Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə61/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   148

etməyə məcbur edə bilir. Nə üçün belədir? Adamlar bir yerdə 

yaşamağı bacardığı halda öküz və atda bu qabiliyyət  yoxdur. 

Bəs  nə  üçün  insanlar  birgə  yaşaya  bilir?  Vəzifələrini 

böldüklərinə  görə?  Bu  bölgü  nəyin  hesabına  mümkün 

olmuşdur?  Çünki  insanlarda  vəzifə  hissi  var.  Yalnız  öz 

vəzifəsini yerinə yetirməkdə sevinənlər azad yaşaya bilir. Əgər 

insan  böyük  canfəşanlıqla  kənd  təsərrüfatı  ilə  məşğul  olursa, 

səma onu kasıblığa məhkum etməyə qadir deyildir. Torpağa ilk 

çəpər çəkib “bu mənə məxsusdur” deməyə cəsarət etmiş - onun 

bu  sözünə  inanan  sadəlövh  adamlar  tapılmışdır-ilk  insanı 

vətəndaş cəmiyyətinin həqiqi banisi hesab etmək olar. Ancaq 

bu ilk insanın basdırdığı dirəyi qırıb atan və “bu sizi aldadır, 

ona inanmayın, məhsul hamıya məxsus olsa da torpaq heç kəsə 

məxsus  deyildir”  deyən  tapılsaydı  o,  nə  qədər  cinayətlərin, 

müharibələrin,  bədbəxtliklərin  və  faciələrin  qarşısını  almış 

olardı.  Əgər  yüz  adam  bir  dovşanı  qovursa,  bunu  həmin 

dovşanı yüz yerə bölmək üçün etmirlər, ona görə edirlər ki, heç 

kəsin dovşana olan hüququ müəyyən olunmayıb. Əksinə, əgər 

bütün  bazar  dovşanlarla  dolu  olsa  belə  oğru  onun  heç  birini 

götürməyə  cəsarət  etməz,  çünki  istənilən  dovşan  üzərində 

mülkiyyət hüququ artıq müəj/yənləşdirilmişdir. 

Cəmiyyət  canlı  orqanizmdir,  onun  həyatı  dünya 

quruluşunun universal qanunlarına tabedir və bu qanunu inkar 

etməyə  göstərilən  istənilən  cəhd  dağıntılara,  orqanizmin 

məhvinə  gətirib  çıxarır.  Hökmdar  yuxarıda  dayanmaqla 

hörmətdən istifadə edir, xidmətçi aşağıda dayandığından itaət 

edir,  alçaqlıq  və  ucalıq,  cəmiyyətdə  tutulan  mövqe  müəyyən 

olunmuşdur  və  onu  heç  cür  pozmaq  olmaz.  “Ağıllı  adamlar 

başqalarının,  axmaqlar  isə  özlərinin  səhvindən  öyrənirlər” 

deyimini insan cəmiy 



186 


yətinə də şamil etmək olar. Bernad Şou yazırdı ki, “bu işıqlı 

dünyada  nə  qədər  çox  yaşadıqca  belə  qənaətə  gəlirəm  ki, 

Günəş  sistemində  yer  dəlixana  rolunu  oynayır.  Bəlkə  də 

insanlar tam harmoniyanın hökm sürdüyü bir planetə getmək 

istərdi,  ancaq  bu  planetin  harada  olduğunu  hələlik  heç  kəs 

bilmir. Deyirlər ürəkdən arzulamağı bacaranda ona nail olmaq 

mümkündür”. 

Cəmiyyətin  təbiətini  və  məğzini  daha  yaxşı  anlamaq 

üçün  ictimai  həyatın  iqtisadi,  siyasi,  mənəvi  sahələrini 

araşdırmaq  vacibdir.  Bunları  öyrənmədən  cəmiyyətin  tam  və 

həqiqi  təhlili  qeyri-mümkündür.  Cəmiyyət  həyatının  əsas 

sahələrindən  biri  iqtisadi  sahədir,  yəni  cəmiyyətin  iqtisadi 

həyatının  mövcud  olduğu  məkandır.  İctimai  həyatın  təbiətini 

daha  dərindən  anlamaq  üçün  biz  cəmiyyətin  bu  və  digər 

sahələrini  hərtərəfli  və  əlaqəli  şəkildə  öyrənməliyik. 

Cəmiyyətin 

iqtisadi 

həyatının 

məğzinin 

fəlsəfi 


nöqteyi-nəzərdən təhlili müasir dövrdə daha çox aktuallıq kəsb 

etmişdir. Belə hesab edirlər ki, K.Marks eəmiyyətin tarixində 

və  həyatında  iqtisadi  amili  hipertrofiya  (həddindən  artıq 

böyütmək)  etmişdir,  ancaq  etiraf  edək  ki,  o  bu  mövqeyində 

düzdür,  çünki  cəmiyyətin  həyatında  iqtisadiyyat  mühüm  yer 

oynayır. Hələ antik dövrdə Aristotel bunu göstərmiş və sonrakı 

dövrlərdə  bir  çox  mütəfəkkirlər  bu  fikri  təkrar  etmişlər. 

Cəmiyyətin  iqtisadi  həyatının  müxtəlif  sahələri  müvafiq 

iqtisadi  elmlər  tərəfindən  öyrənilir.  Ancaq  bir  sıra  elə 

məsələlər var ki, sosial fəlsəfi ondan yan keçə bilməz. Bu, ilk 

növbədə, aşağıdakı məsələlərdir: bütövlükdə cəmiyyət və onun 

iqtisadi  həyatı  öz  aralarında  necə  əlaqə  yaradırlar  və 

cəmiyyətin  inkişafı  ona  necə  təsir  edir?,  iqtisadi  həyatın 

özünün  və  onun  əsas  təzahürlərinin  inkişaf  mənbəyi 

hansılardır?, onun obyektiv və subyektiv tərəflərinin 

187 



qarşılıqlı əlaqəsi necədir?, iqtisadi şüur özlüyündə necədir və 

cəmiyyətin  iqtisadi  həyatına  necə  təsir  göstərir?,  cəmiyyətdə 

mövcud  olan  iqtisadi  münasibətlər  və  adamların  iqtisadi 

marağı  bir-biri  ilə  necə  əlaqələnirlər?,  müxtəlif  ictimai 

qrupların, ayrı-ayrı adamların və cəmiyyətin iqtisadi maraqları 

bir-biri ilə necə qarşılıqlı təsirdə olur? kimi sualların öz fəlsəfi 

cavabına  ehtiyacı  var.  Cəmiyyətin  iqtisadi  həyatına,  onun 

inkişafına  şüurlu,  o  cümlədən  elmi  təsirin  mümkün 

olub-olmaması məsələsi də filosofları düşündürür. Cəmiyyətin 

iqtisadi  həyatının  təkamülü  və  iqtisadi  islahatların  qarşılıqlı 

münasibətləri,  burada  dövlətin  rolu  haqqında  məsələlər  izah 

etmədən  keçinnək  mümkün  deyildir.  Bu  və  bir  çox  digər 

problemlər yalnız iqtisadi deyil, həm də sosial-fəlsəfi xarakter 

daşıyır, bütöv ictimai sistem kimi cəmiyyətin mövcudluğunun 

əsasını təşkil edir. 

Cəmiyyətin əsasını müəyyən torpaq sahəsini çəpərləyib 

“bu  mənə  məxsusdur,  heç  kəs  ona  toxunmasın”  deyən  güclü 

kobud  adamlar  yox,  bicliklə  ələ  keçirdiklərinin  güclə 

alınacağından  qorxan  və  buna  görə  də  əhalinin  əzilən 

təbəqəsini  onun  bu  ədalətsizliyini  müdafiə  etməyə  çağıran 

hiyləgər siyasətçilər  yox, öz şəxsi mənafeyi naminə adamları 

əzaba,  qulçuluğa,  yoxsulluğa  düçar  edən  şöhrətpərəstlər  yox, 

məhz  müdriklər  qoymuşlar.  Canlı  orqanizm  kimi  cəmiyyət 

böhranlı  günlərini,  şıltaqlıq  anlarını,  inqilabları  yaşayır.  Öz 

həyatını dəyişdirə bilir, o doğulur, böyüyür, ölür, sağlamlıqdan 

xəstəliyə, xəstəlikdən sağlamlığa keçir, nəhayət bütün insanlar 

kimi onun da uşaqlıq, yeniyetməlik, ahılbq, qocalıq və ölümü 

var.  Cəmiyyət  öz  yaşaması,  inkişafı  üçün  həyatının  iqtisadi 

sahəsi ilə daha çox bağlı olduğundan o daha ətraflı təhlil tələb 

edir. 


188 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə