Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə14/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   113
 
 
 
 
 


30 
MÖVZU 2. QİDA ƏNƏNƏLƏRİNİN FORMALAŞMASINA 
COĞRAFİ İQLİMİN TƏSİRİ 
 
İnsan cəmiyyətinin təşəkkülü, onun inkişafı təbiətlə həmi-
şə ayrılmaz surətdə bağlı olub. İnsanın tələbatları, öz tələbatını 
ödəmək cəhdləri onun ətraf mühitlə əlaqəsini təyin edir. Orqa-
nizmin normal həyat fəaliyyətini təmin etmək üçün insan bi-
rinci özünün maddi tələbatlarını təmin edir. Tələbat nədir? İn-
sanın həyat şəraitindən asılılığını təzahür etdirən aktivlik mən-
bəyidir. Bu tələbatlar insanın bir bioloji varlıq kimi həyat təmi-
natı ilə bağlıdır (oksigen, su, qida, istilik, yuxu, təhlükəsizlik, 
doğumun davamı və s.). İnsanların mühitə fəal uyğunlaşması 
və öz növbəsində ona təsir etməsi həmişə zərərsiz olmur. 
İnsanın sağlamlığı və iş qabiliyyəti ətraf mühitlə qarşılıqlı 
əlaqəsindən asılıdır. İnsanda digər canlı orqanizmlər kimi ətraf 
mühitlə maddələr mübadiləsi və enerji axını ilə əlaqədardır. 
Ona həm də mühitin ekoloji faktorları təsir göstərir. Lakin in-
san müəyyən dərəcədə mühitin əlverişsiz faktorlarının təsirin-
dən qorunmağı öyrənmişdir. Bununla yanaşı, insan onu əhatə 
edən mühitə böyük təsir göstərir. İngilis filosofu Bekonun 
sözlərinə görə “Təbiət üzərində onu öyrənməklə və ona tabe 
olmaqla hökmranlıq etmək olar”. Burada, həmçinin insanların 
qidalanma xüsusiyyətləri, yaşadıqları iqlim və s. ilə əlaqədar 
olan xəstəliklərin də öyrənilməsi ortaya çıxır. İqlimin qida 
ənənələrinin formalaşmasına təsiri ilə bağlı fikirlər XX əsrin 
70-ci illərindən ortaya çıxsa da, Antik dövrün mütəfəkkiri olan 
Hippokrat, orta əsrlər tibb elminin görkəmli nümayəndəsi olan 
İbn Sina və başqaları ətraf mühitin insan orqanizminə təsiri 
məsələsinə ciddi fikir vermişdilər. 
Hippokrat küləyin surəti, suyun keyfiyyəti, yer relyefi, tor-
pağın vəziyyəti, suvarılması və coğrafi meteoroloji faktorların, 
ərzaq məhsullarının tərkibinin və keyfiyyətinin insan orqaniz-
minə təsirinə xüsusi diqqət yetirməyi tövsiyə etmişdir. Gör-
kəmli filosof və həkim İbn Sina insanların sağlamlığını yaşayış 
yerindən, ilin mövsümündən, ətraf mühitdən, qidalanmadan 


31 
asılılığını, xəstəliklərin əmələ gəlməsi və müalicəsində, həmin 
faktorların rolunu həmişə diqqət mərkəzində saxlamış və özü-
nün əlyazmalarında buna xüsusi yer vermişdir. 
Belə ki, torpaq və suyun tərkibinin xüsusiyyətləri təbii ki, 
bitki və heyvan mənşəli qida məhsullarında öz əksini tapır. Or-
qanizmdə bu və ya digər elementin çatışmaması müxtəlif xəstə-
liklərin yaranmasına səbəb olur. Məsələn, içməli suda yodun 
çatışmazlığı və tərkibindəki yodun az olduğu torpaqda qida 
məhsulu zob xəstəliyinin inkişafına səbəb ola bilər. İnsanların 
həyatının maddi səviyyəsi qida əldə etmənin üsul və səmərə-
liliyindən asılıdır. Əlbəttə, bu zaman digər faktorlar, o cümlə-
dən region üçün tipik olan xəstəliklər nəzərdən qaçırılmama-
lıdır. 
Müasir tədqiqatçılara görə qida və qida məhsullarının ha-
zırlanması su, od, təzyiq, atmosfer, bitki və heyvan aləminin 
müxtəlif növləri, duz və digər mineral maddələr il ərzində vax-
tın dəyişməsi, iqlim dəyişiklikləri, göy cisimləri, astronomik 
dövrlər və s. daxil olmaqla bizi əhatə edən aləmlə sıx bağlıdır. 
Son zamanlar insanların sağlamlığının qidadan, qidanın 
tərkibi və ekoloji faktorlardan asılılığını qabarıq ifadə və təbliğ 
edən daha bir yeni sahə “Makrobatika” meydana gəlmişdir. İn-
sanların qidalanması ilə mühit arasındakı əlaqəni aydınlaşdır-
maq üçün hazırda insanların məskunlaşdığı ərazi tiplərinin elm 
tərəfindən qəbul edilmiş nəzəriyyəni gözdən keçirmək lazım-
dır. Hazırkı dövrdə ən çox əhali bir-birindən fərqlənən coğrafi 
regionlarda yaşayırlar. 
İnsanların məskunlaşdığı regiondan və qidalanma xarakte-
rindən asılı olaraq təsərrüfatlar 3 əsas hissəyə bölünür: ovçu-
luq, maldarlıq, əkinçilk və ya qarışıq. 
Birinci tipin əhalisi əsasən, zülallarla, ikinci tipin əhalisi 
isə karbohidratlarla qidalanır. 
Bütün bunlara baxmayaraq, ekoloji faktorlardan asılı ola-
raq qida məhsullarına tələbat dəyişir ki, bu da müəyyən region-
da yaşayan insanların qidalanmasında özünü göstərir. 


32 
İnsanların məskunlaşdığı ərazi tiplərinin elm tərəfindən 
qəbul olunmuş təsnifatını nəzərdən keçirmək lazımdır. Hazırkı 
dövrdə dünya əhalisi müxtəlif regionlarda, tropik, meşə kol-bit-
ki zonaları, mülayim iqlim qurşağında, qarışıq meşələrlə örtül-
müş zonalarda, Aralıq dənizi, dağlıq zonada yaşayır. Region-
dan, iqlimdən asılı olaraq insanların qidalanma tərzi dəyişir. 
Məsələn, tropik iqlimdə yaşayan insanlara nisbətdə, soyuq iq-
limdə yaşayanlar daha çox enerji mənbəyi kimi yağlar və 
zülallar istehlak edirlər. Cənub-Şərqi Asiya ölkələrinin xalqları 
üçün düyü həyat mənbəyi hesab olunur. 
Beləliklə, insanın qidalanmasının xarakteri insanın yaşayış 
yerindən asılıdır. Müxtəlif coğrafi regionlardan idxal olunan 
qida məhsullarına çox diqqətlə yanaşılmalıdır. Çünki həmin 
məhsullarda bu və ya digər mikroelementlər, vitaminlər, tok-
siki maddələr ya heç olmur, ya da həddindən artıq olur. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə