1. Tam yanaşma. Belə yanaşma əlaqəsində yanaşan
sözlər arasında ya heç bir söz işlənmir, ya da yanaşan sözlərin .
arasına yanaşılan sözlə yanaşma əlaqəsi olan sözlər girir. Türk
dillərində gözlənilən qanuna görə, məsələn, isimlə ifadə edilən
tabeedici sözə sifət, say və əvəzliklə ifadə edilən tabe sözlər
eyni zamanda yanaşırsa, onda isimdən bilavasitə əvvəl sifət,
ondan əvvəl say, saydan əvvəl isə əvəzlik işənilməlidir;
məsələn:
bu üç qırmızı qərənfil. Yanaşan sözlərin bundan başqa
hər cür sırası türk dilləri üçün qeyri-məqbuldur. Tam yanaşma
əlaqəsi təyinlə təyinlənən arasında işlənir və əsasən təyini söz
birləşmələrinin arasında özünü göstərir.
2. Tam olmayan yanaşma. Tam olmayan yanaşmada
yanaşan sözlərin arasına bu sözlərlə yanaşma əlaqəsində
olmayan sözlər də daxil ola bilər. Qədim türk yazısı abidələrinin
dilində tam olmayan yanaşma özünü ən çox yer və zaman
zərflikləri ilə cümlənin feli xəbəri arasında göstərir; məsələn:
An ta kisrə Yer Baytrku Uluğ İrkin yağı boltı (KT ş 34) «Ondan
sonra Yer Bayırku(lu) Ulu İrkin yağı oldu».
İlgərü ŞantuQ.
yazıka təgi sül&dim (КТ c 3) «İrəli Şandun düzünə təki qoşun
çəkdim» ve s.
Qədim türk yazısı abidələrinin dilində tam olmayan
yanaşma əlaqəsi ilə düzələn söz birləşmələrinə sıx-sıx rast
gəlmək olur.
Qədim türk yazısı abidələrinin dilində tam yanaşma
əlaqəsi komponentləri müxtəlif nitq hissələri ilə ifadə edilmiş
söz birləşmələrində özünü göstərir. Belə söz birləşmələrində
birinci tərəf ikinci tərəfi, adətən, əlamətinə, keyfiyyətinə,
sayına, sırasına, mənsubiyyətinə və s. görə təyin edir.
Tərəflərinin hansı nitq hissəsi ilə ifadə edilməsi baxı
mından yanaşması əlaqəsini aşağıdakı kimi qruplaşdırmaq olar:
1.
İsmin ismə yanaşması. Yuxarıda göstərildiyi kimi,
müasir türk dillərində idarə əlaqəsi ilə ifadə edilən bir sıra söz
birləşməsi qədim tüık yazısı abidələrinin dilində yanaşma
əlaqəsi ilə ifadə edilir. Bundan başqa, müasir türk dillərində
olduğu kimi, qədim tüık yazısı abidələrinin dilində də atributiv
isimlər isimlərə yanaşıb onları (ən çox) material baxımından
12
(çox vaxt məcazi mənada) təyin edir:
Təmir kapığ (КТ c 4)
«Dəmir qapı»,
Bökli çöl (KT ş 4) «Böklü çöl».
Qədim türk yazısı abidələrinin dilində isim ismə qoşma
vasitəsilə də yanaşır:
Umay təg ögim katun kutıQa inim Kül tigin
ər at bultı (KT ş 31) «Umay təki anam xatun bəxtinə kiçik
qardaşım Kül tigin igid adı tapdı».
2. İsimlə hərəkət adı arasında yanaşma əlaqəsi
mövcuddur:
kün toğsık (KT c 2) «gün doğuş»,
kün batsık (KT c
2) «gün batan».
3. İsimlə zərf arasında yanaşma əlaqəsi olur:
kün
ortusıfjaru (KT c 2) «gün ortasına»,
tün ortusıQaru (KT c 2)
«gecə ortasına».
4. Sifətin müxtəlif nitq hissələrinə yanaşması. Sifətin əsas
vəzifəsi özündən sonra gələn adlara yanaşıb onları müxtəlif
baxımdan təyin etməkdir.
a) Sifət ismə yanaşır, öz sifəti ik xüsusiyyətini tam saxlayır
və yanaşdığı ismi müxtəlif baxımdan təyin edir. Müasir tüık
dillərində olduğu kimi, qədim türk yazısı
abidələrinin dilində də
sifətin ismə yanaşması inkişaf etmişdir. Bilgə xaqan abidəsindən
gətirilən yarımçıq cümlə bunu sübut edir:
...sanğ altunın, örürj
kümüşin, hrğağhğ kutayın, əkinlig isigitin, Özlək atm, adğırm.
kara kisin, kök tiyinin türkimə, bodunıma kazğanu birtim (KTşm
11-12) «...san qızılım, parlaq gümüşünü, qıraqlı ipəyini, əkinlik
taxılını, cins at və ayğırını, qara samurunu, göy dələsini türkimə,
xalqıma qazandım».
b) Qədim türk yazısı abidələrinin dilində bezmi bir sifət
digər sifətə yanaşıb onu təyin edir:
turuk bukalı (T 5) «anq
buğalı»,
səmiz bukalı (T 5) «kök buğalı».
5. Sayın müxtəlif növləri isim, sifət və zərflərə yanaşır,
onları təyin edir.
a)
Miqdar saylan İsimlərə yanaşır:
tort bulutj (KTş 2)
«dörd tərəf»,
üç kunkan (KTş 4) «üç kunkan»,
otuz tatar (KTş
4) «otuz tatar»,
səkiz yaş (KTş 36) «səkkiz yaş»,
yetmiş ər (KTş
12) «yetmiş igid»,
yetiyüz ər (KTş 13) «yeddi yüz igid» və s.
13