Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə46/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
145 
konteyner  qalmışdır.  Bundan  əlavə  xarici  ölkələrdən  gətirilən  bir 
çox avadanlıqlar da radioaktiv şüalanma yayır. 
Təbiətin  yaşıl  örtüyünün  mühafizə  edilməsi  ekoloji 
təhlükəsizlikdə  mühüm  yer  tutur.  On  il  əvvəl  Azərbaycan 
ərazisinin  11%-i  meşə  ilə  örtülü  idi.  Meşə  materiallarından 
yanacaq  kimi  istifadə  edilməsi  nəticəsində  Kiçik  və  Böyük 
Qafqazın  meşə  örtüyünün  məhv  olması  təhlükəsinin  aradan 
qaldırmaq üçün yeni meşə zonaları yaradılır. 
Azərbaycan  ekologiyası  bilavasitə  Xəzər  dənizi  ilə 
bağlıdır.  Ekoloji  təhlükədən  danışanda  Xəzər  üçün  yaranmış 
təhlükəli  vəziyyətdən  yan  keçmək  olmaz.  Dənizin  səviyyə 
tərəddüdləri  çox  ciddi  təhlükə  mənbəyidir.  Bundan  başqa  Xəzərə 
hər  il  12  mld.  kub  metr  çirkab  suyun  axıdılması  isə  onun  ekoloji 
gərgin vəziyyətini daha da gərginləşdirir. 
Bu və digər bu kimi problemlərin sayı çox olsa da onların 
həlli  üçün  bütün  yollar  arşdırılır.  Lakin  bunu  da  bilmək  lazımdır 
ki,  Azərbaycanın  ayrılıqda  özünün  ekoloji  təhlükəsizliyini  təmin 
etməsi  qeyri  -  mümkündür.  Bu  cür  problemlərin  həlli  üçün  digər 
ölkələrlə əməkdaşlıq və ekoloji təhlükəsizlik prinsiplərinin işlənib 
hazırlanması  vacibdir.  Ekoloji  təhlükəsizliyinin  əsas  şərtləri 
aşağıdakılardır: 
-  təbii mühitin mühafizə edilməsi və yaxşılaşdırılması; 
-  təbii ehtiyatlardan səmərəli istifadə olunması; 
-  təbii mühitin sağlam şəkildə gələcək nəsilə verilməsi. 
Azərbaycan beynəlxalq ekologiya hüququnun prinsiplərini 
qəbul edərək onu yerinə yetirir. Beynəlxalq ekologiya hüququnun 
xüsusi prinsipləri aşağıdakılardır: 
-  transsərhəd ekoloji zərərin yol verilməzliyi; 
-  təbii ehtiyatların ekoloji baxımdan əsaslandırılmış rasional 
ifadəsi; 
-  ətraf 
mühitin 
radioaktiv 
çirkləndirilməsinin 
yol 
verilməzliyi; 
-  dəniz mühitinin mühafizəsi; 
-  ətraf  mühiti  dəyişikliyə  uğradan  vasitələrdən  hərbi  və  ya 
istənilən digər düşmən məqsədlərlə istifadə edilməsi; 


             
     Ekoloji təhlükəsizlik 
 
146 
-  milli  yurisdiksiya  hüdudlarından  kənarda  yerləşən  ekoloji 
sistemlərə  vurulmuş  zərərə  görə  dövlətlərin  beynəlxalq 
məsuliyyəti. 
Azərbaycan Respublikasında ətraf mühitin təhlükəsizliyini 
təmin  etmək  üçün  Milli  Fəaliyyət  Proqramı  qəbul  edilmişdir. 
Proqramda üç kriteriya əsas götürülür: 
-  İnsan sağlamlığının mühafizə edilməsi; 
-  İqtisadi təhlükənin qarşısının alınması; 
-  Təbii ehtiyatların mühafizə edilməsi. 
Bazar  iqtisadi  münasibətlərinə  keçid  ətraf  mühitin  ekoloji 
idarə  edilməsinin  yeni  strukturunun  yaradılmasını,  islahatların 
həyata keçirilməsini, xarici investisiya axınını və ekoloji nəzarətin 
gücləndirilməsini  tələb  edir.  Bu  məqsədlə  ekologiya  üzrə  Dövlət 
Komitəsi  yaradılmışdır.  Ekologiya  üzrə  Dövlət  Komitəsi  12 
şöbədən, 29 yerli komitədən ibarətdir. Komitə 14 təbii qoruğa, 20 
müvəqqəti qoruğa nəzarət edir. Ekoloji şəraiti izləmək, tullantılara 
nəzarət  etmək,  ekologiya  haqqında  qanunları  pozan  müəssisənin 
işini  dayandırmaq,  dövlət  ekoloji  ekspertizasını  təşkil  etmək  bu 
komitənin vəzifəsidir. 
Ətraf  mühitin  mühafizəsində  beynəlxalq  standartlar  tətbiq 
edilir.  Milli  ekologiya  standartlarının  beynəlxalq  standartlara 
uyğunlaşdırılması 
prosesi 
Azərbaycanın 
dünya 
birliyinə 
inteqrasiyası  istiqamətində  atılan  mühüm  addımdır.  Xarici 
mütəxəssislərdən, 
Milli 
Akademiyanın, 
Dövlət 
Ekologiya 
Komitəsinin  məsul  işçilərindən  ibarət  monitorinq  və  tədqiqat 
qrupları 
yaradılmışdır. 
1998-ci 
ildən 
xarici 
və 
yerli 
mütəxəssislərin 
köməyilə 
ekotoksikologiya 
laboratoriyası 
yaradılmışdır. 
Azərbaycan  Respublikasının  ekoloji  sahədə  əsas  milli 
maraqları cəmiyyətin yaşayışı üçün təhlükəsiz ekoloji və texnoloji 
şəraitin  yaradılması,  həmçinin  ətraf  təbii  mühitin  qorunmasıdır. 
Bu  məqsədlə  son  vaxtlar  respublikamızda  ətraf  mühitin 
mühafizəsi,  ekoloji  təhlükəsizlik,  təbii  sərvətlərdən  istifadə  ilə 
əlaqədar aşağıdakı bir çox qanunlar qəbul edilmişdir: 
1.  Ətraf mühitin mühafizəsi haqqında  (18.06.1999) 
2.  Ekoloji təhlükəsizlik haqqında  (08.06.1999) 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
147 
3.  Bitki mühafizəsi haqqında  (03.12.1996) 
4.  Heyvanlar aləmi haqqında  (08.06.1999) 
5.  Atmosfer havasının mühafizəsi haqqında  (03.03.2004) 
6.  Azərbaycan  Respublikasının  Su  Məcəlləsinin  təsdiq 
edilməsi haqqında (26.12.1997) 
7.  Azərbaycan  Respublikasının  Meşə  məcəlləsinin  təsdiq 
edilməsi haqqında (30.12.1997) 
8.  Yerin təki haqqında  (13.02.1998) 
9.  Əhalinin radiasiya təhlükəsizliyi haqqında  (30.12.1997) 
10.  Texniki Təhlükəsizlik haqqında  (02.11.1999) 
11.  Hidrotexniki 
qurğuların 
təhlükəsizliyi 
haqqında  
(27.02.2003) 
12.  Azərbaycan  Respublikası  Torpaq  Məcəlləsinin  təsdiq 
edilməsi haqqında (25.06.1999) 
13.  Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri 
haqqında  (24.03.2000) 
14.  Su təchizatı və tullantı suları haqqında  (28.10.1999) 
15.  İstehsalat və məişət tullantıları haqqında  (30.06.1998) 
16.  Hidrometeorologiya fəaliyyəti haqqında  (17.04.1998) 
17.  Ətraf 
mühitə 
dair 
informasiya 
almaq 
haqqında 
(12.03.2002) 
18.  Əhalinin  ekoloji  təhsili  və  maarifləndirilməsi  haqqında  
(10.12.2002) və s. 
Milli  qanunların  qəbul  edilməsi  ilə  yanaşı  Azərbaycan 
Respublikası  bir  çox  Beynəlxalq  ekoloji  Konvensiyalara  da 
qoşulmuşdur. Azərbaycanın beynəlxalq konvensiyalara qoşulması 
respublikamızın 
regional 
və 
qlobal 
səviyyədə 
ekoloji 
təhlükəsizliyinin  təmin  edilməsi  və  qlobal  ekoloji  problemlərin 
həllində  iştirakının  hüquqi  əsaslarını  təşkil  edir.  Ətraf  mühitin 
mühafizəsi  ilə  əlaqədar  Azərbaycanın  qoşulduğu  beynəlxalq 
konvensiyalar aşağıdakılardır: 
1.  BMT-nin 
“İqlim 
dəyişmələri 
haqqında 
Çərçivə 
Konvensiyası”  (Rio-de-Janeyro,  1992)  10  yanvar  1995-ci  ildə 
Milli Məclisdə ratifikasiya edilmişdir; 
2.  Ozon  qatının  qorunması  üzrə  Konvensiya  (Vyana,  1985), 
MM-də ratifikasiya tarixi – 31.05.1996; 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə