Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə53/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   148

münasibətlərinə  nəzər  salmalı,  onu  yeni  qaydalar  əsasında 

qurmağı öyrənməlidir. 

Müasir ekoloji vəziyyətin sivilizasiyalı həlli mütərəqqi 

qüvvələrin  yetkinlik  səviyyəsindən  asılıdır.  Bütün  planet 

miqyasında bu qüvvələrin birləşməsi - axı vəziyyətin özü belə 

planetar  xarakter  daşıyır  -  təbii  mühitin  sağlamlaşdırılması 

sahəsində  böyük  işlər  görməyə  imkan  verər,  silahlanma 

sahəsindəki  işləri  dayandıra,  beynəlxalq  iqtisadi  qaydaları 

dəyişdirə,  bütün  xalqların  və  ölkələrin  bərabər  səviyyədə 

inkişafını  tarazlaşdıra  bilər.  Lakin  bəşəriyyətin  özünü  saldığı 

ekoloji  dalandan  çıxmasında  xeyli  çətinliklər  də  var.  «Roma 

klubunun»  prezidenti  Anrilio  Peççei  bu  çətinliklər  haqqında 

yazırdı;  «İnsanın  həqiqi  problemi  indiki  vəziyyətində  onunla 

bağlıdır  ki,  insan  dünyada  yaratdığı  dəyişikliklərlə  ayaqlaşa 

bilmir.  İnsanın  inkişafının  indiki  böhranlı  anında  problem 

kənarda deyil, onun daxilində yaranmışdır, ona görə də onun 

həllini də insanın daxilində axtarmaq lazımdır». Ona görə də 

bəşəriyyət  öz  keyfiyyətini  yüksəltməli,  ədaləti  bərpa  etməyə 

çalışmalı,  cəmiyyət  və  təbiət  münasibətlərini  yeni  qaydalarla 

qurmaqdır. 

Əgər bu gün təbiətə istehlak - texnoqrafık yanaşmadan 

əl  çəkməsək,  onunla  harmoniya  yolu  tapmasaq  bəşəriyyətin 

sabahı  olduqca  təhlükəlidir.  Bunun  üçün  istehsalın 

ekologiyalaşdırılması  üzrə  xeyli  işlər  görülməlidir:  təbiəti 

qoruyan  texnologiya  hazırlanmalı,  yeni  yaranan  layihələr 

ekoloji  yoxlamadan  keçməli,  tullantıların  miqdarı  aşağı 

salınmalı,  bağlı  dövrə  üzrə  tullantısız  texnologiya 

hazırlanmalıdır.  İnsan  və  təbiətin  qarşılıqlı  münasibətinin 

yaxşılaşdırılması  üçün  həyata  keçiriləcək  digər  tədbir  təbii 

ehtiyatlardan,  xüsusi  ilə  enerji  mənbələrindən  (neft,  kömür) 

ağıllı istifadə olunmasıdır, axı 

161 



onların  həyat  üçün  əhəmiyyəti  əvəzsizdir.  Beynəlxalq 

ekspertlərin hesablamalarına görə, indiki istehlak səviyyəsində 

təbii sərvətlərdən istifadə davam etsə onda kömür hələ 430 il, 

neft 35 il, təbii qaz 50 il kifayət edəeəkdir. Neftlə bağlı vaxt o 

qədər də böyük deyildir. Ona görə də dünya enerji balansında 

ağıllı struktur dəyişiklikləri vaeibdir. Aneaq istənilən nəticələrə 

nail  olmaq  üçün  bütün  ölkələrin  təbiəti  xilas  etmək  üçün 

qüvvələrini birləşdirilməsi zəruridir. Bu cür beynəlxalq birlik 

yaratmağa  ilk  cəhd  1913-cü  ildə  olmuşdur;  dünyanın  18  iri 

dövlətləri  təbiəti  qorumaq  şüarı  altında  İsveçrəyə  beynəlxalq 

müşavirəyə  toplaşmışdılar.  İndi  əməkdaşlığın  yeni  formaları 

yaranır - ətraf mühiti qorumaq üçün beynəlxalq konvensiyalar 

bağlanır,  birgə  işlər  həyata  keçirilir.  Lakin  ölkələrin  inkişaf 

səviyyəsi  müxtəlif  olduğundan  ekoloji  sahədə  əməkdaşlıq  da 

yetkinlikdən hələ xeyli uzaqdır. Bu gün ən vacib məsələ ekoloji 

şüurun formalaşmasıdır. Cəmiyyətdə ekoloji tərbiyə və ekoloji 

təhsil  dövlət  səviyyəsində  həyata  keçirilir  və  insanın  bütün 

davranışı təbiətlə hamoniya səviyyəsində reallaşmalıdır. 



§4. Canlı və cansız təbiət. İnsanın canlıya münasibəti 

haqqında müasir baxışlar. 

Hər dəfə insan ona yad olan obyektlə qarşılaşanda onun 

həyata keçirdiyi ilk fikir əməliyyatı bu  obyektin  canlı  və  ya 

cansız  olması  ilə  bağlı  əməliyyatdır.  Canlı  və  cansız 

arasındakı  fərq  ən  mühüm  məsələlərdən  biridir,  xarici  aləmi 

qavramaq  üçün  olduqca  mühüm  rol  oynayır.  Doğrudan  da, 

bütün  dövrlərdə  bütün  tayfalar  və  xalqlar  bu  və  ya  digər 

dərəcədə canlı və cansızı fərqləndimıəyə 

162 



məcbur  olmuşlar,  düzdür  bu  ayrılmalar  müxtəlif  üsullarla 

həyata  keçirilmişdir.  Belə  ki,  ibtidai  xalqlar  üçün  animizm 

xarakterik  olmuşdur  -  bu  baxışlara  görə  hər  şeyin  -  insanın, 

heyvanın, ağacın, daşın öz ruhu var və onların hamısı o vaxta 

qədər  yaşayır  ki,  ruh  onların  bədənində  olur.  Fikir  tarixində 

digər  baxışlar  sistemi  də  mövcud  olmuşdur  -  hilozoizm 

adlanan  bu  baxışa  görə  bütün  olanların  hamısı  canlıdır,  bu 

yolla onlar həyat və varlığı eyniləşdirirdilər. Bu mənada, sanki 

canlı və cansız arasında olan fərq öz mənasını itirir; əslində isə 

bu fərq burada da  aparılır, axı  reallıq  kimi  yalnız həyat  yox, 

hətta ölüm də qəbul edilir, ölüm qeyri-varlıq kimi qəbul edilir. 

Dini  kitablarda  da  eanh  və  eansız  arasındakı  fərqlər 

dünyanın yaranması mənzərəsinin təsvirində verilir; iki min il 

əvvəl  yaşamış  xalqların  baxışlarında  bu  ideya  özünü 

möhkəmləndirmişdir.  Dini  kitablarda  verilən  fikirlərə  görə, 

əvvəleə  hərəkətsiz,  eansız  materiya,  sonra  canlı  materiya  və 

nəhayət insan yaranmışdır. 

Bəşəriyyətin  bütün  tarixi  ərzində  eanh  və  eansız 

arasındakı  fərqin  əhəmiyyətinin  azalmaması  nə  ilə  izah 

olunur? Bu, ilk növbədə, onunla bağlıdır ki, bu eür fərq olmasa 

insanın  gündəlik  təlabatınm  ödənilməsinə  yönələn  praktiki 

fəaliyyət də mümkün olmazdı. İnsan özünün bu fəaliyyətində 

canlı  və  cansızdan  müxtəlif  cür  istifadə  edir.  Canlı  -  insanın 

qidalandığı, eyni zamanda ovçuluq, balıq tutmaq, yığım, həm 

də  hecərmə  obyektləridir.  Canlı  həm  də  insanın  soyuqdan, 

yağışdan, qardan qonamaq üçün hazırladığı paltar üçün istifadə 

etdikləridir. Bununla belə yemək uğrunda mübarizədə qorxulu 

rəqib olan iri heyvanlardan müdafiə olunmaq lazım idi. İnsana 

düşmən  kəsilən  heyvanlar  da  canlıya  aiddir.  Nəhayət,  insan 

özünü həyat verilən varlıq kimi dərk edir və buna görə də bütün 



163 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə