Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə7/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   113
 
Ayinlər 
- dini sifarişlərin icrası ilə bağlı və ya gündəlik 
məişətlə əlaqəli olan adətlər məcmusudur. Ayinlər simvolik 
mənaya xas olan sosial münasibətlərin bir ifadəsidir. Etimaloji 
nöqteyi-nəzərindən ayinlər əsasən, nəyinsə qaydaya salınması-
dır. Ayin və ritual anlayışları oxşardır. Hətta onlar sinonim he-
sab edilirlər. Ayinlər doğum günü ilə bağlı (məs: ad günü), ni-
gaha girməklə (toy), ölüm (dəfn mərasimi) və s. ailəvi hesab 
edilir. Lakin bununla yanaşı eyni zamanda kənd təsərrüfatı və 
ya təqvimlə bağlı ayinlər də mövcuddur. Bu simvolik mərasim-
lər müəyyən ciddi qaydalar əsasında keçirilir. 
Ritual 
- ayinin növüdür, tarixən yaranmış davranış forma-
sıdır. Ritual təkcə simvolik xarakter daşıyan davranışlar deyil, 
eyni zamanda özündə heç bir praktiki məna kəsb etməyən ayin 
növüdür. Vaxtilə uzaq keçmişdə yeməklə bağlı reqlamentləşdi-
rilmiş ciddi ritual mövcud idi. Məsələn, Böyük Karlın dövrün-
də (742-814) imperator birinci masaya otururdu və ona krallar 
və vassallar xidmət göstərirdi. Krallar yeməyə oturanda isə on-
lara hersoqlar və şahzadələr qulluq edirdi. Hersoqlara və şahza-
dələrə isə yeməyi markizlər verirdi. Markizlərə isə qraflar, qraf-
lara baronlar, baronlara isə sadə cəngavərlər. Bəzi praktiki olaraq 
məqsədəuyğun rituallar da var. Məsələn, gənc qız və oğlanların 
16 yaşının qeyd edilməsi. Bu zaman şəxsiyyət vəsiqəsi, vətəndaş-
lıqla bağlı digər vəsiqələr, inaqurasiya – hakimiyyətə gəlmək və s. 
sənədlər verilir. Məlumdur ki, adətlərə bir qayda olaraq bütün 
rituallar deyil, ənənələr aid edilir. Protokolda qeyd olunan 
rituallardan bəziləri yalnız xüsusi hallarda təkrar edilə bilər. 
Mərasim 
- bu və ya digər ayinin, təntənəli, dövlət tərəfin-
dən müəyyən edilmiş qaydada keçirilməsidir. Dünyanın bir çox 
ölkələrində mərasimlə bağlı müxtəlif fikirlər var. Bəziləri 
təntənəli bayramlarla bağlı, digəri müqqədəs ayinlərlə bağlıdır. 


13 
Onlar bizim gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevril-
mişdir. Mərasim simvolik xarakter daşıyır, tədbirləri xüsusi ar-
dıcıllıqla edir. Mərasim ilk növbədə insanların müəyyən bir 
qrup və hətta bütün cəmiyyət üçün tədbirlərin xüsusi dəyərini 
əks etdirir. Nəticədə bu və ya digər hadisəylə bağlı keçirilən 
mərasim insanlara bu hadisənin əzəmətini göstərir. Mərasimlər 
öz xarakterinə görə fərqlənir. Məsələn, qədimdə tacqoyma mə-
rasimi daha geniş yayılmışdır. Nikah mərasimi, dini mərasimlər, 
diplomların təntənəli təqdimatı, restoran və ya hər hansı yeni 
binanın açılışı ilə bağlı qırmızı lentin kəsilməsi bir ritual hesab 
edilir. Mədəni əlaqələrin genişlənməsi, diplomatik münasibət-
lərin qurulması etiket məsələlərinə diqqəti kəskin şəkildə artırdı. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə