Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr


§1. Cəmiyyətin iqtisadi həyatının əsas təzahürləri



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə62/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   148

§1. Cəmiyyətin iqtisadi həyatının əsas təzahürləri 

Cəmiyyətin iqtisadi həyatı - ilk növbədə müxtəlif növ 

predmetlərin  və  xidmətlərin  istehsalı,  bölgüsü  və  istehlak 

mübadiləsidir. Bu maddi nemətlər, o cümlədən yeyinti malları, 

geyim,  mənzil,  nəqliyyat  və  rabitənin  müxtəlif  növləri  və  ya 

səhiyyə  və  təhsil  kimi  xidmət  sahələri  ola  bilər.  Bu  həm  də 

mənəvi dəyərlər, o cümlədən incəsənət, elm, təhsil predmetləri 

və  s.  ola  bilər.  Belə  ki,  mənəvi  dəyərlərin  istehsalı,  bölgüsü, 

mübadiləsi və istehlakmm da öz iqtisadi məzmunu və təzahür 

formalan  var.  Onların  istehsalına  intellektual  və  fiziki  əmək 

sərf olunur - onun haqqı ödənilməlidir - öz qiyməti olan bu və 

ya  digər  materiallardan,  eyni  zamanda  əmək  aləti  və 

avadanlıqlardan, o cümlədən ən müasirlərindən istifadə olunur. 

Tələbələrə  əsaslı  şəkildə  başa  salmaq  lazımdır  ki,  mənəvi 

dəyərlər  həm  də  iqtisadi  dəyərə  malikdir.  Çox  vaxt  onlar 

özlərinə aid olan xassələri ilə mal kimi çıxış edirlər. Doğrudur, 

bu  malın  özünəməxsusluğu  var,  belə  anda  adamların  hiss  və 

fikirləri,  elmi  nəzəriyyələr,  bədii  surətlər  təcəssüm  olunur. 

Mənəvi  dəyərlərin  vəzifəsi,  təyinatı  adamların  mənəvi 

həyatının  zənginləşməsinə  xidmət  etməkdir,  nəticədə  onlar 

cəmiyyət həyatının bütün sahələrinə təsir edir. 



Fəlsəfi-iqtisadi  təfəkkür  tərzi  ilə  bağlı  bəzi 

mülahizələrimizi  nəzərinizə  çatdırmağı  məqsədəuyğun  hesah 

edirik. İqtisadiyyatın məğzini və iqtisadi münasibətlərin bütün 

mürəkkəbliklərini  anlamaq  üçün,  ilk  növbədə,  bu 

münasibətlərin  əsasında  nə  dayandığını  aydınlaşdırmaq 

lazımdır. Onların əsas insan tələbatıdır: o 



189 


hər  cür  insan  fəaliyyətinin  və  ilk  növbədə  bütün  əməyin  və 

buradan da iqtisadiyyatın əsasıdır. Ümumiyyətlə tələbat nədir? 

Bu  subyektin  öz  varlığının  xarici  və  daxili  şəraitindən 

asılılığıdır, bu insanın cəmiyyət və onun iqtisadiyyatının həyat 

əsəbidir: 

zavodun xammala, 

avadanlığa ehtiyacı var, sahibkarın sifarişçiyə, sifarişçinin isə, 

deyək  ki,  ev  tikilməsinə  ehtiyacı  var.  Cəmiyyətin  həyatı 

tələbatın  və  onun  ödənilməsinin  mürəkkəb  parçası  ilə 

toxunmuşdur. 

Lap qədim dövrlərdən insanlar təsəiTÜfat həyatını başa 

düşməyin  zəruriliyini  dərk  etməyə  başlamışlar.  Aristotel 

biliyin bu sahəsini, o, dövr üçün, dərin və hərtərəfli təhlil etmiş, 

təsərrüfat həyatının çoxlu tərəflərini işıqlandırmışdır. Sonralar 

yeni  dövrdə  elmi  biliyin  yeni  sahəsi  -  siyasi  iqtisad 

yaranmışdır. Bu elmə “siyasi” əlavə təsadüfi verilməmişdir, bu 

iqtisadiyyat  və  siyasətin  zəruri  və  sıx  əlaqədə  olduğunu 

göstərir:  onlar  sanki  əkiz  bacılardır.  Siyasi  iqtisad  müəyyən 

mövqedən  təsərrüfat  münasibətlərini  və  əmtəə  və  pul 

hərəkətini  kəmiyyət  və  keyfiyyət  müəyyənliyi  və  bir-birinə 

keçməsi  ilə  göstərir.  Onun  inkişaf  faktlar  sistemini,  bununla 

bağlı  isə  adamların  təsərrüfat  münasibətlərini  aşkar  edir, 

qarşısında  dayanan  sonsuz  çoxsaylı  vahidləri,  cəmiyyətin 

təsərrüfat  həyatında  fəaliyyət  göstərən  və  onu  idarə  edən 

müəyyən  prinsipləri  və  qanunları  axtarıb  tapır.  Hegel  siyasi 

iqtisadı yüksək qiymətləndirmiş və yazmışdır ki, “o fikrə şərəf 

gətirir”.  Siyasi  iqtisad  praqmatizm  bayrağı  altında,  yəni  tam 

praktiki səbəbdən, cəmiyyət həyatının təsərrüfat mexanizminin 

mürəkkəbliyini  aydınlaşdırmaq  tələbatından  yaranmışdır.  O, 

əmək kollektivlərinin və ayrı-ayrı adamların effektli təsərrüfat 

fəaliyyətlərinin 

prinsiplərini 

işləyib 


hazırlamağa 

istiqamətlənmişdir. İqtisadi fəaliyyət həyat 



190 


uğrunda va məhz müəyyən həyat səviyyəsi uğrunda mübarizə 

xarakteri  daşıyır.  TəsəiTÜfat  ehtiyacı  amansız  zərurət  kimi 

üstümüzə  gəlir,  həyatın  özündən  getməyənə  qədər  ondan 

qaçmaq  olmaz.  İqtisadiyyat  lap  əvvəldən  insanların  və 

bəşəriyyətin 

başının 


üstündən 

əksik 


olmamışdır. 

Sivilizasiyanın  işıqlı  gələcəyi  ictimai  sistemin  bir  tam  kimi, 

qarşılıqlı əlaqədə uğurlu fəaliyyətindən asılıdır, burada hər bir 

həlqə  tam  işləyir,  tam  isə  hissənin  həyatvericiliyini 

tənzimləyir.  Sosial-iqtisadi  əlaqələrin  nazik  hörümçək 

torundan  fəlsəfi-iqtisadi  nöqteyi-nəzərlə  nəyi  aydınlaşdırmaq 

olar?  Sosial-iqtisadi  reallığın  dərk  olunmasında  fəlsəfi 

mədəniyyətin metodoloji rolu hansıdır? İqtisadi təhsil olmadan 

ümumiyyətlə  dövlət  işlərini  idarə  etmək  mümkün  deyildir. 

Söhbət müasir iqtisadiyyat, onun ayrı-ayrı dar ixtisaslarındakı 

problemlərlə bağlı peşəkar bilikdən getmir, heç olmasa makro- 

iqtisadiyyat, onun əsas prinsipləri ilə ümumi tanışlıq vacibdir. 



İqtisadi fəlsəfə sosial fəlsəfə sisteminə daxil olub onun 

əhəmiyyətli hissəsini təşkil edir: cəmiyyətin iqtisadi həyatına 

onun öz xüsusi yanaşma metodu var. Fəlsəfi təlim kimi iqtisadi 

fəlsəfə nədir? sualına cavab vermək üçün, ilk növbədə, siyasi 

iqtisadın  nə  olduğunu  anlamaq  lazımdır.  Bəşəriyyətin 

inkişafının  müxtəlif  mərhələlərində  istehsalı,  bölgünü, 

mübadiləni (alqı-satqı) və həyat nemətlərinin istehlakını idarə 

edən  prinsipləri,  qanunları  öyrənən  elm  olan  siyasi  iqtisad  o 

nöqteyi  nəzərdən  çıxış  edir  ki,  cəmiyyət  həyatının  təsərrüfat 

sahəsində yeməyə, paltara, mənzilə və s. tələbat kimi məlum 

ümumi  tələbatlar  və  onları  təmin  edən  vasitələr  mövcuddur. 

Burada  həm  təsadüflər,  həm  də  qanunauyğunluqlar  fəaliyyət 

göstərir. Toıpaq burada və ya haradasa az məhsuldar ola bilər, 

illər 


191 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə