Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə3/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   113
 



QİDA 
 
Qida - 
insan bədənində maddələr mübadiləsi reaksiyaları-
nın normal gedişatı, enerji ehtiyatlarını artırmaq üçün uyğun 
olan hər hansı maddə: zülallar, yağlar, karbohidratlar, vitamin-
lər, minerallar, mikroelementlərdir. 
Qidalar insanda enerjini yaratmaq və saxlamaq, həyatı 
funksiyaları təmin etmək üçün canlı orqanizmə daxil olur və 
hüceyrələr tərəfindən sorulur. Qida mövcudluğumuzun əsas 
təməllərindən biridir, onun tərkibinin keyfiyyəti isə ölkənin və 
insanlarının rifahının göstəricisidir. 
Bundan başqa, kulinariya sənəti həm də çiy ərzağı yüksək 
keyfiyyətli qida məhsullarına çevirmək imkanı, xalqların mad-
di mədəniyyətinin ən böyük tərkib hissəsi, istedadlı bir xalqın 
mədəniyyətinin ümumi səviyyəsinin göstəricisi, milli düşüncə, 
ixtiraçılıq səviyyəsi, yaşayış yerinin təbii mühitinə uyğunlaşma 
səviyyəsinin göstəricisidir. Eyni zamanda hər bir xalqın qida 
mədəniyyəti onun milli xüsusiyyətlərini, psixologiyasını, xarak-
terini əks etdirir. Qida və qidalanma bütün tarixi dövrlərdə 
insanların həyat səviyyəsinin keyfiyyəti haqqında məlumat ve-
rir. Qidanın tərkibi, xüsusiyyətləri, onun emalı texnologiyası 
cəmiyyətin tarixi inkişafını başa düşməyə kömək edir. Kulina-
riya sənətinin intellekt sferasına, iqtisadi sferaya aidiyyatı yox-
dur. Bu məsələni etnoqrafiya, sosiologiya elmi araşdırır. Eyni 
zamanda qida cəmiyyətin tarixi inkişaf prosesində, konkret ola-
raq insanların həyatında əsas rol oynayır, həm də maddi mədə-
niyyətə aid edilir. Biz bəzi məqamların vacibliyini o qədər də 
hiss etmirik. Əslində, qidanın hazırlanması, onun emal edilmə-
si, illər ərzində onun tərkibinin dəyişdirilməsi, qida sənayesin-
dəki texnoloji emal, bunların hər biri müxtəlif xalqların mət-
bəxində kifayət qədər vəsait, vaxt tələb edir, onların mövcudlu-
ğunu, əhval-ruhiyyəsini formalaşdırır, cəmiyyətə təsir edir. Qi-
dalanma heç də ədəbdən, əxlaqdan, dindən az əhəmiyyətli de-
yil. Qidasız, yeməksiz heç bir ünsiyyət, düşüncə, təxəyyül, hə-
yat ola bilməz. Sosial yüksəliş dövründə bütün cəmiyyətlər, 



əhalinin bütün təbəqələri qida çatışmazlığını yaşayır və onların 
əsas problemi hər hansı bir şəkildə nəyin bahasına olursa olsun, 
ərzaq əldə etməkdir. Bu dövrdə qida keyfiyyəti ilə bağlı prob-
lemlər arxa plana keçir və ya tamamilə dövlət orqanlarının nə-
zərindən kənarlaşdırılırdı. Əlbəttə, insanların müasir lüğətində 
qida, qidalanma, kulinariya, ənənə kimi anlayışlar müxtəlif cür 
başa düşülə bilər. Lakin bu anlayışlar bir-biri ilə sıx bağlıdır. 
Onların hər biri yalnız fəlsəfi yük daşımır, həm də otel, turizm, 
restoran kimi xidmət sahələrində onun dəyərindən düzgün 
istifadə etməyə imkan verir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə