Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə44/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   148

insanların  təbiətə  olan  münasibətlərinin  dəyişməsindən 

bəşəriyyətin  sabahı  çox  asılıdır.  İnsanın,  cəmiyyətin  təbiətə 

münasibəti  fəlsəfənin  mühüm  problemi  olmuş  və  bu  gün  də 

olaraq qalır. İnsan tarixi və təbiət tarixinin qarşılıqlı əlaqəsi və 

qarşılıqlı  şəkildə  şərtlən-  məsinin  başa  düşülməsi,  tarixi 

proseslərin  ekoloji  komponentlərinin  dəqiq  hesabatı  -  tarixin 

elmi  anlaşılmasının  əhəmiyyətli  tərəfidir.  Maddi  istehsal, 

bütövlükdə  cəmiyyətin  bütün  həyatı  müəyyən  təbii  şəraitdən 

asılıdır. Əgər sistemin müasir təsnifatından istifadə etsək onda 

cəmiyyəti  açıq  sistem  adlananlar  sırasına  daxil  etmək  olar; 

cəmiyyət təbiətdən qida məhsulları götürür, istehsal vasitələri 

hazırlamaq  üçün  xammal  alır,  oradan  istehsalın  və  ictimai 

həyatın inkişafı üçün konkret amillər kimi çıxış edir. Bu təsiri 

bir neçə əsas istiqamət üzrə izləmək məqsədəuyğundur. 

1.

 

Coğrafi mühit əməyin ictimai bölgüsünə, istehsalın 



müxtəlif sahələrinin yerləşdirilməsinə və inkişafına təsir edir. 

Tarixdə  ilk  böyük  ictimai  əmək  bölgüsü  -  maldarlığın 

əkinçilikdən ayrılması coğrafi mühitin şəraitini nəzərə almaqla 

baş  vermişdir.  Bu  gün  də  bu  cür  hesabatı  bizlər  aparırıq, 

istehsalın bu və ya digər sahələrini yaradarkən optimal coğrafi 

şərait nəzərə alınır. 

2.

 

Coğrafi  mühit  əməyin  məhsuldarlığına  təsir  edir. 



Söhbət,  ilk  növbədə,  hava  -  iqlim  şəraitinin  (havanın 

temperaturunun,  yağışın,  küləyin  və  s.)  təsirindən  gedir. 

Texniki  imkanların  və  işçi  qüvvəsinin  eyni  olduğu 

vəziyyətində nəticə məhz coğrafi şəraitdən asılı olur. 

3.

 

Coğrafi mühit insanın bacarığının inkişafına təsir edir; 



bir vəziyyətdə bu bacarığı nizama salır, digər vəziyyətdə onu 

ləngidir.  Əgər  insanlar  hər  şeyi  təbiətdən  hazır  vəziyyətdə 

götürsəydilər, onda onların inkişafını 

134 



nizamlayan  heç  nə  olmazdı.  Əksinə,  olduqca  kəskin  və  eyni 

şəkildə olan mühit də pis təsir göstərir. Əlbəttə, «əlverişli» və 

«əlverişsiz»  coğrafi  mühit  anlayışı  özü  mütləq  deyildir.  Bir 

vaxtlar var idi ki. Sibir iqtisadi inkişaf üçün əlverişsiz yer hesab 

olunurdu, bu gün isə insanların gərgin əməyi hesabına burada 

iri yaşayış məskənləri salınmışdır. 

4.

 

Coğrafi  mühit  bütövlükdə  həmin  cəmiyyətin  inkişaf 



sürətinə təsir edir; eyni zamanda o, ölkənin coğrafi vəziyyətinə 

də  təsir  göstərir.  Amerikanın  kəşfi  və  Afrika  ətrafında  dəniz 

yolunun  açılması  ilə  İngiltərə  və  Fransnm  sahil  şəhərlərinin 

hansı sürətlə inkişaf etməsini xatırlamaq kifayətdir. 

5.

 

Coğrafi  mühit  istehsal  münasibətlərinin  inkişafına 



təsir edir. F.Engels öz məktublarından birində «Nə üçün Şərq 

xalqlarında  torpaq  üzərində  xüsusi  mülkiyyət  olmamışdır?» 

sualına  belə  cavab  vennişdir:  «Mənə  belə  gəlir  ki,  bu,  ilk 

növbədə, iqlim şəraitindən və torpağın xarakterindən asılıdır. 

Əkinçilik üçün orada birinci şərait süni suvarmadır, bu da ya 

icmanın, ya əyalətin, ya da hökumətin işidir». 

6.

 

Coğrafi mühit üstqurum hadisələrinin yaranmasına və 



onun  spesifik  xüsusiyyətlərinə  təsir  edir.  Bu,  ilk  növbədə, 

üstquruma,  dövlətə  aiddir.  Yuxanda  deyilən  fikirini  davam 

etdirərək  Engels  göstərir  ki.  Şərqdə  dövlətin  yaranması 

siniflərin  yaranması  prosesindən  qabaqda  getmişdir,  bütün 

region  miqyasında  suvarma  sisteminin  yaradılmasını 

sürətləndirmişdir.  Coğrafi  mühit  cəmiyyətin  mənəvi 

üstqurumunda da öz izini qoyur. 

Hcgel  özünün  «Tarixin  fəlsəfəsi»  əsərini  (girişi nəzərə 

almasaq)  «Ümudünya  tarixinin  coğrafi  əsası»  bölməsi  ilə 

başlamışdır. Təbiətə xalqın ruhunun inkişafının əsası 



135 


kimi baxılır. Hegel öz mühakimələrində və nümunələrində nə 

qədər qətiyyətli olsa da, onun fikrində böyük bir həqiqət var. 

Coğrafi amillərin, xüsusən də landşaftın mənəvi fenomenlərə 

təsirini  Engels  qədim  dinlər  haqqında  söhbət  açarkən 

izləmişdir. Engels yazırdı: «Elladanın payına böyük xoşbəxtlik 

düşmüşdür,  onun  sakinlərinin  ibadət  etdikləri  din  onun 

landşaftının  xarakterini  dərk  etmişdilər.  Elladanın  landşaftı 

harmoniya  ilə  əhatə  olunmuşdur.  Onun  hər  bir  ağacı,  hər  bir 

bulağı, hər bir dağı daha qabarıq şəkildə ön plana keçmişdir; 

təbiətin hər bir ayrıca hissəsi öz gözəl yetkinliyi ilə öz allahına 

iddia edir, hər bir çay öz nimfasmı (qədim yunanlarda təbiətin 

müxtəlif qüvvələrindən birini təmsil edən ilahə, pəri) tələb edir, 

hər  bir  çəmənlik  öz  driodasmı  (qədim  yunan  əfsanələrində 

meşə pərisi) axtarır; ellinlərin dini beləcə yaranmışdır». Digər 

nümunə  kimi  Engels  şimali  alman  çölünü  göstərir  buradakı 

eyni  cür  olan  landşaft,  onun  fikrincə,  yalnız  monotesist 

dünyagörüşü formalaşdırır. Coğrafi mühitin incəsənətə təsirini 

də  buna  oxşar  şəkildə  izləmək  olar.  Əgər  biz  yanılmadan 

Azərbaycan  və  gürcü,  rus  və  moldovan  mahnılarını  seçə 

biliriksə, bu müəyyən mənada onunla bağlıdır ki, coğrafi mühit 

musiqi  ritminə,  mahnıya,  hətta  ifaçının  səsinə  təsir  göstərir. 

Deyirlər muğam Qarabağdan yüksəlir, şimal tərəfdə yaşayanlar 

yaxşı rəqs edir, qərb zonasında hər evdə şair böyüyür və s. 

7.

 



Coğrafi  mühit  ictimai-psixoloji  simaya  və 

cəmiyyətin  üstqurumuna,  yəni  onun  mentalitetinə  təsir  edir. 

Məsələn,  məkanca  məhdud,  təbii  ehtiyatları  çox  da  zəngin 

olmayan coğrafi mühit həmin yerdəki xalqın inkişafına, ondakı 

qayğıkeşlik  hissinin  güclü  olmasına  təkan  verir,  təbiət  öz 

zənginliyi  ilə  insanın  mənəvi  dünyasına  öz  töhvəsini  verir. 

Əlbəttə, coğrafi mühitin 

136 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə