
olaraq, dünyəvi davranışlar, xidmətin incəlikləri, nahar masa-
sının düzgün yerləşdirilməsi və s. bu kimi məsələlər aktuallıq 
kəsb etməyə başlayır. Turizm biznesində etiket çox böyük əhə-
miyyət kəsb edir. Etiketin təqdim etdiyi davranış normaları 
işgüzar mühitdə müsbət psixoloji mühitin yaranmasına səbəb 
olur, biznesi yaxşı və uğurlu edir. Bu normaları gözləmədən 
heç bir siyasi, iqtisadi, mədəni əlaqələr qurula bilməz. Bir-
birinə hörmət etmədən, özünə hansısa məhdudiyyət qoymadan 
mövcud olmaq, fəaliyyət göstərmək olmaz. 
Etiketi bilməmək həssaslıq, özünəinamın olmamasına, söh-
bətin doğru olmayan istiqamətdə inkişafına və bu vəziyyətdə 
təşəbbüskarlığın məhdudlaşmasına gətirib çıxarır. Bunun gələ-
cəkdə gətirə biləcəyi faydaları bilərək Yaponiya şirkətləri hər il 
işçilərinə yaxşı davranış qaydaları, ünsiyyət üsulları öyrədir, bu 
məsələ ilə bağlı öz işçilərinə məsləhət verir. Onlar etiketin 
öyrənilməsinə yüz milyonlarla dollar xərcləyir. Onlar haqlı ola-
raq inanırlar ki, bu gün bu məqsədlə daha çox pul sərf etmək 
lazımdır, çünki sabah öz potensial müştərilərini və satış bazar-
larını itirə bilərlər. İşçilərin səliqəsiz geyinməsi, bir-biri ilə
eyni zamanda müştərilərlə düzgün davranmaması, telefonla kü-
barca, təmkinlə ünsiyyət qura bilməməsi, işçi heyətin düzgün 
seçilməməsi bəzən karyeranı çökdürür. Bu səbədən hər il nə 
qədər pul itirilir. XIX əsrin ingilis yazıçısı Dj. Lebbok bu mü-
nasibətlə deyirdi: “Həyatda uğur qazanmaq üçün ünsiyyət iste-
daddan daha vacibdir”. İşgüzar etiket qaydaları iş adamlarının 
iqtisadi, maliyyə maraqlarının yaxşılaşmasına kömək edir, xa-
rici tərəfdaşlarla işgüzar əlaqələrin qurulmasını təmin edir. Biz-
nes və ya işgüzar etiketi bilmək sahibkarlıq uğurunun tələbidir. 
Deyl Karneqinin sözlərinə görə “Bir insanın maliyyə işində mü-
vəffəqiyyətinin 15 faizi onun peşəkar biliklərindən və 85 faizi isə 


15 
ünsiyyət qurma qabiliyyətindən asılıdır. Etiket bir şəxsin necə 
davranması lazım olduğunu göstərir. 
Müasir etiket bütün xalqların keçmişindən süzülüb gələn 
adət-ənənələrin, əxlaq normalarının bir varisi kimi çıxış edir. 
Hər bir xalq etiket qaydalarına öz tarixi, mədəniyyəti, milli 
adət-ənənələri ilə bağlı olaraq düzəlişlər, əlavələr edir. 
Etiketin bir neçə növü var ki, onlar bir-birindən fərqlənir. 
Gəlin, onlara nəzər salaq: 
- saray etiketi - Monarxların saraylarında müəyyən edilmiş 
ciddi şəkildə mövcud olan qaydalar; 
- diplomatik etiket - Müxtəlif diplomatik qəbullarda, gö-
rüşlərdə, danışıqlarda diplomatların davranış qaydaları;
- hərbi etiket - Hərbçilərin bütün fəaliyyət sferasını əhatə 
edən orduda ümumilikdə qəbul edilmiş davranış qaydaları; 
- ümumvətəndaş etiketi - Bu vətəndaşların ünsiyyət zama-
nı riayət etməli olduqları qaydalar, adətlər toplusudur. 
- süfrə etiketi - Süfrə arxasında gigiyena, oturuş qaydaları, 
masa dəstlərindən istifadə qaydalarını özündə ehtiva edir. 
Masa ətrafında etiketin ümumi prinsipləri: ev sahibinə və 
sahibəsinə, şam yeməyinə, eləcə də masa ətrafında oturanların 
estetik hissinə dözümlü münasibət və hörmət. 
Ümumilikdə götürdükdə diplomatik, hərbi, ümumvətəndaş 
etiketi bir-biri ilə üst-üstə düşür. Bunları bilmək, onlara əməl 
etmək, təbii ki, xoşagəlməz hadisələrin meydana gəlməsinə 
mane olur. İnsanın həyat tərzi dəyişdikcə, təhsili və mədəniy-
yəti inkişaf etdikcə davranış qaydaları da dəyişir. Əvvəllər 
düzgün olmayan davranış bu gün əksinə olaraq qəbul edilir. 
Hər bir insan üçün etiketi bilmək şərt deyil. Əsas məsələ 
ona əməl etməkdir. Buna əməl etmək hər bir insanın dünya-
görüşü, təhsili, tərbiyəsi ilə bağlıdır. Buna əməl edən insanlar 
milliyyətindən, irqindən, təhsilindən asılı olmayaraq bütün cə-
miyyətlərdə müsbət qəbul edilir. Təsadüfi deyil ki, Avropada 
belə kişiləri centlmen adlandırırlar. 
Müasir etiket insanların məişətdə, əmək fəaliyyətində, ic-
timai yerlərdə, küçədə, qonaqlıqda, müxtəlif tədbirlərdə, qəbul-


16 
larda, mərasimlərdə, danışıqlarda davranışını tənzimləyir. Belə-
liklə, etiket ümuminsan mədəniyyətinin, əxlaqının ən böyük, ən 
vacib hissəsidir. Bu min illər boyu bütün xalqların məişət, xe-
yirxahlıq, ədalət, insanlıq, gözəllik haqqında təəssüratlarını əks 
etdirir. 
Beləliklə, etiket öz qürurunu qoruyub saxlamağa, mürəkkəb 
konfliktlərdə belə öz ətrafındakılara hörmət etməyə sövq edir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə