Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə45/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   148

müxtəlif  amillərinin  müxtəlif  tarixi  dövrlərində  cəmiyyətin 

inkişafına  təsir  səviyyəsi  eyni  deyildi.  Məsələn,  məhsuldar 

qüvvələrin inkişafı ilə ölkənin təbii sərvətlərdən asılılığı xeyli 

azalmışdır.  Lakin  tarix  göstərir  ki,  müəyyən  münasibətlərdə 

asılılığın zəifləməsi digər münasibətlərdə cəmiyyətin təbiətdən 

olan asılılığını gücləndirir. 

Hər halda coğrafi mühit və cəmiyyətin harmoniyasının 

qayğısına qalmaq bəşəri}^ətin sabahı üçün, hər bir fərdin rahat 

yaşaması üçün vacib olan amillərdən biridir. 

§3. Ekologiya, müasir qlobal ekoloji problemlər və 

onların həlli yolları: 

İnsanın  təbiətdən,  təbii  ətraf  mühitdən  asılılığı  bəşər 

tarixinin  bütün  mərhələlərində  olmuşdur,  lakin  o  heç  vaxt 

daimi  olmamış  dialektik  ziddiyyət  şəklində  dəyişmişdir.  Bir 

tərəfdən,  eəmiyyətin  məhsuldar  qüvvələrinin  inkişafı  ilə, 

insanın  təbii  yaşayış  mühiti  ilə  qarşılıqlı  münasibətinin  neeə 

olması ilə onların yaratdıqları «ikinci təbiət» daha sıx istifadə 

olunurdu, insan özünü təbiətdə kortəbii baş verən hadisələrdən 

qorumalı olurdu. Geyimin təkmilləşdirilməsi, istiləşdirilən və 

süni  şəkildə  soyudulan  mənzillərin  yaradılması,  seldən 

qoruyan torpaq bəndlərin, seysmik cəhətdən dözümlü binaların 

tikilməsi - bütün bunlar və bir çox digər tikililər yalnız yaşayış 

üçün  əlverişli  şərait  yaratmır,  həm  də  Yer  kürəsində  yeni 

ərazilərin, indi isə hətta kosmosun mənimsənilməsi sahəsində 

xeyli  işlər  görülməsinə  gətirib  çıxardı.  İnsanın  təbiətdən 

asılılığını  zəiflədən  bu  proseslərlə  yanaşı  məhsuldar 

qüvvələrin  inkişafı ilə digər meyllər də sıx bağlı idi.  İnsanın 

fəaliyyət 



137 


orbitinə  durmadan  artan  yeni  proseslər  cəlb  olunur,  insanın 

təbiətdən istifadəsi genişlənir, onun ətraf təbiətlə əlaqələri daha 

da rəngarəng olur. Tutaq ki, dəmirdən istifadə etməyi öyrənən 

insanlar  təbiətlə  qarşılıqlı  münasibətlərində  öz  qüdrətlərini 

kəskin  şəkildə  artırmışdırlar.  Bununla  yanaşı  vaxt  keçdikcə 

sivilizasiyanın  öz  inkişafı  planetdə  olan  dəmir  filizi 

ehtiyatlarından,  onların  axtarışından  və  istifadəsindən  asılı 

vəziyyətə düşür. Digər bir nümunəyə nəzər salaq. Kömür və 

neft uzun illər yalnız sırf yanacaq-enerji ehtiyatı kimi istifadə 

olunmuşdur, yəni sadə dillə desək onları  yandırmışlar. Lakin 

sonralar insanlar kömür və nefti yandırmaqla yanaşı, həm də 

onlarda  xeyli  sayda  istifadə  olunan  məhsullar  əldə  etməyə 

başladılar.  -  belə  ki,  müasir  neft  kimyası  səkkiz  mindən  çox 

müxtəlif  təyinatlı  məhsul  növü  əldə  edir.  Bu  cür  nümunəni 

sonsuz sayda artırmaq olar və onların hər biri insanın təbiətdən 

getdikcə  artan  asılılığını  göstərəcəkdir.  Bizim  günlərdə  bu 

asılılıq çox vaxt olduqca dramatik şəkildə aşkar olunur, belə ki, 

təsərrüfat fəaliyyəti üçün zəruri olan bir çox ehtiyat növlərinin 

tətbiq  olunma  miqyası,  eyni  zamanda  bəşəriyyətin  yaşaması 

rçün  ondan  istifadə  olunması  planetdə  olan  bu  ehtiyatların 

tükənməsinə 

gətirib 


çıxartmışdır. 

Mütəxəssislərin 

hesablamaları  göstərir  ki,  iqtisadi  inkişafın  bu  gün  mövcud 

olan  meylinin  saxlanılması,  bu  ehtiyatlardan  istifadənin 

artması ona gətirib çıxardacaq ki,  yaxın on il ərzində onların 

əksəriyyətinin  ehtiyatı  tükənəcəkdir.  Deməli,  yalnız  insan 

təbiətdən  asılı  deyildir,  həm  də  təbiət  insandan,  onun 

fəaliyyətinin  miqyasından,  forma  və  istiqamətindən  asılıdır. 

İnsan ətraf mühitə olduqca mənfi təsir göstərir. Bütün dünyada 

sənaye  istehsalının  genişlənməsi,  eyni  zamanda  mövcud  çox 

tullantıh texnologiyaya əsaslanan 

138 



istehsalın  artımı  insan  və  təbiət,  cəmiyyət  və  onun  yaşayış 

mühiti  arasındakı  qarşılıqlı  münasibəti  olduqca  böhranı  bir 

səviyyəyə çıxarmışdır. Bəşəriyyətin mövcudluğunun özü üçün 

təhlükə ilə bağlı məsələ tam kəskinliyi ilə qarşıya çıxmışdır - 

təbii  ehtiyatların  tükənməsi  və  insan  həyatı  üçün  təhlükə 

yaradan yaşayış mühitinin çirklənməsi qorxusu hamını narahat 

edir. İnsan və cəmiyyət arasındakı münasibətdə yaranan məhz 

bu ziddiyətlə ekoloji problemin mahiyyəti müəyyən olunur. 

Təbii  ehtiyatlardan  öz  gücünü  getdikcə  artıran  texniki 

vasitələrdən  istifadə  etməklə  geniş  istifadə  edən  insan  öz 

sivilizasiyasının  inkişaf  şəraitini  və  bioloji  növ  kimi  öz 

inkişafını  xeyli  yaxşılaşdırmışdır.  Ancaq  təbiəti  «fəth  edən» 

bəşəriyyət  öz  həyat  fəaliyyətinin  təbii  əsaslarını  əhəmiyyətli 

dərəcədə  laxlatmışdır.  Məlumdur  ki,  məsələn,  son  500  il 

ərzində  insanın  iştirakı  ilə  Yer  kürəsini  örtən  meşələrin  2/3 

hissəsi məhv edilmişdir. Biosferaya ən güclü təsir XIX əsrin 

sonlarından başlayaraq, xüsusən də, XX əsrdə vurulmuşdur - 

sənaye  istehsalının  genişlənməsi  təbiətə  vurulan  zərbə 

hesabına  aparılmışdır.  Bir  tərəfdən  bunlar  əhəmiyyətli 

dərəcədə  xeyir  gətirmişdir.  Son  100  ildə  bəşəriyyət  enerji 

ehtiyatlarını  min  dəfə  artırmışdır.  İnkişaf  etmiş  ölkələrdə 

məhsul və xidmətin həcmi hər 15 ildən bir iki dəfə artır və bu 

vaxtın  aşağı  düşməsi  meyli  özünü  göstərməkdədir.  Lakin 

bununla yanaşı təsərrüfat fəaliyyətinin tullantıları da müvafiq 

olaraq  iki  dəfə  çoxalır,  bu  da  ətraf  mühiti,  atmosferi,  su 

mənbələrini,  torpağı  korlayır.  Müasir  istehsal  təbiətdən  100 

ədəd mal götürüb onun yalnız 3-4 dənəsini istifadə edir, yerdə 

qalan 96 ədəd tullantı  şəklində  yenidən təbiətə  atılır. Sənaye 

cəhətdən  inkişaf  etmiş  ölkələrin  hər  bir  sakini  il  ərzində 

təbiətdən təqribən 30 ton mal götürür. 



139 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə