Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


Yeməyin sosial funksiyası



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə16/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   113
Yeməyin sosial funksiyası 
Belə bir sual bizi həmişə maraqlandırır: “Daş dövründə 
insanlar nə yeyirdilər, onların qidaları nədən ibarət idi, onu 
necə hazırlayırdılar?” Təəssüf ki, qədim dövrlərin tədqiqatçıları 
bu vacib məsələyə əhəmiyyət vermirdilər. Ancaq bu sahələr 
son dərəcə əhəmiyyətli hesab olunmalıdır. 
Yeməyin sosial funksiyası qədim dövrdən bu günümüzə 
kimi bir çox qədim adət-ənənəsi olan cəmiyyətin formalaşması 
prosesini başa düşmək üçün açardır. Onları mənbələrə müraciət 
etmədən başa düşmək çətindir. Qidalanma tarixi göstərir ki, 


35 
yemək və onunla bağlı olan ənənələr ictimai münasibətlərin 
qurulmasında, əmək fəaliyyətində az rol oynamamışdır. 
Qədim dövrdə insanların qidalanması ilə bağlı mövzunu 
ortaya qoyan istiqamətləri 3 qrupa bölmək olar: birincisi, çox 
sadədir, ibtidai insanların yediyi qidalarla bağlıdır. İkinci və 
üçüncü isə daha mürəkkəbdir. Yeməyi qədim insanlar necə ha-
zırlayıb, harada saxlayırdılar? Məhz söhbət açacağımız mövzu 
bu üç istiqamət haqqında olacaq. 
 
Qida təkamülü 
İbtidai insanlar nə yeyirdilər? 
Tədqiqatçılar uzun müddət apardıqları elmi araşdırmalar-
dan belə nəticəyə gəlmişlər ki, ibtidai insan uzun müddət 
meyvə, yarpaq və taxıl ilə qidalanmışdır. Onun vegeterianlığı-
nın təsdiqlənməsi qədim insanların dişlərinin qalıqlarında, bəzi 
dolayı dəlillərdə, eyni zamanda heyvanların ovlanması üçün 
zəruri olan qədim insanların böyük qruplarının olmamasıdır.
 
Sonralar iqlimdə baş verən dəyişikliklər bitki qidalarının 
azalmasına səbəb oldu və insanlar paleolit dövründə onun qida-
lanmasının əsasını təşkil edən ət yeməyə məcbur oldular. Nə-
hayət, iqlim dəyişikliyi son buzlaşma dövründən sonra insanın 
qida rasionunu əhəmiyyətli şəkildə dəyişdi və çoxçeşidli oldu. 
Bitki mənşəli və ət məhsullarına yeni qidalar - dəniz məhsulları 
və balıq da əlavə olundu.
 
Qədim insanın qida rasionunda bitki mənşəli qidaların ki-
fayət etmədiyi anı nəzərdən keçirək. 
Çox vaxt insanlar məntiq və təcrübə qanunlarına riayət 
edir, onların yaşayış yerlərinə yaxın olan yemək yerlərini tapır-
dılar. Məlumdur ki, qədim insanlar qida tapmaq üçün əlverişli 
heyvan sürülərinin toplaşdığı gölməçələrin yaxınlığında məs-
kunlaşmağa çalışırdılar. Mamont bir heyvan kimi qida baxı-
mından ətin həcminə və yağlılığına görə insanı daha çox cəlb 
edirdi, onun üçün əvəzolunmaz idi. Eramızdan əvvəl X minil-
likdə sona çatan buzlaşma dövrünün əvvəlindən qədim insanın 
ət rasionunda qismən dəyişikliklər baş verir. İqlim mülayimləşir 


36 
və buzlaqların azaldığı yerlərdə yeni meşələr - sıx bitki örtüyü ya-
ranır. Heyvanlar aləmi də dəyişir. Əvvəlki dövrlərin iri heyvan-
ları - mamontlar, gərgədanlar, qılıncdiş pələnglər, öküz, mağara 
ayısı və digər böyük heyvan növlərinin nəsli kəsilir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə