Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə6/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   113
Ənənənin növləri

Ənənə - insanın həyat fəaliyyətinin bütün sahələrini əhatə 
edir. Bununla bağlı olaraq, onları bir neçə tipə bölür: 
- davranış - bu əxlaqa əsaslanan ənənədir; 
- adətlər - şüurlu şəkildə nəsildən-nəslə ötürülən dəyərlər 
və fikirlərdir; 
- işgüzar ənənələr - dövlət, iqtisadi, ticarət fəaliyyəti nəti-
cəsində yaranmış stereotiplərdir; 
- hüquq-qanunvericilik səviyyəsində möhkəmləndirilmişdir. 
Hüquq və ənənələr bir-biri ilə sıx bağlıdır. Birincisi, ənənəylə 
bağlı zərərli əməlləri aradan qaldırır, ikincisi isə cəmiyyət üçün 
həddən artıq qiymətləndirilənlərə hüquqi sanksiyalar verir
- ayin və mərasimlər - bu əsasən, ailə, məişət, dini mühitdə 
olan mürəkkəb mərhələdir; 
- mərasimlər - təntənəli və rəsmi ayinlərdir. Ənənələrin ya-
ranması və yox olmasıdır. 
Əvvəlcə onlar sağ qalmaq üçün kortəbii şəkildə meydana 
gəldilər. Məsələn, ovçuluq etmək üçün kişilər həftədə iki dəfə 
ov etməyi bir qayda halına gətirdilər. Qadınlar isə soyuq möv-
sümdə donmamaq üçün heyvan dərisindən paltar tikdirdilər. 
Müasir insan isə başqa qanunlarla yaşayır. Məişətinin daha 
dolğun, həyat tərzinin daha rahat olmasını düşünür. Belə bir 
fikir formalaşır. Bizə vəhşi təbiət arasında yaşamaq lazım de-
yil. Buna görə də adət-ənənələrimiz bioloji ehtiyaclarımızı de-
yil, həyat səviyyəsinin keyfiyyətini və rahatlığını artırmağa yö-
nəlmişdir. Təbii ki, zaman axır, şüur dəyişir, mədəniyyət inki-
şaf edir, tərəqqi sürətlə irəliləyir. Zərərli ənənələr, adətlər sıra-
dan çıxır, insan mənəviyyatına, əxlaqına müsbət mənada təsir 
göstərən ənənələr insanlıq var olduqca yaşayır və yaşayacaq. 
Onlar bizə nəyə görə lazımdır? Hər bir ölkənin, xalqın ictimai 


12 
şüurunu əks etdirən öz milli ənənələri var. Təbii ki, fərqli qal-
maq öz tariximizi, mədəniyyətimizi qorumaq üçün, biz də bir 
xalq olaraq öz köklərimizlə, əcdadlarımızın bizə qoyub getdik-
ləri ənənələrlə, mənəvi-əxlaqi dəyərlərlə fəxr edirik.

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə