Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


MÖVZU 3. QİDALANMA MƏDƏNİYYƏTİNİN TARİXİ



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə15/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   113
 
MÖVZU 3. QİDALANMA MƏDƏNİYYƏTİNİN TARİXİ 
VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ 
 
“ Sənin doğumundan əvvəl nə baş verdiyini
 
bilməmək həmi-
şə uşaq olmaq deməkdir.
 
Əslində qədim hadisələrin yaddaşı, onu 
əcdadlarımızın
 
həyatı ilə əlaqələndirməsə insan həyatı nədir ki?” 
 
Mark Tulli Siseron. 
Tarixi inkişaf dövründə qida vərdişləri və yemək bişirmə 
üsullarının necə dəyişdiyini nəzərdən keçirək. 
 
Yemək tarixinin başlanğıcı (qədim dünya) 
Bildiyimiz kimi yemək insanın əsas ehtiyacı, onun möv-
cudluğunun, həyat fəaliyyətinin əsas şərtidir. Onun əsası təbiət 
tərəfindən qoyulmuşdur. Qidalanma nəinki sağlamlığa, onun 
davamlı olmasına, həm də insanın keyfiyyətli həyatına, iş qabi-
liyyətinə, fiziki və əqli inkişafına, rifah və əhval-ruhiyyəsinə 
təsir edir. Məhz insan orqanizminin həyat fəaliyyəti qəbul edi-
lən qidalardakı maddələrin, vitaminlərin, mikroelementlərin 
çox olması ilə bağlıdır.


33 
Dünya tarixi bizim dövrümüzə qədər əcdadlarımızın nə ilə 
qidalanması ilə bağlı bir çox sübutları qoruyub saxlamışdır. 
İbtidai dövr həmişə insanlar üçün maraqlı olub. İnsanları hə-
mişə belə bir sual maraqlandırmışdır: ”Görəsən, əcdadlarımız 
qədim dövrdə nə ilə qidalanıblar?” 
Təbii ki, ibtidai dövrü öyrənmək çox çətindir. O dövrü 
bizdən minilliklər ayırır. Həmin dövrü tarixçilər, arxeoloqlar, 
etnoqraflar arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş mad-
di mədəniyyət nümunələri əsasında öyrənirlər. Lakin bu dəlillərin 
də nə dərəcədə həqiqət olması mübahisə mövzusu ola bilər. 
Dövrümüzə qədər gəlib çıxan məlumatlardan bəlli olur ki, 
insanlığın erkən inkişaf mərhələsində (2500000 il əvvəl) qida 
rasionu elə də rəngarəng deyildi. Bitki qidalarının istifadəsi (gi-
ləmeyvə, ot, qoz, müxtəlif bitkilərin kökləri və s.) məhdud idi. 
Bura ət də aid edilirdi. Məlumdur ki, ibtidai dövrün ilkin mər-
hələsində qədim insan ovçuluqla, yığıcılıqla məşğul olmuş, tə-
biətin verdiyi nemətlərdən istifadə etmişdir. Daş dövrü bədii 
yaradıcılığının əsas obyekti heyvan təsvirləri olmuşdur. Bunu 
sübut edən dünya ölkələrindəki, eləcə də ölkəmizdəki qayaüstü 
təsvirlərdir. İnsanlar ibtidai dövrdə daşdan ovçuluq üçün pri-
mitiv alətlər düzəltməyə başladı. Bununla da kollektiv şəkildə 
nəhəng heyvanları ovlamaq imkanı əldə etdi. 
Ovçuluq
: İbtidai dövrdə insanların əsas məşğuliyyəti olan 
ov yalnız insanın maddi tələbatını ödəməklə məhdudlaşmaya-
raq, həm də insani münasibətlərin formalaşmasına və möhkəm-
lənməsinə gətirib çıxarırdı. Belə ki, ov edən zaman insanlar 
arasında müəyyən ünsiyyət yaranırdı ki, bu da insani münasi-
bətlərin formalaşmasına və möhkəmlənməsinə kömək edirdi. 
Bu dövrdə insanın əsas qidası ovçuluq nəticəsində əldə olunan 
vəhşi heyvanların əti idi.
Mənbələr göstərir ki, 1500000 il əvvəl insanlar od əldə 
etdilər. Odun əldə edilməsi ibtidai dövrdə böyük inqilabi hadi-
sə idi. İbtidai insanların od əldə etməsi onlara imkan verdi ki, 
vurulmuş heyvanların ətini çiy yox, bişmiş halda yesinlər. 


34 
Odda bişirilmiş ət tez həzm olunurdu, özündə zərərli mikrob-
ları saxlamırdı və insan üçün əsas zülal mənbəyi hesab olunur-
du. 40 il sonra insanın qida rasionuna balıq da əlavə olundu. 
Qidalanmanın inkişafında ən mühüm mərhələ 10000 il əv-
vəl əkinçiliyin meydana gəlməsi oldu. Birinci olaraq insan vəh-
şi heyvanlardan iti, donuzu, inəyi əhilləşdirdi və bitki toxum-
ları, tərəvəz, taxıl və paxlalı bitkilər yetişdirməyə başladı. He-
sab olunur ki, məhz bu mərhələdə insanın qida rasionunda ma-
yasız çörək və pivə meydana gəldi. 
Bitki toxumlarının yetişdirilməsi ilə bağlı islatma və maya-
lanma kimi yeni üsulların ortaya çıxması sayəsində insanlar zü-
lallarla və enerji ilə zəngin olan qidalar qəbul etdilər. İnsan kö-
çəri həyat tərzindən oturaq həyat tərzinə keçdi və onun üçün 
əsas fəaliyyət əkinçilik və maldarlıq oldu. Vəhşi heyvanların 
əti tədricən ev heyvanlarının əti: mal əti, donuz əti, quzu əti ilə 
əvəz olundu. Gələcəkdə insanın qida rasionuna yeni qida məh-
sulları əlavə olunurdu. Maldarlığın inkişafı məhsulları uzaq 
məsafələrə daşımağa imkan verdi. Daşınmanın inkişafı ilə bu 
məsafələr on qat artdı. Əkinçilik və maldarlığın inkişafı ilə 
bağlı olaraq ticarət fəal şəkildə inkişaf etməyə başladı. İnsanlar 
artıq məhsulu yığır, ehtiyacı olan əşya və yeməklə dəyişirdilər. 
Qablar da mübadilə obyektinə çevrilmişdi. Cəmiyyətin tədricən 
təbəqələşməsi baş verirdi. İmtiyazlı sinfin meydana gəlməsi ilə 
qidalanmada fərqlər ortaya çıxdı. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə