Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə9/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   113
 
QİDALANMA 
 
Qidalanma - 
onun bizim həyatımızda rolu və əhəmiyyəti 
nədən ibarətdir? Belə bir söz var: insan qəbul etdiyi qidadan 
yaranır. Qidalanma prosesi təkcə tibbi-bioloji xarakter daşımır, 
eyni zamanda müxtəlif xalqların adətləri, ənənələri və inancları 
ilə bağlıdır. Qidalanma mədəniyyəti eyni zamanda insan cəmiy-
yətinin təkamülü ilə sıx əlaqədədir. İnsanların qidalanması təkcə 
onların yaşından, cinsindən, əməyin xarakterindən, iqlim şəraitin-
dən və sağlamlığın vəziyyətindən asılı deyildir. Başqa sözlə, adət-
ənənələr, mədəni inkişaf səviyyəsi, ərzaq məhsullarının əldə edil-
məsinin mümkünlüyü və s. xüsusi əhəmiyyət kəsb edir. 
Normal həyat fəaliyyəti o zaman mümkün ola bilər ki, or-
qanizm lazımi miqdarda enerji ilə təmin olunsun. Odur ki, in-
san orqanizminin həyat fəaliyyətini təmin edən maddələr orqaniz-
mə qida məhsulları ilə daxil olur. 
Sadə bitki mənşəli qidalardan hazırkı elmi cəhətdən əsas-
landırılmış müxtəlif qida rejimlərinə qədər insanlar minilliklər-
lə yol keçmişdir. Qida ilə bağlı ən qədim nəzəriyyə Aristotel-
Qalinin qədim və orta əsrlərdən mövcud olan “Qida-qan” nəzə-
riyyəsidir. Bu nəzəriyyənin ən müsbət xüsusiyyəti odur ki, qan-
damar sisteminin, qanın tərkibinin və qidanın həzm prosesində 
qanın rolunun öyrənilməsində böyük əhəmiyyəti olmuşdur. 
İnsan ətraf mühitlə sıx əlaqədə olmaqla daim informasiya 
mübadiləsi edir. Bu mübadilə əsasən, qida vasitəsilə həyata ke-
çirilir. Əgər insan daima ətraf mühitlə qarşılıqlı informasiya 
mübadiləsində olursa, onda belə nəticəyə gəlmək olar ki, insan 


17 
ətraf mühitə uyğunlaşır. Həqiqətdə bu belədir. Müxtəlif iqlim 
və coğrafi zonalarda bir-birindən xarakter və cizgilərə görə 
fərqlənən müxtəlif etnoslar var. Onların hər birinin yaşadıqları 
coğrafi məkandan asılı olaraq qidalanmayla bağlı öz həyat 
tərzləri var. Bu onu sübut edir ki, qidalanarkən gündəlik həyat-
da insanların onlara lazım olan və ya arzu olunmayan qida 
seçimi daha çox instinkdən deyil, əksinə zövqdən, adət-ənənə-
lərdən, iqtisadi imkanlardan və s. səbəblərdən asılıdır. Qida və 
qidalanma hər bir insanın həyatında mühüm yer tutmaqla yana-
şı, həm də onların sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edir. 
Eyni zamanda qidalanmada pəhriz ömrün uzunluğuna təsir 
edən ən vacib amildir. Keçmişdən qalma belə bir məsəl var: 
”Xəstəliyin atası məlum olmasa da, anası həmişə qidalanma 
olur”. Sağlam yaşamağın sirri ilk növbədə bizim nə dərəcədə 
sağlam qidalanmağımızla bağlıdır. Bizim yediyimiz qidalar 
gün ərzində vitaminlərə, zülallara, minerallara olan tələbatımızı 
ödəməlidir. Əlbəttə ki, qəbul edilən hər bir qida normadan artıq 
olmamalıdır. Təsadüfi deyildir ki, bizim böyük klassikimiz 
Nizami Gəncəvi də çox gözəl demişdir:
“Bir inci saflığı varsa da suda 
Artıq içiləndə dərd verir o da” 
Yəni hər bir qidanın normadan artıq qəbul edilməsi, təbii 
ki, xoşagəlməz halların yaranmasına gətirib çıxarır. İngiltərə-
dəki Lids Universiteti qidalanma ilə insan ömrü arasında əla-
qəni tədqiq edib. Tədqiqat nəticəsində məlum olub ki, insanın 
gündəlik qidası ilə onun ömrü arasında çox sıx əlaqə var. Belə 
ki, təbii və sağlam qidalanma insanı bu gün dünyada ən çox ya-
yılmış və hətta cavanlaşmış xəstəliklərdən (şəkər, infarkt, xər-
çəng, təzyiq və s.) qoruya bilər. 
Odur ki, sağlam qidalanmayla bağlı bir neçə qızıl qaydaya 
əməl etmək lazımdır. Məsələn, qəbul etdiyimiz qidalar çoxçe-
şidli olmalıdır. Hər gün eyni qidanı yemək məqsədəuyğun de-
yil. Bu insanda iştahı pozur və qidalanma vərdişinə mənfi təsir 
göstərir. Çoxçeşidli meyvə və tərəvəzlər, ət məhsulları, süd və 
ağartı məhsullarından istifadə edilməlidir. Təbii ki, meyvə və 


18 
tərəvəzləri öz mövsümündə yemək məqsədəuyğundur. Bu gün 
bazarlarda, marketlərdə mövsümə aid olmayan meyvə-tərə-
vəzlərə rast gəlinir. Lakin yadda saxlamaq lazımdır ki, Allah 
hər şeyi nizamla tənzimləyib. Ona görə bizim qidalanmayla 
bağlı maariflənməyimiz əsas şərtdir. Daha çox təbii məhsul-
lardan istifadə etmək lazımdır. Süni şəkildə yetişdirilən, kim-
yəvi maddələr, qatqılar əlavə olunan qidalara üstünlük vermək 
məsləhət deyil. Çünki onlarda vitamin və minerallar az olur. 
Hər bir insanın qida rasionunda meyvə-tərəvəz olmalıdır. Çün-
ki tərəvəzin kalorisi azdır, asan həzm olunur. Əlbəttə mədə-
bağırsaq problemi olan insanlar meyvə-tərəvəzdən istifadə 
edərkən diqqətli olmalıdır. Qəbul edilən qidanın kalorisinə də 
nəzarət edilməlidir. Həddən artıq kalori istehlak edilməsi bə-
dəndə artıq piyin yaranmasına gətirib çıxarır. Bu isə gələcəkdə 
bir çox xəstəliklərin, o cümlədən ürək- damar, qan dövranı, təz-
yiq və s. xəstəliklərin əsasını qoyur. Hər bir insan öz həyat tər-
zinə, iş rejiminə görə qidalanmalıdır. Bütün günü aktiv həyat 
tərzi sürənlər, daha çox hərəkətdə olan insanlar çox kalori itirir-
lər. Bunun əksinə olaraq oturaq həyat tərzi rejimi olan insanlar 
isə kalori almamaq üçün düzgün qidalanmalıdırlar. Orqanizmin 
lazım olan zülallarla təmin edilməsi, bol maye qəbulu, təmiz 
havada gəzmək, günəş vannası qəbul etmək, pis vərdişlərdən 
uzaqlaşmaq və s. bütün bunlar insan sağlamlığı üçün ən vacib 
faktorlardır. Bununla bağlı çox danışmaq olar. Lakin bir şeyi 
unutmamaq lazımdır ki: hər şey qədərində istifadə olunmalıdır. 
Beləliklə, qida və qidalanma insanın cəmiyyətdəki maddi 
varlığının ən vacib şərtlərindən biridir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə