Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə5/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   113
 
MƏİŞƏT
Məişət
- bizim vərdişimiz, bizi əhatə edən əşyalar dün-
yasıdır. Məişət hər bir xalqın maddi mədəniyyətinin tərkib 
hissəsidir. Məişət təkcə əşya dünyası deyil, eyni zamanda gün-
dəlik ayinlər, rituallar, davranışdır. Bunlar həm də insanların 
həyat tərzini, fəaliyyətini, əməyin xarakterini, qida qəbulunu 
müəyyənləşdirir. Qədim dövrlərdə qəbilə və tayfalarda ictimai 
münasibətləri tənzimləyən tabu qadağalar mədəniyyəti mövcud 
idi. Tabu qadağalar mədəniyyəti ibtidai dövr mədəniyyətinin 
xüsusiyyətlərindəndir. Bu mədəniyyət ibtidai dövrdə yeməyin 
xarakterini müəyyən edərək, onun kimə məxsus olmasını 
(uşaqlara, qadınlara, rəhbərə) tənzimləyirdi. Bu isə onu deməyə 
imkan verir ki, qidalanmayla bağlı məsələlər qədim dövrdən 
insanların məişətində, həyat tərzində ən əhəmiyyətli yer tutur-
du. Hər bir xalqın məişəti, adətləri, ənənələri, onların yaşam 
tərzi, qida qəbulu bizə xalqların milli keyfiyyətlərini öyrənmə-
yə imkan verir. Məhz bu məişətlə əlaqədar olaraq, adətlərdən, 
əməyin xarakterindən asılı olaraq biz asiyalını, avropalını və 
digər millətləri öyrənə bilirik. 
ADƏT VƏ ƏNƏNƏLƏR 
Adətlər - 
keçmişdə yaranaraq bir nəsildən digər nəslə ötürü-
lərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Adətlərdə hər bir xal-
qın keçmişi, tarixi, psixologiyası, milli-mənəvi dəyərləri öz əksini 
tapır. Adətlər bizim üçün keçmişlə bağlı böyük bir informasiya 
mənbəyidir. Burada insanların baxışlarını, zövqünü, həyat tərzini, 
əxlaqını, düşüncə tərzini, yaradıcılıq qabiliyyətini və. s görmək olar. 


10 
Ənənə - 
özünəməxsus xalq yaddaşıdır. Hər bir xalqın qida 
mədəniyyəti onun ənənələri ilə birbaşa bağlıdır. Bu ənənələr 
min illər boyu yaranmışdır. Bu gün kulinariya təkcə qida səna-
yesində çalışan mütəxəssislərin maraq obyekti deyil, eyni za-
manda tarixçilərin, etnoqrafların, sosioloqların və həkimlərin, 
arxeoloqların da tədqiqat obyektinə çevrilib. Bu mütəxəssislə-
rin əməyi nəticəsində keçmişdə bizim əjdadlarımızın necə ya- 
hansı ocaqda bişirməsi, bu zaman hansı qablardan istifadə 
etməsi haqqında məlumat alırıq. Hal-hazırda bütün dünyada ən 
qlobal məsələ qida təhlükəsizliyi məsələsidir. Bu səbəbdən 
insanların sağlamlığını qorumaq üçün mətbəx sənətinə xüsusi 
baxışlar, maraqlar meydana gəlib. Bununla əlaqədar olaraq in-
sanların yeməyin hazırlanması ilə bağlı onun tarixinə, nəzəriy-
yəsinə, təcrübəsinə maraq daha da artıb. 
Ənənə
 - 
bir cəmiyyət və qrup içərisində müəyyən keçmişə 
sahib olan, nəsildən-nəslə ötürülərək vərdiş, məlumat, davranış 
və inanc toplusudur. Ənənələr insan varlığını idarə etmək və 
onun davranışını tənzimləmək yollarından biridir. Bizim bütün 
həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Bu 
həmin adət-ənənələrdir ki, uşaqlıqdan bəri onu özümüz üçün 
aydınlaşdırmağa çalışırıq. Təbii ki, bu mənada hər bir ölkənin, 
hər bir xalqın ənənələrindən nümunə göstərmək olar. Ənənə 
məişətin idarə edilməsi və tənzimlənməsi yollarından biridir. 
Ənənə eyni hərəkətin və ya fəaliyyətin təkrarlanmasıdır. Adət 
və ənənənin nə olduğunu başa düşmək üçün onun əsas xüsu-
siyyətlərinə nəzər salmaq lazımdır: 
- mənəvi-əxlaqi dəyərlərdən fərqli olaraq, adət-ənənə 
ictimai şüurda avtomatik olaraq daha dərin kök salır; 
- kortəbii şəkildə ortaya çıxır; 
- çoxsaylı təkrarlanmalar nəticəsində inkişaf edir; 
- münasibətlərin konkret modelini təqdim edir; 
- cəmiyyətin vərdişləri və rəyi ilə təmin olunur
- geniş təsir dairəsinə malikdir (əraziyə görə). 


11 
Çox zaman adət-ənənələr başqa sosial qaydaların bir for-
ması kimi çıxış edir. Məsələn, mənəvi-əxlaqi normalar, siyasi, 
hüquqi, gigiyenik və s. Sosial normalar bir ənənə halına gəlir 
və fərdi mexanizmini itirir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə