Fənni üzrə SƏRBƏst iŞİ Tələbə: Quliyeva Aybəniz



Yüklə 154,68 Kb.
tarix17.12.2023
ölçüsü154,68 Kb.
#149957
tolerantlıq və mədəni relyativzm



AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ


SOSİAL İŞİN TƏŞKİLİ
fənni üzrə


SƏRBƏST İŞİ

Tələbə: Quliyeva Aybəniz
Şöbə: I əyani
İxtisas: Sosial iş
Qrup: II
Kurs: 2 9 sosial iş
Semestr: Payız-3
Müəllim: Vəsilə Kocaoğlu
Bakı-2022

Dünya ictimayyətinin son onilliklərdə etnik, etnomədəni məsələlərə artan diqqəti bir neçə amillə şərtlənir. Bu amillərdən biri dünyanın bir çox ölkələrində müxtəlif etnosların problemlərinin həllində yaranmış mürəkkəb vəziyyət olmuşdur. Gizlin deyil ki, elə bu gün də bir çox xalqların elementar hüquqları məhdudlaşdırılır və hətta onlar açıqcasına diskriminasiyaya məruz qalırlar. Belə bir şəraitdə, təsadufi deyil ki, dünya ölkələrinin bir çoxunun sosial-siyasi həyatında etnik amil rolunun kəskin artması müşahidə olunur. Bəzi ölkələrdə bu proseslər bölücü hərəkatların meydana çıxması, etnik milliyətçilik ideologiyasının güclənməsi ilə nəticələnmişdi. Sivilizasiyalar və mədəniyyətlərarası münasibətlər kontekstində insanlar, cəmiyyətlər arasında müəyyən problemlərin mövcudluğunu təsdiqləyən bir çox ölkələrin siyasi, intellektual elitaları və elmi dairələri eyni zamanda bu problemlərin həlli yollarının da axtarışındadırlar.


Antropologiya üzrə elmlər doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Əliağa Məmmədlinin fikrincə, XX əsrdə bir çox ölkələrdə etnik siyasətin əsası kimi götürülmüş etnomədəni assimilyasiya doktrinasına alternativ olaraq, özündə vətəndaşların fərdi hüquqlarını və etnik birliklərin öz mədəni identikliklərini tanıtma hüquqlarını birləşdirən multikulturalizm konsepsiyası meydana çıxmışdır. Onun nəzəriyyəçiləri C.Teylor, U.Kimliçka, B.Parekx və başqaları mədəni müxtəflik dialektikasına və identikliyə əsaslanırdılar. Multikulturalistlər israr edirdilər ki, “identiklik məkanından birgə istifadə etmənin alternativi yoxdur” və bundan çıxış edərək, siyasi millət çərçivəsində müxtəlif etnomədəni yönümlü qrupların və fərdlərin birgəyaşayışının mexanizmlərini təklif edirdilər. Onlar multikulturalizmi bu və ya digər kontekstə etno-mədəni müxtəlifliyi təzahür edən və fərdi, icma, bölgə, dövlət səviyyəsində bu müxtəlifliyi tənzimləyən ideyalar, qaydalar, qanunlar sistemi kimi qəbul edirlər. Bu sistemin (qabaqlar multikulturalizm adlanmasa da) təşəkkül tapma tarixçəsi, keçdiyi inkişaf mərhələlərinin təhlili multikulturalizm anlayışının dərk edilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Bir çox tədqiqatçıların fikrincə, nəzəri cəhətdən multikulturalizm XX əsrin 40-50-ci illərindən başlayaraq etnologiyada, mədəni və sosial antropologiyada geniş yayılmış mədəni relyativizm ideyalarına əsaslanır (Харрисон, 2014, c. 14). Mədəni relyativizmə əsasən heç bir mədəniyyət başqalarından nə pisdir, nə də yaxşı. Mədəni rеlyаtivizmin əsаs idеyаsı müхtəlif хаlqlаr tərəfindən yаrаdılmış mədəniyyətlərin оnlаrın inkişаf səviyyəsindən аsılı оlmаyаrаq bərаbər hüquqlu hеsаb еdilməsidən ibаrətdir. Bu ideyadan irəli gələrək, mədəni rеlyаtivizm tərəfdаrlаrı hesab edirlər ki, müхtəlif хаlqlаrın mədəniyyətləri müqаyisə еdilməzdir. Hər bir mədəniyyət yеrli şərаitə uyğunlаşmаq üsulu оlduğundаn, digərləri ilə еyni hüquqа mаlikdir.
Multikulturalizmə həsr olunmuş ədəbiyyatda, bir qayda olaraq, müasir siyasi və sosiomədəni vəziyyəti formalaşdıran iki əsas amil qeyd olunur. Birinci amil - 1960–1970-ci illərdə müxtəlif azlıqların (dini, etnik, mədəni və s.) və qadınların öz hüquqları naminə mübarizə də daxil olmaqla demoktarik hərəkat. Məsələn, bu mübarizə irqi (ABŞ-da qaradərililər) və gender asimmetriyasının, sosial bərabərsizliyin aradan qaldırılması naminə aparılırdı. İkinci, bəlkə də, daha da əhəmiyyətli, amil 1960–1970-ci illərdə güclənən miqrasiya axınları. Söhbət Qərb ölkələrinə Asiyanın, Şimali Afrikanın və Yaxın Şərqin kasıb ölkələrindən böyük sayda miqrantların gəlməsindən gedir. Qeyd edilməlidir ki, burada müxtəlif bölgələrdən olan miqrantların öz maddi və sosial durumunun yaxşılaşdırılması istəkləri inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının ucuz işçi qüvvəsinə tələbatı və bu ölkələrdə demoqrafik vəziyyətin yaxşılaşdırılması cəhdləri ilə üst-üstə düşüb. Bu proseslərin nəticəsində Qərb ölkələri əhalisinin ümumi tərkibində miqrantların payı bir neçə dəfə artmışdı. Belə bir şəraitdə Qərb dövlətləri elmi ədəbiyyatda mədəni plyuralizm (və ya mədəni müxtəliflik) adı alan vəziyyətə reaksiya vermək məcburiyyəti qarşısında qalır və bu reaksiya multikulturalizm siyasəti kimi tanınmağa başlayır.
Bəşər tarixində tolerantlıq problemi ilk dəfə olaraq Qərb sivilizasiyasında dini qarşıdurmalar zəminində yaranıb. Ümumiyyətlə, "tolerantlıq" termininin yaranması 1572-ci il avqustun 24-də baş vermiş qanlı Varfolomey gecəsindən sonra, protestant və katoliklərin öz inancları çərçivəsində ortaq bir yol tapmaları və bununla bağlı Nant fərmanının imzalanması ilə əlaqələndirilir. Fəlsəfi anlayış və prinsip kimi "tolerantlıq" Otuzillik müharibənin nəticələrinin dərk edilməsi kontekstində formalaşıb. Hakimiyyət uğrunda bir-biri ilə düşmənçilik edən xristian məzhəbləri öz ehkamlarını müdafiəetmə bəhanəsi ilə faktiki olaraq opponentlərinə qarşı inkvizisiya siyasəti yürüdüblər. Dini tolerantlıq Qərbin azad cəmiyyətdə nail olduğu bütün digər azadlıqların təməlini qoydu. Lakin tolerantlıq tarixində həlledici dövr XVII əsr İngiltərəsində Kromvell dövrü oldu. Buna səbəb həmin dövrdə İngiltərədə dini plüralizm və tolerantlıq mühitinin yaranması, vətəndaş sülhü, şəfqət və etimadın əldə edilməsi idi.
VIII əsrin maarifçilik dövründə tolerantlıq ideyasının ən görkəmli nümayəndələrindən sayılan maarifçi-filosof F.Volter deyirdi: "Mən sizin dediyinizlə razı deyiləm, lakin sizin öz mövqeyinizi bildirmək hüququnuzu qorumaq üçün həyatımdan keçərəm". Bu fikir tolerantlığın klassik nəzəriyyəsinin bazası da sayıla bilər. Lakin "tolerantlıq" anlayışı özünün ilk nəzəri ifadəsini C.Lokkun əsərində alıb. XVII əsrin sonunda, 1685-ci ildə britaniyalı filosof C.Lokk "Tolerantlıq haqqında məktublar" adlı məşhur traktatını yazıb. Həmin əsərdə tolerantlığın fəlsəfi kateqoriya kimi mövcudluğu əksini tapmış, dini dözümsüzlük problemi ilk dəfə olaraq geniş sahədə işləklik qazanıb. C.Lokk öz əsərlərində liberal Qərb sivilizasiyasının xüsusiyyətlərini üç sözlə ifadə edib: "azadlıq", "qanun" və "idrak". Tolerantlıq prinsipi ilə qarşılıqlı əlaqədə azad idrak yaranır: düşüncə azadlığı, vicdan azadlığı, dini etiqad azadlığı, başqasının əqidəsinə tolerant münasibət və s. baxışlar olmadan idrakın mövcud olması mümkün deyil. C.Lokk məhz bu formada azadlıq fəlsəfəsini müəyyən edən nəticəyə gəlib: "fikir, söz, dini etiqad azadlıqları bütün müxtəlif sahələrdə azadlığın rəhnidir".
Tolerantlıq islam sivilizasiyasının da əsas humanist prinsiplərindən biridir. İslam insanların bir-biri ilə qarşılıqlı ünsiyyət, digər dinlərin nümayəndələri ilə ortaq insani münasibət quran dindir. Tolerantlıq nəzəriyyəsini qeyd-şərtsiz ədalət prinsipi üzərində quran islam dininə görə, hər bir müsəlman çalışmalıdır ki, insanlar arasında münasibətlər yüksək səviyyədə olsun. Quranda deyilir: "O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər" ("Ali İmran" surəsi, 3/134). Beləliklə, islam müsəlmanlara ədalət, mərdlik, dözüm, mərhəmət, bağışlama və yaxşılıq etmək kimi prinsipial dəyərlər aşılayır və bu prinsiplərə əməl edən şəxsiyyəti formalaşdırır.
Qeyd etmək lazımdır ki, islamda etnoslararası münasibətlərə dair müsəlmanlara yönəlmiş ayələr də mövcuddur. Bu ayələr ədalətin, mərhəmətin, şəfqətin və səbrin təzahürlərinin yalnız müsəlman icması ilə məhdudlaşdırılmamasını, bu keyfiyyətləri istisnasız olaraq hamıya, canlılara və bitkilərə də aid etməyi vurğulayır.
Tolerantlıq fəlsəfədə və sufilikdə aparıcı anlayışlardan biri olub. Misal üçün, orta əsrlərdə yaşamış görkəmli alim və mütəfəkkir Əbu Peyhan Biruni öz yazılarında "torpaq - onların torpağıdır, insanlar yalnız onların mənsub olduqları xalqın nümayəndələridirlər, onların hökmdarları yalnız öz rəhbərləridirlər, din yalnız onların etiqadlarıdır, elm yalnız onlarda olandır" şəklində dözümsüzlüyün istənilən formasını məzəmmət edib.
"Tolerantlıq" anlayışının ümumi məzmunu müxtəlif dillərdə xalqların tarixi təcrübəsindən irəli qələrək fərqli məna çalarlarına malikdir. İngilis dilində tolerantlıq "hazırlıq və bir şeyi və ya şəxsiyyəti etiraz etmədən qəbul etmək", fransız dilində "başqasının azadlığına, onun düşüncə tərzinə, davranışına, siyasi və dini baxışlarına hörmətlə yanaşmaq", ərəb dilində "bağışlama, yumşaqlıq, dözüm, mərhəmət, xeyirxahlıq. Azərbaycan dilində isə tolerantlıq "dözümlülük, müxtəlif konfessiyalar, siyasi, etnik və digər sosial qruplar arasında dayanıqlı ahəngdarlığın olması və birgəyaşayış" mənasını daşıyır. Qeyd edək ki, bu anlayışlar 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü fəslinin 48-ci maddəsində ("Vicdan azadlığı") aşağıdakı şəkildə öz əksini tapıb: "Hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz". BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli "İnsan hüquqları haqqında" Ümumi Bəyannamə"sində bəşəriyyətin bütün üzvlərinə məxsus olan ləyaqətin etirafı və hər kəsin bərabər, ayrılmaz hüquqları - azadlıq, ədalət və s. ümumi dünyanın əsasını təşkil edir, xalqlar arasında dostluq münasibətlərinin inkişafına kömək etməyin vacibliyi qeyd olunur.
Tolerantlıq prinsipləri əsas hüquq və azadlıqlar kimi qanunvericilik aktlarında, beynəlxalq bəyannamələrdə təsbit edilir. Bunlardan BMT Baş Assambleyasının qeyd etdiyimiz Ümumi Bəyannaməsini,16 dekabr 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında" və 16 dekabr 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" beynəlxalq paktlarını nümunə göstərmək mümkündür.
Etnik, irqi, dini ayrı-seçkiliyə yol verməmək məsələləri isə BMT Baş Assambleyasının 1965-ci il 21 dekabr tarixli "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyasında, 1948-ci il 9 dekabr tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasında, 1992-ci il 18 dekabr tarixli "Milli və ya etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında" Bəyannaməsində təsbit olunur.
"İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyada qeyd olunur ki, "irqi ayrı seçkiliyə əsaslanan hər bir nəzəriyyə elmi baxımdan əsassızdır, mənəvi baxımd n çirkindir, sosial baxımdan ədalətsiz və təhlükəlidir və harada olursa-olsun nə nəzəriyyədə, nə də təcrübədə irqi ayrı-seçkilik üçün bəraət qazanıla bilməz".
Azərbaycan da beynəlxalq prinsiplərə istinad edərək öz milli adətlərinə uyğun şəkildə sosial tolerantlıq siyasətini həyata keçirir. Burada "tolerantlıq" termini çoxəsrlik tarixə malik dinlərarası və millətlərarası birgəyaşayış təcrübəsinə əsaslanır.
Əsrlər boyu müxtəlif xalqların, millətlərin, dinlərin, mövcud olduğu, mədəniyyətlərin birləşdiyi bir ölkə olmasına baxmayaraq Azərbaycanda heç bir zaman dini zəmində qarşıdurmaya, qarşılıqlı nifrətə yer verilməyib. Bu amillər Azərbaycanın müasir həyatında da öz əksini tapır. Azərbaycan Qərb və Şərq, Qərb və İslam dünyası arasında bir körpü rolunu oynayaraq, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa böyük əhəmiyyət verir.
Azərbaycan Respublikasının ərazisində islam, xristianlıq və iudaizm kimi ənənəvi dinlər mövcuddur.
VII əsrin əvvəllərində Ərəbistan yarımadasında yaranmış islam dini, tezliklə dünyanın böyük bir hissəsinə yayılmışdı. Azərbaycanın islamlaşması erkən islam fütuhatları ilə başlamışdır. Bu tarix hicrətin 18-ci ilinə aiddir. Burada islam cərəyanları şiə-imamlar, sünni - hənəfi və şafilər kimi təmsil olunub. Ölkədə 1800-ə yaxın məscid, o cümlədən "Təzəpir", "Bibiheybət", "Ağdam", "Əjdərbəy", "Buzovna","İmam Hüseyn", "Maştağa" və s. mövcuddur. Ən məşhur məscid isə dünyanın ən qədim məscidlərindən biri hesab edilən və 1270 yaşı olan Şamaxı Cümə məscididir. Müsəlmanlar ölkə əhalisinin 96%-ni təşkil edirlər.
Tarixçilər yəhudilərin Azərbay
canda yaşamasının təxminən iki min il yaşı olduğunu qeyd edirlər. Azərbaycanda məskunlaşmış yəhudilərə qarşı nə tarixən, nə də müasir dövrdə heç bir düşmən münasibəti faktı aşkarlanmayıb. Bu da yerli əhalinin tarixi ənənəyə əsaslanan etnik konfessiyalara dözümlülük səbəbindən irəli qəlir. Buna sübut kimi Quba rayonunda yerləşən məşhur "Qırmızı qəsəbə"də 1920-ci ildə 11 sinaqoqun olması faktıdır. Burada indiyədək təxminən 4 000 dağ yəhudisi yaşayır. Bu qəsəbə bütün postsovet məkanında yəhudilərin kompakt şəkildə yaşadığı yeganə yerdir.
Bu gün Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, əşkinazi (avropalı) yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Dini icmaların verdiyi məlumata görə, bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-ni dağ yəhudiləridir ki, təxminən 6.000-ni Bakıda, 4.000-ni Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudilərinin sayı isə təxminən 700 nəfərdir. Hazırda Azərbaycanda 5 sinaqoq fəaliyyət göstərir (o cümlədən Bakıda 3, Quba və Oğuzda hər birində 1).
Xristianlığa gəldikdə isə demək olar ki, Azərbaycanda xristianlıq təxminən 1700 il bundan əvvəl yaranmışdır. 313-cü ildə Urnayr çarın başçılığı ilə alban xalqının xristianlığı qəbul etmələri nəticəsində bu din Qafqaz Albaniyasında dövlət dini olmuşdur. Sonralar ölkə əhalisinin əksəriyyətinin islam dinini qəbul etməsinə baxmayaraq, Azərbaycanda müxtəlif konfessiyaların sülh içində yaşamaq ənənəsi davamlı xarakter almışdır.
SSRİ-nin süqutundan sonra rusdilli əhalinin ölkədən köçməsi ilə Azərbaycanda pravoslav xristianların sayı azalıb. Lakin xristianlığın bu istiqamətinə etiqad edən əhalinin sayı 2.5%, yəni 200 min nəfərdir. Onlar müxtəlif millətlərin - rusların, ukraynalıların, belarusların, yunanların və s. nümayəndələridirlər. Qeyd edək ki, indiki dövrdə mövcud olan və fəaliyyətlərini 28 dekabr 1998-ci il tarixində bərpa etmiş rus pravoslav məbədləri, ölkənin Bakı-Xəzəryanı yeparxiyasında birləşdirilib. Azərbaycan ərazisində mövcud olan məbədlər bunlardır: Bakı şəhərində Müqəddəs Məryəm Ananın Miladı kilsəsi, Müqəddəs Pravoslav kilsəsi, Mixail Arxangel məbədi, Gəncədə Aleksandr Nevski məbədi, Xaçmazda Nikolski" məbədi.
Müqəddəs Rus Pravoslav kilsəsindən başqa ölkədə Gürcü Pravoslav kilsəsinin yurisdiksiyasına aid olan gürcü-ingiloyların məskunlaşdığı Qax rayonunun Qax-İngiloy kəndində "Müqəddəs Georgi" kilsəsi, həmçinin qədim imanlara etiqad edən 11 molokan icması fəaliyyət göstərir. Azərbaycanda dünya dinləri arasında katoliklik XIX əsrin ikinci yarısında, Bakıda ilk neft bumundan sonra yaranıb. XX əsrin əvvəlində şəhərin mərkəzində katolik icması yaradılıb və memarlıq baxımından maraqlı olan kilsə inşa edilib. 1990-cı illərin ortalarında ikinci neft bumunun baş verməsi, xüsusilə də 2002-ci ildə Azərbaycana Roma Papası II İohan Pavelin səfəri ilə 1999-cu ildə Bakıda qeydə alınan icma canlandı. Bu, 70 illik ateist rejimi ərzində azərbaycanlı katoliklərin ilk icması oldu. Dövlət həmin icmaya kilsə tikmək üçün icazə vermiş, bu məqsədlə torpaq ayırmış və nəticədə 2007-ci ildə Bakıda "Müqəddəs Məryəm kilsəsi istifadəyə verilmişdi.
Azərbaycan dövləti tolerantlığın inkişafı siyasətini ölkəmizin hüdudlarından kənarda da davam etdirir. Əsasən də bu işləri xarici ölkələrdə fəaliyyət göstərən diaspor və dünyaya yayılan tələbə gənclərin yaratdığı qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirir. Ən mühüm təşkilatlardan biri kimi Rusiyada fəal işləyən AMOR, həmçinin, UNESCO, DHƏF və digər beynəlxalq humanitar təşkilatlarda da Azərbaycan öz ərazisində yaşayan digər xalqların irsinin qorunub saxlanılması məsələlərinin müzakirəsində fəal iştirak edir.
Qeyd edək ki, mehriban qonşuluq, tolerantlıq və dini dözümlülük sahəsində beynəlxalq təcrübə mübadiləsi naminə 2010-cu ilin aprel ayında Bakıda Ermənistan belə daxil olmaqla dünyanın 35 ölkəsindən təxminən 150 dini liderlərin toplaşdıqları dinlərarası sammit keçirilmişdir. Sammitdə bütün ermənilərin katolikosu II Qaregin də iştirak etmişdir. Erməni tərəfi Qərbə və Rusiyaya Azərbaycandan "islam təhlükəsi"nin gəldiyini təlqin etməyə, dəfələrlə din amilindən istifadə etməyə cəhd etsə də, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi heç bir zaman dini çalara sahib olmayıb. Samitin gedişatı və qəbul edilmiş qərarlar bir daha sübut etdi ki, Azərbaycanda dünyanın müxtəlif ölkələri ilə tarixən formalaşmış mədəni-mənəvi əlaqələrin yalnız qorunub saxlanmasına deyil, həm də bu əlaqələrin yeni keyfiyyət müstəvisində inkişafına nail olunub. Eyni zamanda, tolerantlıq siyasətinin həyata keçirilməsində əsas məqsəd ölkənin gənc nəsli ilə işdir. Hal-hazırda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" adlı Dövlət Proqramının bu məsələ ilə bağlı müxtəlif bəndləri üzrə işlər icra olunur.
Azərbaycanın tolerantlığın inkişafı sahəsində əldə etdiyi təcrübə bir sıra dünya ölkələrinin də marağına səbəb olub. Məsələn, 2007-ci ildə Küveyt və Belarus Azərbaycan nümayəndə heyətini dinlərarası dialoq mövsuzunda keçirdikləri tədbirlərə dəvət etmişdilər. Dəvətin məqsədi dünya konfessiyalarının birlikdə dinc yaşamaq təcrübəsini bölüşmək idi.
Tolerantlıq - çoxqütblü cəmiyyətin təzahürüdür. Elə bir cəmiyyətin ki, bu gün eyni zamanda həm çoxmillətli, həm də çoxdinlidir. "Tolerantlıq" anlayışı hər hansı bir vəziyyətə dözmək və yaxud boyun əymək deyil,düşüncəsi, dəyərləri, yaşam tərzi, dini baxışları fərqli olan digər şəxsə hörmətlə yanaşmaq və onu qəbul etməkdir. Eyni zamanda, tolerantlıq cəmiyyətin bütün üzvlərini qoruyan bir alət kimi mövcuddur, insanların dini inancları və sosial-siyasi baxışlarından asılı olmayaraq onların sərbəst inkişafına imkan yaradan amildir.
Qeyd etmək lazımdır ki, dünyada dözümsüzlük faktlarının sayının artmasına baxmayaraq Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda mədəni və dini müxtəlifliyin unikal tarixi harmoniyası formalaşıb. 
Azərbaycanın dini və mədəni tolerantlığı dövlət siyasətinin mühüm elementinə çevrilmişdir. Bu gün Azərbaycan dünyaya dini tolerantlığı, multikulturalizmin inkişaf modelini, millətlərarası münasibətlərin bariz örnəyini nümayiş etdirir və dinlərarası dialoqu aktivləşdirir. Çünki hər hansı bir dözümsüzlüyün qarşısını ala bilmək üçün insanları yalnız dialoq yolu ilə bir araya gətirmək olar. Azərbaycan dövləti son illər konstruktiv mədəniyyətlərarası və dinlərarası dialoq və əməkdaşlıqlara əhəmiyyət verərək həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə səylər göstərir. Beləliklə, Azərbaycan Respublikasının yenidən müstəqilliyə qovuşmasının çox qısa tarixi olsa da, bu dövrdə əldə etdiyi mühüm nailiyyətlərlə özündə müxtəlif dini mədəniyyətləri birləşdirərək dünyada tolerantlıq məkanı kimi tanınır.
Müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli Lider Heydər Əliyevin vətənimiz və xalqımız qarşısında tarixi rolu və xidmətləri misilsizdir, təkrarolunmazdır. Ulu Öndər bütün ömrünü canından əziz sevdiyi Azərbaycanın inkişafına, tərəqqisinə, zəngin və qüdrətli ölkəyə çevrilməsi, doğma xalqının xoşbəxtliyi və firavanlığı uğrunda mübarizəyə həsr etmişdir.
Heydər Əliyev iki bir-birinə zidd ictimai-iqtisadi formasiyada - sosializm və bazar iqtisadiyyatı zamanında, iki bir-birinə antaqonist məkanda - SSRİ kimi nəhəng imperiyanın tərkib hissəsi olan Sovet Azərbaycanında və müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında rəhbər kimi uğurlar qazanmış, bütün daxili və xarici basqıları dəf edərək dünyanın qəbul etdiyi dövlət xadiminə və milli liderə çevrilə bilmişdir.
Azərbaycan xalqı isə öz liderinə həmişə dəstək vermiş, hər zaman öz lideri ilə birlikdə olmuşdur. Çünki xalq əmin-amanlıq və ədalət istəyirdi, Heydər Əliyevin də bir rəhbər kimi əsas fəaliyyət istiqaməti bu idi. Xalq yaxşı yaşamaq üçün imkan, yaxşı işləmək üçün şərait axtarırdı.
Heydər Əliyev də öz xalqının xoşbəxtliyi üçün çalışırdı. Xalq gerilikdən, ətalətdən, bürokratiyadan, rüşvətxorluqdan canını qurtarmaq istəyirdi. Heydər Əliyev də ədalətin təntənəsi, millətin və ölkənin yüksəlməsi naminə çalışırdı. "Qoy ədalət zəfər çalsın!" şüarı məhz Heydər Əliyev tərəfindən irəli sürülmüş və xalq tərəfindən birmənalı olaraq dəstəklənmişdi. 
1969-cu ildə Azərbaycana rəhbər seçilən və 1982-ci ilə kimi -13 il bu vəzifədə çalışan Heydər Əliyev respublikanı SSRİ məkanında 1920-ci ildən bu yana nail olmadığı ən yüksək mərtəbəyə qaldırdı. SSRİ-nin aqrar xammal bazası olan, kasıb, mədəniyyəti və elmi tənəzzül edən, bütün göstəricilərinə görə geridə qalan Azərbaycanı inkişaf etmiş sənaye mərkəzinə, müasir texnologiyanı tətbiq edərək yüksək göstəricilər əldə edən aqrosənaye kompleksinə malik kənd təsərrüfatı respublikasına, yüksək mədəniyyəti və biliyi ilə seçilən tanınmış ziyalıları olan xalqın yaşadığı diyara çevirdi.
Tolerantlıq — dini dözümlülük. Yəni digər inanc və əqidələrə dözümlü yanaşma. Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlıdır. Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün həm də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi xarakterikdir.
Tarixi
Dözümlülük ideyası heç də yeni deyildir, belə ki, bu haqda ilk fikirlər XVI- XVII əsrlərdə Avropada peyda olmuşdur. Bu zaman dözümlülük yalnız din və vicdan ilə bağlı olmuşdur. 1648– ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəddir. Ancaq Vestfal sülhünün ardınca gələn 30 illik müharibə və bu müharibə zamanı göstərilən dini dözümsüzlük həmin dövr üçün dözümlülüyün yetişmədiyini sübut etdi. Dözümlülük haqqında tam dolğun fikirlər yalnız II minilliyin sonunda formalaşmağa başladı.
Dözümlülük konsepsiyası
Müxtəlif qaynaqlarda tolerantlığın bəzi əsas izahları diskussiya üçün yaxşı başlanğıc nöqtə sayıla bilər. Məsələn, Etnik Ensiklopediyada Susan Mendus göstərmişdir ki, "Dözümlülük beynəlxalq səviyyədə bir şəxsin xoşlamadığı və ya əxlaqi cəhətdən yanlış saydığı hərəkətə icazə verməsi və ya bu hərəkətin qarşısını almamağıdır", buna əlavə olaraq o qeyd edir ki, "Dözümlülük tolerant şəxsin müdaxilə etmə gücü olmasını, yalnız onun bu gücdən istifadə etməkdən imtinasını tələb edir" (4,1251)
Digər bir qaynaqda, Fəlsəfə Ensiklopediyasında Maurise Kranston qeyd edir ki: "Dözümlülük xoşlanılmayan və ya bəyənilməyən hər hansı bir şeyin mövcudluğunda təmkinlik göstərmə siyasətidir".
İlk fikirdə dözümlülüyün aspektlərinin insanın xoşlamadığı şeylərdən əxlaqi inanclara qədər geniş olması göstərilir. Burada həmçinin dözümlülüyün beynəlxalq aspektdə olması da qeyd edilir və vurğulanır ki, bir kəsə və ya bir qrupa dözmə müəyyən bir istiqamətdə seçilmiş rəftar olmalıdır.
İkinci fikirdə isə dözümlülüyün yalnız insanın davranış siyasəti ilə bağlı olduğu və dözümlülüyün beynəlxalq hərəkətdən çox insanın bu gün, sabah və gələcəkdə müəyyən qaydada davranışı olduğu vurğulanır. Hər iki fikir açıq-aydın göstərir ki, dözümlülük heç də xoşbəxt dövlət demək deyildir. Dözümlülük baş verən hadisələrə məmnun olmamaq və eyni zamanda bəyənilməyən hərəkətin qarşısını almaq üçün heçnə etməməkdir. Dözümlülük doğru və yanlış, günahkar və ya günahsız, pis və yaxşı kimi üç hissəli etik konsepsiyadan fərqlənir. Burada bir tərəfdə dözümsüzlük digər tərəfdə isə başqalarının inancını qəbul etmə dayanır. Tolerantlığı başa düşməkdən ötrü tərəddüd edən digər tərəfin konsepsiyasını anlamaq çox vacibdir. Ümumilikdə götürdükdə dözümsüzlük əsasən başqasına qarşı mənfi münasibətdə olmaq və bu münasibətə qarşı hər hansı bir hərəkət etməməkdir.

Məşhur siyasi xadim Mahatma Qandinin qeyd etdiyi kimi, "Günümüzün ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür". Həqiqətən də dinlər arasında dialoqun yaradılması, qarşılıqlı hörmət göstərilməsi müasir cəmiyyətdə demokratik stabilliyin yaradılması üçün çox vacibdir.

Xalqların tolerantlığa münasibəti
Hər bir xalqın dözümlülük haqqında müxtəlif düşüncələri vardır. Məsələn, Amerikalılar dözümlülüyü öz konstitusiyalarının ayrılmaz hissəsi hesab etdiyi halda Britaniyalılar dözümlülüyü milli xarakterlərinin ayrılmaz hissəsi hesab edirlər.

Dözümlülük hər bir ölkənin vətəndaşları tərəfindən yüksək qiymətləndirilir, lakin çox zaman dözümlülük tam dərk edilmir bununda əsas səbəbi qeyri-sabit və müvəffəqiyyətsiz azadlıq təcrübəsidir. Təcrübə elə bir təsis edilmiş nümunədir ki, o, özündə formal və qeyri-formal qaydaları, davranış tərzini, qarşılıqlı münasibəti ehtiva edir. Dözümlülüyün formal qaydaları hüquqi və konstitusional, qeyri-formal qaydaları isə sosial normalardır. Bütün bunlar göstərir ki, dözümlü davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi əsas nailliyyətdir və dözümlülük münasibəti də onun açarıdır. Dözümlülük münasibətinin möhkəm qurulmadığı cəmiyyətdə əsasən dözümsüzlük davranışı yararanacaqdır ki, onların ünsiyyəti də, mədəniyyəti də dözümsüzlük davranışlarına məcbur edəcəkdir və beləliklə də bütün təcrübə bu davranışlar nəticəsində puç olacaqdır.


İnsan hüquqlarına dair bəyannamə
Tolerantlıq fikirlərinin yaranmasının əsasını 1948-ci il İnsan Hüqularına dair Ümumi Bəyannamənin qəbulu təşkil etdi. Bu bəyannamədə göstərilirdi ki, "insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir", "insan hüquqlarına qarşı etinasızlıq və nifrət insanın vicdanını hiddətləndirən vəhşi aktlara gətirib çıxarır". İnsan hüquqlarına dair bəyannamənin qəbul edilməsindən sonra dözümlülük barəsində bir çox aktlar və bəyannamələr qəbul edilmişdir. 1993-cü il 8-9 oktyabr tarixində Vyanada keçirilmiş Avropa Şurasının üzv Dövlətlərinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında irqçiliyin yüksəlişi, xaricilərə qarşı qərəzli münasibət və antisemitizm, dözümsüzlük mühitinin inkişafı, əsasən, mühacirlərə və mühacir mənşəli insanlara qarşı zorakılıq aktlarının artması, aqressiv millətçilik və etnomərkəzçilik formasında xaricilərə qarşı yeni qərəzli münasibətin inkişafı ilə bağlı həyəcan təbili səslənmiş və bunun nəticəsi olaraq irqçilik, xaricilərə qarşı qərəzli münasibət, antisemitizm və dözümsüzlüyə qarşı mübarizə üçün Fəaliyyət Planı qəbul olunmuşdur. Bu Fəaliyyət Planı cəmiyyətin səfərbərliyi və belə halların mübarizəsinə yönəlmiş təminat və siyasətlərin təkmilləşdirilməsi və səmərəli icrası üçün lazım olan geniş sayda görüləcək tədbirləri özündə əks etdirirdi.
Yüklə 154,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə