Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   66

~ 53 ~ 
Meyvə  və  tərəvəzlərin,  xüsusilə  də  tez  xarab  olanların 
keyfiyyəti  hətta  qısa  müddətli  saxlanmada  xeyli  dərəcədə  dəyişə 
bilər.  Ona  görə  də  qısa  müddətli  saxlanmada  nəzarət  aparılması 
vacibdir. Məhsulun qəbul müddəti keyfiyyət və istifadə yerindən, 
həmçinin  nəqliyyat  vasitələrindən  asılı  olaraq  meyvə-tərəvəz 
məhsullarının  növləri  üzrə  differensiallaşdırılmaqla  müəyyən 
olunmuşdur. 
Məhsul  dəmir  yol  nəqliyyatı  ilə  qəbul  olunduqda  qəbul 
müddəti  vaqonun  boşaldılmaya  verildiyi  andan  başlanır  (saatla, 
gec  olmamaqla);  çəyirdəkli  meyvələr,  mədəni  giləmeyvələr, 
üzüm,  tez  yetişən  səbzələr-12;  digər  növ  təzə  kartof,  xirnik, 
bostan  bitkiləri-24;  almanın  payızlıq  və  qışlıq  sortları,  sitrus 
meyvələr-48; qərzəklilər, yabani meyvə və giləmeyvələr-72. 
Hava  nəqliyyatı  ilə  gətirilən  giləmeyvələr,  çəyirdəklilər  tez 
yetişən  səbzələr  və  üzümün  keyfiyyəti  yük  aeroporta  qəbul 
olunduqdan sonra 4 saatdan gec olmayaraq yoxlanır. 
Əgər  müəyyən  olunmuş  vaxt  çərçivəsində  məhsulun 
keyfiyyətinin  yoxlanması  başa  çatdırılaraq  onun  nəticələrinə 
əsasən (forma №40 şəklində) akt tərtib olunarsa, deməli, məhsul 
öz vaxtında qəbul olunmuşdur. 
Qəbuldakı  keyfiyyət  nəzarəti  seçmə  yolu  ilə  bircinsli  məhsul 
partiyasından  nöqtələr  seçilməsi  və  nümunələr  götürülməsi  ilə 
yerinə yetirilir. 
Meyvə  və  tərəvəzlərin  bircinsli  partiyası  istənilən  miqdarda 
eyni botaniki (pomoloji yaxud ampeloqrafik) əmtəəlik sortlara aid 
edilən, eyni növ və tip ölçülü qablara doldurulmuş, eyni nəqliyyat 
vasitəsində  daxil  olan  və  keyfiyyətini  əks  etdirən  bir  sənədlə 
rəsmiləşdirilmiş məhsuldur. 
Nümunə  götürülməsi  və  bunun  üçün  nöqtələrin  seçilməsi 
məhsulun  göndərilmə  üsulundan  (qabda  yaxud  açıq  tökülməklə) 
və onun növündən asılıdır. 
2.  Məhsul  qablamada  daxil  olduqda  nümunə  hissəcikləri 
müəyyən  olunur  –  eyni  cinsli  partiyadan  seçilən  müəyyən  sayda 
məhsul  qablamalarının  miqdarı  müəyyən  olunur.  Bu  halda 
zədələnmiş  qablamalar  buraya  daxil  edilmir.  Zədələnmiş,  kifli, 


~ 54 ~ 
çürümüş,  hüceyrə  şirəsi  axan  qablamalar  olan  yer  seçilir  və 
keyfiyyəti ayrıca müəyyən olunur. 
Seçmə aşağıdakı kimi aparılır: 
-
 
100-ə  qədər  qablama  vahidindən  (qutu,  kisə)  –  azı  üç 
qablama vahidindən; 
-
 
100-dən  çox  qablama  vahidindən  -  əlavə  olaraq  hər 
dolu  və  ya  yarımçıq 50  qablama vahidindən bir. Seçimin  ölçüsü 
formulla hesablanır: 
 
       
     
  

 
burada:  B – seçimdə qablama vahidərinin miqdarı; 
  M – partiyada ümumi yerlərin miqdarı. 
Alınan  nəticələr  bütöv  vahid  alınmasına  qədər  böyük  tərəfə 
doğru yuvarlaqlaşdırılır. 
Sitrus  (portağal,  narıngi,  limon)  bibər,  üzüm,  kələm,  pomidor 
və  uzunluğu  14  sm-dən  çox  olan  xiyarların  keyfiyyəti  ayrılmış 
seçimdəki  qablardan  olan  bütün  məhsulun  yoxlanması  ilə 
müəyyən edilir. 
Digər meyvə və tərəvəzlər qəbul olunduqda seçimə daxil olan 
qablama vahidinin müxtəlif  yerlərindən azı  bir nümunə hissəciyi 
götürülür. 
Kök  və  çuğundurda  –  seçimdəki  məhsulun  azı  15% 
kütləsindən; soğan, sarımsaq, uzunluğu 14 sm-dən az olan xiyar, 
alma, armud, ərik, gavalı, heyvadan - azı 10%; albalı və gilasda – 
azı  15%  nümunə  hissəcikləri  götürülür.  Nümunə  hissəcikləri 
qarışdırılaraq  birləşmiş  nümunə  yaradılır  və  bütün  göstəricilərə 
görə  təhlil  olunur.  Keyfiyyət  ekspertizasının  nəticələri  bütün 
partiyanı təmsil edir. 
3.  İstehlak  qablamasına  doldurulmuş  məhsulların  qəbulunda 
nümunələrin  götürülməsi  aşağıdakı  qaydada  aparılır:  3  kq-lıq 
qablamalı kartof və almanın hər 100 qablama vaihidindən, hər 3 
dolu  yaxud  yarımdolu  qablamadan  –  3  qablama;  1,5  kq-a  qədər 
qablanan tərəvəzlərdə hər 100 vahiddən – 5 qablamadan. Keyfiy-
yətin  yoxlanması  götürülən  bütün  qablama  materiallarındakı 


~ 55 ~ 
məhsul üzrə yerinə yetirilir. 
4. Tərəvəzlər qutu altlıqlarında daxil olduqda  seçim aşağıdakı 
məlumatlara uyğun aparılır. 
 
Partiyada 
qutu 
altlıqlarının 
miqdarı, ədəd 
Seçimdə  ayrılan  qutu  altlıqlarının 
miqdarı, ədəd 
10-a qədər (10-da daxil olmaqla) 

11-20 

20-50 

50-dən çox 
5 və əlavə olaraq hər qutu altlığına hər 
dolu və yarımçıq 50 qutu altlığından 
 
Hər qutu altlığında azı üç nöqtədən götürülür. 
5. Tərəvəz məhsulu açıq şəkildə daxil olduqda onun ayrı-ayrı 
yerlərindən  seçilən  nöqtələrdən  nümunə  hissəcikləri  götürülür. 
Onun  ölçü  və  miqdarı  hər  məhsul  növü  üçün  standartla 
tənzimlənir. 
Qablanmayan  kartof  partiyasından  yüklənmə  və  boşaltmada 
nümunə hissəcikləri belə götürülür: 
 
Partiyanın kütləsi, t 
Nümunə hissəciklərinin sayı 
10-a qədər (daxil olmaqla) 

10-20 
15 
20-40 
21 
40-70 
24 
70-150 
30 
150-dən çox 
Hər 50 tondan 30 və əlavə olaraq 6 
nümunə hissəciyi 
 
Kartofun  bir  sort  tipi,  eyni  vaxtda  eyni  göndəricidən  daxil 
olduqda  nümunə  hissəcikləri  hər  üç  avtomobildən  yaxud  traktor 
yedəyindən  götürülür.  Bir  nümunə  hissəciyinin  miqdarı  azı  3  kq 
olmalıdır. 
Qablanmayan  kələm  partiyasından  nümunə  hissəcikləri 
aşağıdakı qaydada götürülür. 
 
Partiyanın kütləsi, t 
Nümunə hissəciklərinin sayı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə