8
üçün nəyin xeyirli, nəyin zərərli olduğunu özləri üçün müəyyən
etmişdilər. XIX əsrdən başlayaraq Avropada texniki inqilab baş
verir. Təbii ki, bu mədəniyyətin bütün sahələrində olduğu kimi,
qida sahəsinə də öz təsirini göstərməyə bilməzdi. Texnikanın
inkişafı, qida məhsullarının texniki yolla emal edilməsi təkcə
insanın və bütünlüklə cəmiyyətin tələblərinin təmin edilməsi
deyil, burada eyni zamanda insan mənəviyyatı, yaradıcılıq fəa-
liyyəti də əks olunur. Eyni zamanda mədəniyyət həmişə tarixlə
bağlıdır. İnsan
cəmiyyətinin mənəvi, intellektual və maddi
həyatının davamlılığını nəzərdə tutur. Mədəniyyət təkcə bilik
və davranış deyil, eyni zamanda hər bir insanın mənəvi bir
başlanğıcıdır. Aparılan tədqiqatlar göstərir ki, insan təkcə təbiətin
tərkib hissəsi olmamış, o həm də
mədəniyyət vasitəsilə özünü
formalaşdırmış və kamilləşdirmişdir. Ona görə də mədəniy-
yətdən söhbət gedəndə əlbəttə ki, qida mədəniyyəti də bura aid
edilir. Bu mənada qida xammalının növləri, onların emalı, ye-
məklərin hazırlanması qaydaları, masanın bəzədilməsi, onların
estetik qavranılması qidalanma mədəniyyətinə aid edilir. Hər
bir xalqın qida mədəniyyəti müxtəlifdir. Bu müxtəlifliyin, rən-
garəngliyin yaradıcısı kimi iqlimi, təbii resursları və s. göstər-
mək olar. Bunu eyni zamanda müxtəlif yeməklərin bişirilmə-
sində, onların milli üslubda servis edilməsində görmək olar. Bir
sıra
xalqlar var ki, onların milli mətbəxinə aid olan yeməklər
artıq demək olar ki, bütün dünya xalqlarının mətbəxinə daxil
olub. Slavyan xalqlarının
borş yeməyi, İtalyanların spaqetti və
pittsaları, yaponların suşi kimi balıq yeməkləri, Asiya xalqla-
rının düyü yeməklərini buna misal göstərmək olar. Tarixin bü-
tün inkişaf mərhələlərində qida mədəniyyətinə böyük əhəmiy-
yət verilirdi. Onun hazırlanması, hansı məişət qablarında bişi-
rilməsi, süfrəyə təqdim edərkən həzmə kömək edən qidalandı-
rıcılardan istifadə edilməsi, adi günlərdə və təntənəli günlərdə
necə qidalanmalı olduğu kimi vacib
məsələlər diqqət mərkə-
zində olurdu. Dünya elmi inkişaf etdikcə qidalanma mədəniy-
yəti ilə bağlı elmi nəzəriyyələr yaranmağa başladı. Bu elmi nə-
9
zəriyyələr bu gün də insanların sağlam, gümrah olması, xəstə-
liklərdən qorunması üçün çox önəmlidir.
Мədəniyyətin tərkib hissəsi olan məişət adətləri, ənənələr,
mərasimlər, ayinlər də xalqın milli mənəvi sərvəti, eyni zamanda
şüuraltı xəritəsi və yaddaşı hesab olunur, qədim insanların ilk tə-
fəkkürü kimi nəzərdən keçirilir. Təbii ki, onlar bizə bir çox xalq-
ların qidalanması ilə bağlı böyük informasiya mənbəyidir.
Dostları ilə paylaş: