Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə43/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
136 
7.2. Ozon qatının pozulması 
Ozon oksigenin  üçatomlu  forması  olub,  atmosferin  yuxarı 
qatlarında Günəşin qısadalğalı ultrabənövşəyi (UB) şüalanmasının 
təsiri  altında  yaranır.  Yer  atmosferində  sərbəst  oksigen  əmələ 
gəldikdən  sonra  atmosferin  yuxarı  qatlarında  ozon  sintez 
olunmağa 
başlamışdır. 
Kvantının 
kəmiyyəti 
ikiatomlu 
molekuldakı  rabitəni  qırmağa  kifayət  edən  enerji  mənbəyinin 
təsirindən  oksigen  ozona  çevrilmə  qabiliyyətinə  malikdir.  Bir-
birindən  ayrılmış  belə  oksigen  atomları  olduqca  fəaldır  və  əsas 
hissəsi  yenidən  ikiatomlu  molekula,  az  bir  hissəsi  isə  üçatomlu 
ozon  molekuluna  çevrilir.  Oksigen  molekulları  kimi  ozon 
molekulları  da  elektriki  neytraldır,  yəni  elektrik  yükü  daşımır. 
Ona  görə  də,  Yerin  maqnit  sahəsi  ozonun  atmosferdə  paylan-
masına    təsir  göstərmir.  Atmosferin  kosmik  və  Günəş  şüalarının 
təsiri  altında  müxtəlif  qazların  ionlarının  (aeroionların)  yarandığı 
yuxarı qatı  ionosfer adlanır ki, bu da praktiki olaraq ozon qatı  ilə 
üst-üstə düşür. 
Böyük  yüksəkliklərdə  hava  kütləsinin  yerdəyişmə  sürəti 
100m/san.-yə  çatdığı  üçün  maqnit  sahəsində  hərəkət  edən  ionlar 
qarışa bilər. Doğrudur, bu qarışma axında hərəkətdəki qarışma ilə 
müqayisədə  əhəmiyyətsizdir.  Yerin  maqnit  sahə  xətlərinin 
qapandığı  qütb  zonalarında    ionosferin  qarışması  (pozulması) 
bizim  üçün  daha  əhəmiyyətlidir.  Qütb  zonalarında  atmosferin 
yuxarı qatlarında ionlaşmış oksigen də daxil olmaqla ionların sayı 
nisbətən  azdır.  Lakin,  qütb  zonalarında  ozonun  miqdarının  az 
olmasının  əsas  səbəbi  günəş  şüalanmasının  intensivliyinin  aşağı 
olmasıdır.  Özü-özlüyündə  ozon  qatının  ekranlaşdırıcı  rolu  qütb 
zonalarında bir o qədər də əhəmiyyətli deyil. Çünki, üfüq üzərində 
Günəşin  aşağı  vəziyyəti  səthin  intensiv  UB-şüalanmasını 
mümkünsüz edir. Lakin, ozon qatındakı qütb “dəliklərinin” sahəsi 
atmosferdə  ozonun  ümumi  qatılığının  dəyişməsinin  etibarlı 
göstəricisidir. 
Ozonun  atmosferdə  miqdarı  bir  sıra  təbii  səbəblərdən 
dəyişir.  Dövri  dəyişmələr  günəş  fəallığı  tsiklləri  ilə  bağlıdır. 
Vulkanik  qazların  bir  çox  komponentləri  ozonu  dağıda  bildiyi 
üçün  vulkanik  fəallığın  artması  da  ozonun  qatılığının  azalmasına 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
137 
səbəb olur. Stratosferdə hava axınlarının sürətinin həddindən artıq 
olması  ozondağıdıcı  maddələri  sürətlə  böyük  sahələrə  səpələyir. 
Bu  zaman  təkcə  ozondağıdıcılar  deyil,  eyni  zamanda  ozonun  da 
böyük  sahədə  paylanması  nəticəsində  ozonun  qatılığının 
pozulması  da  geniş  sahələrdə  baş  verir.  Lokal  (kiçik)  “dəliklər”  
(məsələn,  kosmik  raket  buraxılmasından  yaranan  lokal  “dəlik”) 
isə  nisbətən  qısa  zaman  kəsiyində  qapanır.  Ancaq,  qütb 
zonalarında hava kütləsi az hərəkətli olduğu üçün, burada ozonun 
yox  olması  kompensasiya  olunmur  və  qütb  “ozon  dəlikləri” 
olduqca  dayanıqlıdır.  Məhz,  cənub  qütbü  üzərində  “ozon 
dəliyinin” sahəsinin artması planetin ozon ekranının arzuolunmaz 
vəziyyətdə  olmasına  sübut  kimi  xidmət  etmişdir.  1985-ci  ildə  bir 
qrup ingilis alimi tərəfindən qütb ozon “dəlik”-lərinin vəziyyətinin 
uzunillik  müşahidələrinin  nəticəsini  dərc  etdikdən  və    onların 
böyümə tendensiyasını  nümayiş etdirdikdən sonra bir  çox inkişaf 
etmiş ölkələrdə bu problemin həlli yollarının axtarışı gücləndirildi. 
Bu  müşahidələr  nəticəsində  aydınlaşdırılmışdır  ki,  hətta  tropik 
rayonlar  üzərində  belə,  “ozon  dəlikləri”  yaranır  ki,  bunlar   da  
 
 
 
 
 
 
 
 
Şəkil 7.4. XX əsrin sonlarında atmosferdə ozonun miqdarının 
dəyişməsi
 
bəzən  bir  neçə  saat  ərzində  qapanır.  O  da,  müəyyənləşdirilmişdir 
ki, 1980-ci  ildən bu  yana atmosferdə ozonun  miqdarı aşağı düşür 


             
     Ekoloji təhlükəsizlik 
 
138 
və  bu  düşmə  sürəti  təbii  dəyişmə  sürətindən  dəfələrlə  böyükdür  
(Şəkil 7.4.). 
Ozonun  özü  -  özünə  parçalanması  və  onun  müxtəlif 
atmosfer  qarışıqları  ilə  qarşılıqlı  təsir  zamanı  dağılması  daim  baş 
verir. Nəticədə ozonun  sintezi  ilə parçalanması arasında dinamiki 
tarazlıq yaranır və dövri olaraq onun  qatılığı orta səviyyədən 0,5 - 
1% meyllənir. 
Qeyd  olunduğu  kimi,  ozonun  miqdarının  təbii  dəyişməsi 
Günəş  fəallığının  dəyişməsi  və  vulkan  püskürmələri  zamanı 
vulkanik qazların ixrac olunması ilə bağlıdır. Lakin, son onilliklər 
ərzində  ozonun  miqdarının  5%-ə  qədər  azalması  sənaye  və 
nəqliyyat  tərəfindən  atmosferin  çirklənməsi  ilə  bağlıdır.  Bu 
prosesə  bir  qədər  də  1981-ci  ildə  baş  verən  El-Çiçon  vulkanının 
püskürməsi  də  təsir  göstərmişdir.  Lakin,  o  vaxtdan  da  ozonun 
miqdarının  azalması  daim  davam  edir.  Bu  müddət  ərzində 
atmosferdə xlorun miqdarı 6 dəfə artmış və 1985-ci ildə 6min tona 
çatmışdır  ki,  bu  xlorun  da  hamısı  antropogen  mənşəli  olmuşdur. 
Ozonun  dağılmasına  təsir  göstərən  digər  mənbə  isə  azot 
oksidləridir ki, onun da miqdarı artmaqda davam edir. 
Xlor ozonun parçalanmasının  ən təhlükəli katalizatorudur. 
O, ozonla fəal surətdə birləşməklə xlorun monooksidini yaradır və 
oksigen  ayrılır.  Öz  növbəsində,  xlor  monooksidi  özünə  ikinci 
oksigen  atomunu  birləşdirir  ki,  bu  zaman  xlor  azad  olunaraq 
növbəti  ozon  molekulu  ilə  reaksiyaya  girir.  Bir  xlor  molekulu 
atmosferin yuxarı qatlarında orta mövcudluq müddətində 100 min 
ozon  molekulunu  parçalamaq  qabiliyyətinə  malikdir.  Xlorla 
müqayisədə fəallığına görə ikinci ozondağıdıcı azot oksidləridir ki, 
onlar da bir o qədər də təhlükəli deyil. Belə ki, azot oksidinin bir 
molekulu  orta  hesabla  10  ozon  molekulunu  dağıda  bilər.  Lakin, 
azot  oksidlərinin  təhlükəliliyi  ondan  ibarətdir  ki,  onun  miqdari 
havada  xlora  nisbətən  qat-qat  çoxdur.  Ozonu  digər  maddələr  - 
karbon oksidləri, hidrogen, kükürd oksidləri də dağıda bilər. Lakin, 
bu  maddələr  ozonu  1:1  nisbətində  bağlaya  bilər  və  xlor  və  azot 
oksidləri ilə müqayisədə təsirsiz sayıla bilər. 
Xlor atmosferə müxtəlif  yollarla düşür. Xlorun bir hissəsi 
bu  maddənin  üzvi  sintez  proseslərində  geniş  istifadə  olunduğu 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə